Nida Təhlil
Bu, Azərbaycan diplomatiyasının növbəti uğurudur - Deputat
“Moskva danışıqlarının nəticələri Azərbaycanın xeyrinədir. Danışıqların nəticəsi kimi imzalanmış bəyannaməyə görə münaqişənin həlli üzrə baza prinsipləri mütləq olaraq nəzərə alınmalıdır. Bu prinsiplər isə Azərbaycanın maraqlarına cavab verir. Söhbət burada Madrid prinsiplərindən gedir. Bu prinsiplərin də mahiyyəti ondan ibarətdir ki, Ermənistan tərəfindən işğal edilmiş 7 rayon ilkin olaraq Azərbaycana qaytarılmalıdır”.
Bu sözləri Publika.az-a açıqlamasında Milli Məclisin deputatı, tarixçi alim Anar İsgəndərov deyib.
O qeyd edib ki, bu prinsiplər əsasında Ermənistanın silahlı qüvvələri torpaqlarımızdan çıxmalıdır: “Birmənalı olaraq düşmən qüvvələri Dağlıq Qarabağdan çıxarılmalıdır. Bu prinsiplər uzun müddətdir qəbul olunub. Ancaq Ermənistan bu günə qədər danışıqlarda Dağlıq Qarabağın tərəf olmasının davasını edir. Ermənistan tərəfi danışıqların Azərbaycan və Ermənistan arasında yox, Azərbaycanla qondarma Dağlıq Qarabağ rəhbərliyi ilə aparılmalı olduğunu bildirir. Azərbaycan Prezidenti bütün müsahibələrində, beynəlxalq tədbirlərdə çıxışlarında bundan kəskin şəkildə imtian etdi. Moskva danışıqları da bunu bir daha təsdiq edir ki, əsas prinsiplər olduğu kimi qalır. Düşünürəm ki, bu, Azərbaycan diplomatiyasının növbəti uğurudur”.
A.İsgəndərov bildirib ki, Ermənistan hökumətinin beynəlxalq məsuliyyətsizliyi davam edir və onlar Moskvada baş vermiş danışıqlara zidd hərəkətlər edir: Bütün dünya bunu görür. Müvəqqəti xarakter daşıyan humanitar atəşkəs sülh sazişi demək deyil. Bu, əsir və həlak olanların dəyişdirilməsi prosesidir. Ancaq Ermənistan humanitar atəşkəs qüvvəyə mindiyi dəqiqədən belə buna riayət etməyib, mülki vətəndaşları hədəf alır. Əgər Ermənistan öz ordusunu işğal altında olan torpaqlardan çıxarmasa, Azərbaycan öz gücü ilə onları bu ərazilərdən çıxaracaq və torpaqlarımızı işğaldan azad edəcək”.
Akqabay Mıradov
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi







.jpg)












.jpg)














.jpg)
.jpg)
