Nida Təhlil
Ermənistan ordusu elə bir vəziyyətdədir ki, hətta... - Aydın Quliyev
“Ermənistanda ordunun şəxsi heyətinin komplektləşdirilməsi baxımından ağır problemlərin olduğu sirr deyil. Müharibədən öncə də düşmən ölkənin cəmiyyətində ordunun ciddi problemlərinin olması ilə bağlı müəyyən informasiyalar və təzahürlər meydana çıxırdı. Ermənistanda gənclərin orduda xidmət etməməsi, xidmət etməkdən yayınmaq məqsədilə ölkəni kütləvi tərk etməsi müşahidə olunurdu”.
Bu sözləri Publika.az-a danışan “Bakı Xəbər” qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.
Onun sözlərinə görə, erməni valideynlərin öz övladlarının vətəndən uzaqda, işğal olunmuş torpaqlarda xidmətə aparılması əleyhinə mövqelər nümayiş etdirməsi, əsgər anaları adı altında müəyyən ictimai etiraz qruplarının yaradılması və s. bu kimi faktlar Ermənistanda ordunun şəxsi heyət baxımından problemli olduğunu göstəririb: “Digər tərəfdən də əhalinin sayca az olduğu bir ölkədə xaricə güclü insan axını ordunun vəziyyətini daha da ağırlaşdırırdı. Sonradan müharibənin odlu fazası və erməni təxribatları başlayandan sonra Ermənistan ordusundakı problemlər özünü daha kəskin şəkildə göstərməyə başladı. Belə bir şəraitdə Ermənistan ordunun şəxsi heyətinin komplektləşdirilməsi sahəsində mövcud problemləri həll etmək üçün ölkənin daxilində yaşından asılı olmayaraq az-çox sağlamlığı olan hər kəsin səfərbərliyə alınması məcburiyyətində qaldı. Eyni zamanda xaricdən, xüsusilə də Suriya və Livandan müəyyən muzdlu dəstələrin, terrorçu qrupların ölkəyə gətirilməsi və Qarabağa yerləşdirilməsi kimi addımlara əl atdı”.
A.Quliyev qeyd edib ki, bütün bunlar insan resursu çox zəif olan bir ölkədə yeni addımların atılması zərurətini doğurur: “Bu zərurət çərçivəsində Ermənistan hakimiyyəti xaricdən gələnlərin, cinayətkar qrupların, hətta təqaüdə çıxmış insanların orduda xidmətinin qanuniləşdirilməsi üçün müəyyən legitim əsasların yaradılması haqqında düşünməyə başlayıb. Bu gün Ermənistan ordusu elə bir vəziyyətdədir ki, hətta şeytanlar ordusunu da cəlb etməyə ehtiyac olarsa, ölkə rəhbərliyi bu addıma da əl ata bilər. Ona görə bütün vasitələrdən istifadə edərək orduya yeni şəxslərin cəlb edilməsinə qanuni don geyindirməyə çalışırlar. Ermənistan hərbi səfərbərlik, hərbi xidmət, hərbi vəzifəlilər və s. qanunlarında dəyişikliklər edərək, xarici ölkələrdəki erməni vətəndaşlarını ikili vətəndaşlıq adı altında Qarabağda hərbi xidmətə cəlb edə bilərlər. Hətta bunun üçün onlar ideoloji əsas da yaradıb. Bu yaxınlarda Ermənistan prezidenti Armen Sarkisyan ərəb ölkələrindən birinin televiziyasına müsahibəsində açıq şəkildə dedi ki, erməni ordusunda xarici ölkə vətəndaşları olan ermənilərin Qarabağda xidmət keçməsi heç də təəccüblü deyil və onlar bir erməni kimi öz "ana vətənlərinə" kömək edirlər. Bir halda ki, Sarkisyan prezident səviyyəsində xaricdən erməni kökənli şəxslərin orduya cəlb edilməsini etiraf edir, deməli növbəti mərhələdə gözləmək olar ki, onlar xaricdən gətirilən erməni vətəndaşlarının erməni ordusunda xidmətini qanuniləşdirməyə çalışacaqlar. Bu proses artıq baş verməyə başlayıb”.
Akqabay Mıradov
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi







.jpg)












.jpg)














.jpg)
.jpg)
