Nida Təhlil
Ermənistanın Bakı-Tbilisi-Ceyhanı hədəf seçməsində məqsədi budur - Professor AÇIQLADI
“Beynəlxalq hüquqda enerji layihələrinin hədəf alınması qadağandır. Bakı-Tbilisi-Ceyhan neft kəməri də Avropanın enerji təhlükəsizliyi sahəsində mühüm yer tutur. Ermənistanın bu beynəlxalq layihələri hədəf alması müharibənin miqyasının genişləndirilməsi məqsədi güdür”.
Bu fikirləri Publika.az-a açıqlamasında Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin professoru, beynəlxalq hüquq və geosiyasət üzrə ekspert Əfsər Sadıqov deyib.
Onun sözlərinə görə, Ermənistan bu layihələri hədəf seçməklə özünün haqsız davranışına daha çox dövlətləri cəlb etmək və münaqişənin xarakterini genişləndirmək istəyir: “Onların Mingəçevir Su Elektrik Stansiyasını da vurmaq istəməsi birmənalı olaraq bu məqsədlə bağlıdır. Əslində, bu layihələr birinci dəfə deyil ki, hədəf seçilir. Tovuz istiqamətində ermənilər təxribat törədərkən o hissədən keçən enerji layihələrini hədəf almaq istəyirdi. İyul təcavüzü məhz bu məqsədi güdürdü. Mingəçevir SES hədəf alınmaqla hədələnirdi. Azərbaycan Ordusu vaxtında Ermənistanın bu müdaxiləsinin qarşısını aldı”.
Ə.Sadıqov “Azərbaycan Hava Yolları”nın (AZAL) Ermənistanın mülki təyyarələri hədəfə ala biləcəyi haqda açıqlamasına da münasibət bildirib.
O qeyd edib ki, Ermənistanın Azərbaycan ərazisində mülki təyyarələri, o cümlədən beynəlxalq hava gəmilərini vurmaq istəməsi bu hadisənin qlobal münaqişəyə çevrilməsi və bununla da BMT Təhlükəsizlik Şurasının iclasının çağırılması ilə tərəfləri atəşkəsə məcbur etmək məqsədi güdür: “Azərbaycan Silahlı Qüvvələri Ermənistan tərəfindən atılan raketləri havada məhvetmə istiqamətində fəaliyyət göstərir. Əslində, bizim haqqımız, hüququmuz çatır ki, bizi vuran hədəfləri müəyyən edib yerindəcə məhv edək. Həmsədrlər səviyyəsində Ermənistan Xarici İşlər Nazirliyi bəyanat yaydı ki, atəşkəsə nail olmaq istəyirlər. Bundan bir müddət sonra Paşinyan da Azərbaycan müəyyən güzəştlərə gedəcəyi halda atəşkəsə razı olduğunu bildirdi. Bu, tamamilə Azərbaycanı bugünkü hədəfindən yayındırmaq məqsədi daşıyır. Biz isə buna gedə bilmərik, çünki proses sona qədər davam etməlidir”.
Akqabay Mıradov
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi






.jpg)





























.jpg)
.jpg)
