Nida Təhlil
Politoloq: Azərbaycan Prezidenti işğala əsaslanan status-kvonu özü dəyişdirdi
Azərbaycan Ordusu qısa müddət ərzində Ermənistanın 30 il ərzində havadarlarının dəstəyi ilə qurduğu ordusunu darmadağın etdi. Düşmənin 190-dan çox tankı, çoxsaylı artilleriya qurğusu, raket sistemləri, canlı qüvvəsi məhv edildi və xeyli sayda hərbi texnikası, silah-sursatı ələ keçirildi. Bu sistemlərin qurulması üçün Ermənistan tərəfindən milyardlarla dollar vəsait sərf olunmuşdu.
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev təmkin və səbir nümayiş etdirərək həm döyüş meydanında, həm də diplomatiya sahəsində uğurlara imza atdı və atmaqda davam edir. Prezident İlham Əliyev işğala əsaslanan status-kvonu özü dəyişdirdi. Prezident İlham Əliyev əzmli və qətiyyətli siyasi xadim və dövlət başçısı olduğunu bir daha sübut etdi. Müzəffər Azərbaycan Ordusu işğal altında qalan torpaqların bir hissəsini azad etdi. Biz bu münaqişənin hərb yolu ilə həll oluna biləcəyinin mümkünlüyünü sübut edə bildik. Qarabağ problemi xalqımız üçün çox həssas məsələdir və torpağının bir qarışının da düşməndə qalması ilə razılaşa bilməz. Azərbaycan Prezidentinin dediyi kimi: “Qarabağ Azərbaycandır” və biz öz ərazi bütövlüyümüz uğrunda sonunadək mübarizə aparacağıq. Üçrəngli bayrağımız tezliklə bütün Qarabağda dalğalanacaq!”.
Publika.az xəbər verir ki, bunu politoloq İlqar Vəlizadə deyib.
İ.Vəlizadə diqqətə çatdırıb ki, damarlarında azərbaycanlı qanı axan hər kəs öz Prezidenti, Ali Baş Komandanı ilə fəxr edir. Ali Baş Komandanın xalqa müraciəti insanlarımız tərəfindən coşqu ilə qarşılanır. Şanlı Ordumuzun zəfərləri qəlbimizi qürur hissi ilə doldurur.
Azərbaycan ilə Ermənistan arasında danışıqlar prosesindən də bəhs edən politoloq deyib: “Artıq status-kvo, təmas xətti yoxdur. İndiyədək erməni tərəfinin danışıqlar prosesində ümid yeri cəbhə xəttini qondarma rejimin sərhəd xətti kimi təqdim etməsi idi. Ermənistan danışıqlar stolu arxasında üçüncü tərəf kimi qondarma rejimin rəhbərliyini cəlb etmək istəyirdi. Onlar işğal olunmuş ərazilərlə kifayətlənməyərək, daha çoxunu istəyirdilər. Azğınlaşan düşmənin cavab verilməli idi.
Təəssüflər olsun ki, münaqişənin həlli istiqamətində ATƏT-in Minsk qrupu öz vəzifəsinin öhdəsindən gəlmədi. Bəzi həmsədrlər ermənilərin nazı ilə oynayırdılar. Biz nə qədər onları və dünya ictimaiyyətini başa salmağa çalışsaq da, nəticəsi olmadı. Azərbaycan qəti mövqe nümayiş etdirərək münaqişənin hərbi yolla həllinin mümkünlüyünü sübut etdi”.
İlqar Vəlizadə diqqətə çatdırıb ki, hazırda danışıqlar prosesi üçün həm hərbi sahədə, həm də diplomatiyada tamamilə başqa baza yaranıb. Azərbaycan Prezidenti müxtəlif KİV-lərə verdiyi müsahibələrində bir daha Azərbaycan həqiqətlərini dünyaya çatdırır, Ermənistan tərəfinin beynəlxalq hüquq və normalara sığmayan siyasət yürütdüyünü bildirir. Erməni tərəfi döyüşləri saxlamağa, vaxt qazanmağa çalışsa da, artıq gecdir. Meydanda siyasi qüvvəyə çevrilən Azərbaycan Ordusu artıq öz sözünü deyib.
Politoloq iflic vəziyyətə düşən Paşinyan hakimiyyətinin artıq iflasa uğradığını bildirərək deyib: “Ermənistan hakimiyyətinin sonu yoxdur. Bundan sonra məsuliyyət Ermənistanın üzərindədir. Danışıqlara o vaxt ümid ola bilər ki, vasitəçilər söz sahibinə çevrilərək Ermənistana təzyiq göstərməyi bacarsınlar və münaqişənin həlli istiqamətində konkret qərarlar qəbul etsinlər”.
-
İdman05:45Corcinanın Ronaldo ilə bağlı bu paylaşımı gündəm oldu - FOTO
-
Dünya05:15ABŞ-ın yeni silahı İranı təşvişə saldı - Göz açmağa imkan vermir... - Video
-
ABŞ02:19Pentaqon hazırlıqlara başladı: İrana qoşun yeridiləcək
-
Qoroskop01:20Günün ulduz falı: Romantik münasibətlərdə həyəcanlı bir dövr başlayır
-
Cənubi Qafqaz20 Mart 20:44Azərbaycanla sülhdən imtina Ermənistan üçün ölümcüldür - Paşinyan
-
Ekologiya20 Mart 19:00Azərbaycana yaz gəldi
-
ABŞ20 Mart 18:48ABŞ olmadan NATO "kağız pələng"dir - Tramp
-
Nəqliyyat20 Mart 18:36Bakı bir gecədə niyə boşaldı? - Paytaxtı “xilas” etməyin yolları açıqlandı














.jpg)















.jpg)



.jpg)

