Nida Təhlil
Ermənistan münaqişənin coğrafiyasını genişləndirməyə çalışır - Səməd Seyidov
“Ermənistan həmişə çalışıb ki, bu münaqişəyə mümkün qədər çox ölkə cəlb edilsin və müharibə beynəlmiləl xarakter alsın. Ermənistanın münaqişəni iki ölkənin qarşıdurması çərçivəsindən çıxararaq onun coğrafiyasını genişləndirmək istəməsinin qarşılığında Ali Baş Komandan İlham Əliyev beynəlxalq ictimaiyyət qarşısında konkret olaraq öz fikirlərini ortaya qoydu”.
Bu fikirləri Publika.az-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.
O bildirib ki, münaqişə Ermənistanın və Azərbaycanın hüdudlarından kənara çıxmamalıdır: “Elə Azərbaycanın da mövqeyi bundan ibarətdir. Ermənistan həmişə başqa dövlətlərdən, 3-cü ölkələrdən istifadə etmək niyyətini güdüb. Bunu da etmək üçün dezinformasiyalar, yalan və böhtanlardan istifadə edib. Bu da növbəti cəhddir. Biz öz səylərimizi aktivləşdirməli, həqiqətlərimizi bütün dünyaya çatdırmalıyıq. Bu istiqamətdə möhkəm olmalıyıq ki, Ermənistanın iç üzünü açaraq beynəlxalq ictimaiyyətə sübut edək ki, kim haqq-ədalət yolunda, kim isə birbaşa işğalçılıq və terrorçuluq fəaliyyəti ilə məşğuldur".
S.Seyidov qeyd edib ki, Ermənistan hazırda döyüşlərdə müxtəlif terror qruplarından istifadə edir: “Onlar başqa ölkələrdən muzdlu döyüşçüləri gətirməyə cəhd edirlər. Biz təəssüflər olsun ki, bu istiqamətdə Ermənistanın konstruktivlikdən uzaq cəhdlərini görürük. Yaxın Şərq ölkələrindən insanlar haqsız müharibəyə qoşulmaq üçün Ermənistana axın edir. Azərbaycanın isə heç bir muzdlu qüvvəyə ehtiyacı yoxdur. Çünki bizim güclü ordumuz var”.
Akqabay Mıradov
-
Ekologiya00:27Bakıda bu həşəratlar çoxalır - Xəbərdarlıq
-
Region19 İyun 23:00İstanbulda metro qatarı relsdən çıxdı: yaralılar var - Yeniləndi
-
Səhiyyə19 İyun 21:26Daha bir nəfər rəqs edən həkimin qurbanı oldu - Video
-
Avropa19 İyun 21:00Trampla qalmaqal yaşayan Meloniyə Makrondan dəstək gəldi
-
Hadisə19 İyun 19:40Azərbaycan-Ermənistan sərhədində zəlzələ
-
Elm və təhsil19 İyun 18:50Qəbul imtahanlarında ən yüksək nəticə göstərən rayonlar
-
Sosial19 İyun 17:45Əli Əsədov daha bir qərar imzaladı
-
Sosial19 İyun 16:23Azərbaycan vətəndaşları 22 ölkəyə vizasız gedib-gələ bilər













.jpg)



.jpg)



















