Nida Təhlil
Bizim aramızda qardaşlıq borcu var - Türkiyənin Fransadakı səfiri
"Azərbaycanla bir-birimizdən ayrımız yoxdur. Acımız da, sevincimiz də, tale yolumuz da birdir".
Bu sözləri Publika.az-a açıqlamasında Türkiyənin Fransadakı fövqəladə və səlahiyyətli səfiri İsmail Hakkı Musa bildirib.
"Türkiyənin Fransada ermənilərlə heç bir siyasi ünsiyyəti yoxdur" deyən diplomat bir hadisəni xatırladıb.
Hər il 29 oktyabr Cümhuriyyət bayramında Parisdəki səfirliyimizin binasında gözəl tədbir hazırlayırıq. Diplomatları, millət vəkillərini, səfirləri dəvət edib, tanış oluruq, söhbətləşirik, əlaqələrimizi möhkəmləndiririk. Adını çəkməyəcəm, 2018-ci ildə düzənlədiyimiz bayrama erməni əsilli fransız millət vəkili də qatılmışdı. Təbii ki, qonaqlarımızla birgə çəkdirdiyimiz şəkilləri sosial hesablarımızda paylaşdıq. Ermənilər bu fotoları görən kimi üsyana başladılar. Deputatı o qədər ittiham etdilər ki, həyatından bezdirdilər. Şiddətlə istefasını tələb etdilər. Niyə? Çünki Türkiyənin bayramında iştirak edib. Həmin millət vəkili Fransa-Ermənistan Dostluq Dialoqunun yaradıcısıdır. Ona vətən xaini damğasını vurdular. Çünki bu xalqın psixoloji xəstəlikləri var. Türklər azərbaycanlılar kimi özlərinə güvənsələr, bu problemi yaşamazlar. Dialoq şəklində danışığa çağırırsan, yalnız öz yalanlarını sənə dinlətmək istəyirlər. Bu, artıq monoloq olur axı. Lakin aralarında az da olsa adekvat düşünənləri də var, onlar da əsarət altındadırlar.
Tez-tez Fransadakı səfiriniz, əziz qardaşım Rəhman Mustafayevlə görüşük. Çörəyimizi, fikirlərimizi bölürük. Ölkələrimizin prezidentlərinin qardaşlığı, səmimiyyəti bizim üçün nümunədir. Bizim aramızda qardaşlıq borcu var. Türklərin belə bir deyimi var- iki əlim qanda olsa da. Mən də demək istəyirəm ki, iki əlim qanda olsa da, Xocalı faciəsinin anım günündə mütləq qardaşlarımın yanına tələsirəm. Xanımımla, səfirliyimizin işçiləri ilə azərbaycanlı qardaş və bacılarıma mənəvi dəstəyimi göstərirəm. Bu, mənim borcumdur. Qarabağ torpaqlarının tezliklə işğaldan azad olunacağına bütün qəlbimlə inanıram.
Leyla Sarabi
-
Nəqliyyat00:30Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Oğrulardan ehtiyatlı olun
-
İdman3 Oktyabr 21:36İspaniya mətbuatından Arda Güler şərhi: “Daimi kabus yaşayır”
-
Magazin23 Oktyabr 20:36Hülya Avşar makiyajsız halı ilə diqqət çəkdi - (Foto)
-
Magazin23 Oktyabr 19:00Məşhur aktyorun 13 yaşlı qızı niyə ölüb?
-
İdman3 Oktyabr 18:25Baş məşqçidən Ronaldoya sülh təklifi - Neytral ərazidə...
-
Ekologiya3 Oktyabr 17:13Bu ərazilərə qar yağır - Faktiki hava
-
İdman3 Oktyabr 16:21“Fənərbağça”nın baş məşqçisi: "Qarabağ” komandasını izləyirəm







.jpg)

























.jpg)
