Nida Təhlil
Bu, ermənilər tərəfindən yayılan dezinformasiyadır - Şair Ramaldanov
Ermənistanın həm muzdlu əsgərlərə, həm qrant qüvvələrə, həm də PPK-çılara ehtiyacı var. Ermənistan ordusunda əsgər çatışmazlığı problemi onların yerli mətbuatında qabardılmışdı. Digər tərəfdən, aprel hadisələrindən sonra yaşayış məntəqələrindən əhalinin çoxu köçüb gedib.
Publika.az xəbər verir ki, bunu ehtiyatda olan polkovnik, 2 dəfə “Azərbaycan Bayrağı” ordenli, Qarabağ müharibəsi və Silahlı Qüvvələrin veteranı Şair Ramaldanov deyib. O, suriyalıların Azərbaycana gəlməsi haqqında irəli sürülən iddiaların əsassız olduğunu bildirib:
“Bu gün onların hərbi səfərbərlik resursu Azərbaycandan beş dəfə azdır. Bundan əlavə, onlar işğal olunmuş ərazilərimizdə xidmət etmək istəmirlər. Ermənistan erməniləri Dağlıq Qarabağı və işğal olunmuş torpaqları qəbul etmirlər. Onlar bilirlər ki, Dağlıq Qarabağ Azərbaycan torpağıdır”.
Hərbi ekspertin sözlərinə görə, Azərbaycanın bu gün muzdlu əsgərlərə ehtiyacı yoxdur:
“Azərbaycanın zəif Ermənistanla müharibədə kifayət qədər gücü var. Bu gün hərbi xidmətdən artıq, müqavilə əsasında xidmət göstərən kifayət qədər əsgər və hərbçimiz var. Bu insanlar peşəkar hərbçi kimi yetişiblər, 10-15 ildir orduda xidmət edirlər. Azərbaycanın ehtiyatları və səfərbərlik üzrə resursları yetəri qədərdir. Bu mənada muzdlu əsgərlərin gətirilməsinə gərək yoxdur. Nizamlı ordumuz qarşısına qoyulan tələbləri və tapşırıqları yerinə yetirməyə qadirdir. Odur ki, bütün bu səbəblərdən Azərbaycana muzdlu əsgərlərin gətirilməsinin heç bir əhəmiyyəti yoxdur və bu, ermənilər tərəfindən yayılan dezinformasiyadır”.
Aytən Məftun
-
İqtisadi gündəm07:15İlon Maskın sərvəti buxarlandı - 650 milyard dollarlıq itki
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var












.png)
















.jpg)
.jpg)





