Nida Təhlil
Düşmənə “Meydan” verənlər: Sorosun “azərbaycanlı uşaqları” Paşinyanı xilas etmək istəyir
Ordumuz işğal edilmiş əraziləri azad etməyə davam edir və 30 ildən sonra ədalət bərpa olunur. İşğalçı Ermənistan çıxılmaz vəziyyətdədir: cəbhədə erməni ordusu darmadağın edilib, ermənilər Qarabağda döyüşməkdən imtina edir, diplomatik cəbhədə heç bir ölkə işğalçını dəstəkləmir.
Məğlub olan Ermənistan xilas olmaq üçün son “silahlarını” işə salıb.
Birinci silah: mülki əhalinin hədəfə alınması.
Məqsəd şəhərləri, dinc əhalini və mülki obyektləri hədəfə almaqla Azərbaycan ictimaiyyətində apardığımız Vətən müharibəsinə etiraz yaratmaqdır. Gəncə terroru ilə işə salınan bu silah effektsiz oldu. Azərbaycan insanı Vətən müharibəsində yumruq kimi birləşib və bu yumruq düşmənin başına daha ağır zərbələr endirir.
İkinci və gizli silah: ermənilərə “Meydan” verənlər.
Məqsəd Azərbaycanın ictimai rəyinə manipulyativ iformasiyaların ötürülməsi, Vətən müharibəsi haqqında yanlış fikrin fomalaşdırılmasıdır.
Diqqətli olaq, düşmən “Meydan Tv” adlı silahını qınından çıxarıb.
İşğalçı ölkə ilə sinxron fəaliyyət göstərən bu Tv-nin ermənilərə meydan verməsi ilk dəfə deyil. Çünki bu medianın maliyyələşməsində erməni diasporu/lobbisi birbaşa, yaxud dolayısı yolla iştirakçıdır.
“Meydan Tv”nin əvvəlki rəhbərlərindən Ələkbər Əliyevin dedikləri bu kontekstdə diqqət çəkir: “Meydan Tv”in “Azadlıq Radiosu”ndan, “BBC”dən, “Amerikanın səsi”ndən heç bir fərqi yoxdur. Bu sayt da digər üç qurum kimi, xaricilərə tabe olan, onların direktivləri ilə oturub-duran, siyasəti tamamilə Qərbdə təyin olunan layihədir. Bunun deyilməməsi ədalətsizlikdir. Bu sıradan bir qrant, hansısa fonddan alınan 3-5 avro deyil, bu qədər məsum deyil yəni. Bütün bosslar tamamilə xaricilərdir”.
Ə.Əliyevin dedikləri “Meydan Tv”nin maliyyə mənbəsinə aydınlıq gətirir və bəzi faktları yada salır.
Ötən il erməni jurnalist Onnik Krikorian “Meydan Tv”də vakansiyaların olduğu ilə bağlı elan yayımlamışdı. “Meydan Tv” bu faktdan müxtəlif bəhanələrlə yayınmağa çalışsa da, media resursunun idarəçiləri arasında ermənilərin olduğu haqda informasiyalar var.
“Meydan Tv”nin Feysbuk səhifəsində erməni aktyor Fruznik Mkrtçyanı “rəhmətlə” anması, az qala göz yaşı tökməsi, Gürcüstan vətəndaşı olan Anton Kamaryanın Tbilisidə Tv-nin əsas layihələrində iştirak etməsi də belə faktlardandır.
Bu faktların fonunda “Meydan Tv” ilə erməniləri birləşdirən “dəyər” nədir” sualı yenidən aktuallaşır.
Maliyyə və pulu verənin sifarişi. “Meydan Tv”nin məşhur Soros şəbəkəsində yer aldığı bəlli məsələdir. Media resursunun rəhbərləri arasında Sorosun şinelindən çıxanlar daim yer alıb. Misal üçün, Tv-nin keçmiş əməkdaşları Zarona İsmaylova və Stefan Pfeyfer Soros Fondunun təmsilçiləri idi.
Soros şəbəkəsində Azərbayana qarşı antikampaniyaların əsas təşkilatçılarından olan, Azərbaycanın lobbiçilik fəaliyyətini “kürü diplomatiyası” adı altında təqdim edən “European Stability İnitiative” analitik araşdırmalar mərkəzinin rəhbəri Gerald Knausun da “Meydan Tv”nin qeyri-rəsmi idarəçiləri arasında olması bunu göstərir.
Və Azərbaycan Vətən müharibəsi apararkən, “Meydan Tv”nin Ermənistanın platforması olması məhz Sorosun sifarişidir.
Onlar “atalarının oğullarını” müdafiə edir, çünki Ermənistanda “Sorosun uşaqları” kimi tanınan Paşinyan hakimiyyəti ilə “Meydan”ı kökündə maliyyə dayanan mənəvi bağlar bağlayır.
Ermənistan hərbi və diplomatik cəbhədə məğlub olduqca, “Sorusun uşaqları” daha da həyasızlaşır.
Paşinyan iddia edir ki, “Azərbaycan humanitar atəşkəsi pozur”.
“Meydan Tv” yazır ki, “...Ermənistan və Azərbaycan arasında imzalanmış humanitar atəşkəs sazişinə baxmayaraq, Prezident İlham Əliyev Azərbaycanın Dağlıq Qarabağdakı ərazilərin azad edilməsi üçün hərbi əməliyyatlara davam etdiyini deyib”.
Paşinyan iddia edir ki, “Azərbaycan ordusu ağır itkilər verir, biz qalibik”.
“Meydan Tv” yazır ki, “müharibədə itkilər artır, Azərbayanda isə insanlar “eyforiyada yaşayır”, “prezidentin azad edilmiş torpaqlarla bağlı növbəti müraciətini dördgözlə gözləyirlər”.
Ermənistan mediası iddia edir ki, Azərbaycanın Vətən müharibəsi “hakimiyyətin oynudur”.
Sorosun “azərbaycanlı uşaqları” yazırlar ki, “bu müharibə Azərbaycanda hakimiyyətin güclənməsi məqsədi daşıyır”.
Və bu kampaniyanın əsas iştirakçılarından birinin Türkiyədə ermənilərə məxsus “Agos” qəzetinin əməkdaşı, məhz Azərbaycana qarşı hücumlarına işə götürülən Arzu Qeybullanın olması da məsələnin mahiyyətini anlamağa imkan verir.
“Sorosun uşaqlarının” Ermənistandakı qardaşları uğrunda apardıqları “mübarizə”nin məqsədi Nikol Paşinyanın hakimiyyətini qorumaqdır.
Və bu, Paşinyanı taxta çıxaran Soros üçün də, elə işğalçı ölkə üçün də son silah hesab oluna bilər.
Hərbi əməliyyatların gedişatı Nikolun “siyasi dəfni” ilə nəticələnəcək. Artıq Ermənistanda keçmiş siyasi qüvvələr hərəkətə keçib. Keçmiş prezidentlərin – Robert Koçaryan, Serj Sarkisyan və Levon Ter-Petrosyanın qapalı görüşü və baş verən proseslər Paşinyanın taxtı ilə vidalaşmasını yaxınlaşdırır və bu, Sorosun bölgədəki planına ciddi təhlükə yaradır.
Paşinyanın hakimiyyətdə qalmasının yeganə yolu hərbi əməliyyatların dayandırılmasıdır. Hərbi əməliyyatların Azərbaycanın irəli sürdüyü şərtlərlərlə - ərazilərin tam azad olunması – dayandırılması Nikolun devrilməsi ilə nəticələnəcək, bu baxımdan, yeganə çıxış yolu Bakıya müxtəlif yollarla təzyiqin edilməsidir.
Beynəlxalq təşkilatlar, yaxud digər ölkələr üzərindən bu baş tutmadı və indi yeganə yol Sorosun uşaqlarının həmrəy olması, Azərbaycan daxilindən hücuma keçilməsidir. “Meydan Tv” açıq şəkildə bu planı həyata keçirir.
Göründüyü kimi, düşmən evimizə “Meydan Tv” vasitəsilə daxil olmağa çalışır, qapıları bağlayaq və içimizdəki düşməni təmizləyək. Vətən müharibəsində qalib gəlməyimiz, ədaləti bərpa edə bilməyimiz üçün “Meydan Tv”nin bu oyununun qarşısını almaq, hüquq çərçivəsində təxirəsalınmaz addımlar atmaq həyati əhəmiyyət kəsb edir.
Asif Nərimanlı
-
Hadisə14:42
Qəzada öldüyü deyilən azərbaycanlı sağ tapıldı - VİDEO
-
Nida Xəbər 14:15
İran prezidenti İlham Əliyevə zəng etdi
-
Dünya13:39
Vanqa və Nostradamusun 2025-ci il üçün kəhanətləri: Xəstəlik, müharibə, təbii fəlakət...
-
Nida Xəbər 13:28
Təyyarəmizi dron vurub? - AZAL prezidentindən AÇIQLAMA
-
Dünya12:18
Əsəd tərəfdarları qiyam qaldırdı: Əməliyyat başladı - Komendant saatı tətbiq edildi
-
Sosial11:57
Pilotların səs yazısı yayıldı - “Təyyarəyə güclü zərbə dəydi”
-
Dünya11:02
Netanyahudan daha bir təhdid gəldi: Bütün Yaxın Şərq dərs alacaq
-
Sosial10:52
"Hər şey yaxşı olacaq" deyən bələdçinin meyiti tapıldı - VİDEO