Nida Təhlil
Sevinc Orucova: "Hər kənddən, hər evdən yollar Qarabağa getməlidir"
“Bəlkə də Azərbaycanda yeganə məqsəd var ki, onun ətrafında hamı birdir. Bu məqsəd Qarabağın müstəqilliyi və azadlığıdır. Bu gün Azərbaycanda bütün yollar Qarabağa aparır”.
Bu sözləri Publika.az-a açıqlamasında ZƏFƏR Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova deyib.
Onun sözlərinə görə, Azərbaycanın sabahı, suverenliyi, bizim xalq kimi mövcudluğumuz üçün, gələcəyimiz üçün mütləq Qarabağ azad olmalıdır: "Bu, bizim milli kimliyimizin təsdiqidir. Biz bunu xalq olaraq dərk edirik. Bu yoldan geridönüş yoxdur. Hər bir kənddən, hər bir evdən yollar Qarabağa getməlidir. Bizim düşüncəmizdən, ruhumuzdan keçən yolların da hədəfi Qarabağ olmalıdır. Yalnız dildə yox, əməldə də hər bir fərd vətən naminə düşünməlidir. Bu gün nə inşa etsək, gələcəyimiz də onun üzərində qurulacaq. Dövlətin müstəqiliyi, suverenliyi möhkəmlənəcək, təsdiq olunacaq. Qarabağ xalqın ədalətli mübarizəsidir. 30 ildən artıqdır ki, cəlb olunduğumuz haqsız müharibəni sonlandırmalıyıq. Tökülən qanlar yerdə qalmamalıdır. Şəhid övladlarına verəcək cavabımız olmalıdır. Onların qarşısında başımız dik gəzməyi bacarmalıyıq. Artıq yetər. Ziyalısından məmuruna, sadə vətəndaşına qədər hər kəs dərk edir ki, bizim xalq olaraq başqa yolumuz yoxdur".
Birlik sədri qeyd edib ki, bu gün ordumuzu döyüşə səsləməyə ehtiyac yoxdur: "Ordumuz da, xalqımız da hazırdır. Təşkilatımızın həyata keçirdiyi layihələr sayəsində o vətənpərvər, döyüşçü ruhlu gənclərimizi öz gözlərimizlə gördük, onları bir daha kəşf etdik. Azərbaycan xalqının hər zaman mübariz gəncliyi olub. Bu müharibədə hələ çox Vüqarlar, Pəncəlilər, Şirinlər, Raqufları görəcəyik. Biz bunu faktiki görürük. Buna görə də hamımız bir yumruq kimi olmalı, hər kəs öz üzərinə düşən yükü çəkməlidir. Vətən borcumuzu qaytarmalıyıq".
Zümrüd
-
Sosial10:16Formula-1 zamanı Bakıda bu yollar bağlı olacaq
-
Dünya09:46Londonda həyəcan: Kralın bankir qohumu müəmmalı şəkildə öldü
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?















.jpg)




















.jpg)


