Nida Təhlil
Bu taksilər iqtisadi fəallığa müsbət təsir göstərəcək - Aydın Hüseynov
“Böyük şəhərlərdə taksi xidməti həmişə önəmli sahələrdən biri olub. İndi biz hər şeyi pandemiya dövrü üçün hesablamamalıyıq. Bakıya yeni gətirilən Yeni “LEVC TX” modelli taksilərin ölkəmiz üçün bir çox önəmi olacaq”.
Bu fikirləri Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
O qeyd edib ki, “London taksi”ləri pandemiyadan sonra iqtisadi fəallığı artacaq: “Pandemiyadan sonra həyat öz axarına düşəcək. Turizm sektoru həmişə gündəmdə olan və insanların maraq dairəsində olan sahədir. Ölkəyə hər il minlərlə turist axın edir. Onların rahatlığının təmin olunmasında bu taksilərin önəmi böyükdür. Digər vacib sahə isə nəqliyyat sisteminin özüdür. Ona görə də “London taksi”lərinin olması birinci növbədə nəqliyyatın inkişafına səbəb olacaq.
Bu taksilər ekologiyaya vurulan zərərin azalmasına də gətirib çıxaacaq. Şəhər ekoloji baxımdan nə qədər təmiz olsa, bir o qədər yaxşıdır. “London taksi”ləri isə həm ekoloji baxımda çox əlverişli nəqliyyat vasitəsidir, həm də sərnişinlər üçün cəlbedicidir. Bundan əlavə, bu xidmətdən istifadə edən şəhər rahatlığını təmin edəcək. Bununla da sərnişindaşımanın keyfiyyəti yüksələcək. Ölkəyə gətirilən hər bir nəqliyyat vasitəsi yeni iş yerinin açılması deməkdir. Bu taksilərin fəaliyyətə başlaması ilə yüzlərlə insan işlə təmin olunacaq. Bütün bunların hamısı da sonda iqtisadi fəallığa öz müsbət təsirini göstərəcək”.
Akqabay Mıradov
-
Magazin207:47Ceyson Stethemin sevgilisi dekolteli transparan libasda - FOTO
-
ABŞ07:30Trampın səfəri zamanı “F-16” qırıcıları beş təyyarəni ƏLƏ KEÇİRDİ
-
Ekologiya07:17Bu ərazilərə yağış yağacaq - PROQNOZ
-
Region02:42İran səfirindən Avropaya KRİTİK MESAJ - “Tehranın gücünü qəbul etməlisiniz”
-
Sağlamlıq01:11C vitamini ilə bağlı mif dağıldı - Soyuqdəyməyə qarşı kömək etmir, əksinə..
-
Magazin100:15Könül Kərimovanın qızı boşandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bu, münasibətinizi daha da gücləndirəcək
-
Magazin229 Avqust 23:36Cem Yılmaz xəstəxanaya yerləşdirildi

























.png)










.jpg)
.jpg)