Nida Təhlil
Ermənilər məğlubiyyətlərini bu yalanlarla ört-basdır etməyə çalışır - RƏY
“Xüsusilə son üç gündə Ermənistanın informasiya siyasətində elə təzahürlər görünür ki, bu ölkə təkcə hərbi, iqtisadi böhran içərisində yox, həm də informasiya siyasətinin dərin böhranı içərisindədir. Çünki Ermənistanın informasiya siyasətində bir-birini təkzib edən, açıq-aşkar şəkildə, öz-özünə ifşa olunan yalanlar görürük, dünyada heç kimin inanmadığı müəyyən tezislərlə qarşılaşırıq”.
Bu sözləri Publika.az-a açıqlamasında “Bakı Xəbər” qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.
O qeyd edib ki, Azərbaycanın Yaxın Şərqdən, Suriyadan terrorçular gətirib döyüşdürməsi ilə bağlı ermənilər əsassız iddialar irəli sürürlər: “Ermənistanın bu yalan informasiya siyasəti hələ 80-ci illərin sonlarından başlayır. O zaman da guya Əfqanıstandan Taliban döyüşçülərinin, mücahidlərin, Türkiyədən millətçilərin Azərbaycan tərəfdən döyüşməsi ilə bağlı yalanlar uydururdular. Bu gün də guya Suriyadan gələn terrorçuların Azərbaycan tərəfdən vuruşduğu ilə bağlı yalanlar uydururlar. Halbuki bütün dünya bilir ki, Azərbaycan Ordusu tam komplektləşdirilmiş şəxsi heyət vəziyyətindədir. Nəinki xaricdən muzdlu döyüşçülər gətirməyə, heç geniş səfərbərlik elan etməyə belə ordumuzun ehtiyacı yoxdur. Çünki hazırkı vəziyyət uğurlu hərbi əməliyyatlar aparmağa imkan verir. Ermənistan bu yalanlarla birinci növbədə döyüş meydanındakı məğlubiyyətlərin erməni cəmiyyətinə mənfi təsirinin qabağını almağa çalışır ki, guya Azərbaycan Ordusu ilə yox, xaricdən gətirilən hansısa xüsusi hazırlıqlı dəstələrlə vuruşurlar”.
A.Quliyev bildirib ki, ermənilər Suriyadan və Livandan xüsusi hazırlıq görmüş dəstələr gətirdikləri halda bizim adımızdan yalan uydurmaqla özlərinin bu cinayətini ört-basdır etməyə çalışırlar: “Onların məqsədi bu müharibədə Azərbaycanın və Türkiyənin guya Ermənistana qarşı terror müharibəsi apardığı barədə yanlış görüntü yaratmaqdır. Suriyadan guya döyüşçü dəstələr Türkiyənin köməyi ilə Azərbaycana gətirilib. Bunların yalan olduğunu bütün dünya gördü. Çünki hələ bu müharibədən əvvəl dəqiq bir fakt ortaya çıxdı ki, Ermənistanın özünün terrorçuları PKK/YPG dəstələrinin tərkibində vuruşur. Sübut olunur ki, Suriyadakı terrorçu dəstələrlə gizli ittifaqda olan Ermənistanın özüdür. Necə ki, 2-3 ay əvvəl Ermənistan Suriyaya özünün hazırlıqlı dəstələrini göndərmişdi. Bu gün də Suriyadan ASALA, PKK və digər terrorçu dəstələri öz ordusunda Azərbaycana qarşı döyüşmək üçün qəbul edib. Beləliklə, Ermənistan açıq-aşkar informasiya müharibəsində uduzub və bunun da guya Azərbaycan tərəfindən Suriyadan gətirilən döyüşçülərin vuruşması kimi yalanlarla ört-basdır etməyə çalışır. Fakt odur ki, Azərbaycan xüsusilə də son mərhələdə informasiya müharibəsində Ermənistanı çox şəkildə qabaqladığını sübut etdi”.
Akqabay Mıradov
-
Elm və təhsil10:20
NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?
-
Sosial09:55
"Balina"nı Bakıdan belə apardılar - VİDEO
-
Nəqliyyat09:36
Pulsuz ictimai nəqliyyat xidməti başa çatır
-
Hadisə09:10
70 kq qızılla tutulan diplomat Bakıya gətirildi
-
Magazin208:55
Kıvançla xanımından Toskanada maraqlı FOTOSESSİYA
-
Nəqliyyat08:40
Bu yollarda tıxac var
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar