Nida Təhlil
Professor erməni vandalizminin səbəbini açıqladı: Dünya tarixi həqiqətləri bilməsin deyə...
30 il ərzində işğal altında olan Azərbaycan torpaqlarında düşmən bacardığı hər şeyi məhv edib.
Bu sözləri Publika.az-a açıqlamasında professor Anar İsgəndərov deyib. Professor qeyd edib ki, torpaqlarımız işğaldan tamamilə azad olunduqdan sonra ermənilər tərəfindən darmadağın edilmiş tarixi abidələr və məscidlərimiz yenidən bərpa olunacaq:
“Bu barədə Prezident də öz çıxışlarında dəfələrlə bildirib. İşğaldan azad olunan torpaqlarda genişmiqyaslı bərpa və abadlıq işləri aparılacaq. Abidələrin və mədəniyyət nümunələrinin dağıdılması birmənalı olaraq erməni qəddarlığını, amansızlığını və vandalizmini göstərir. Görün, biz kimlə müharibə aparırıq... İnsan adına layiq olmayan, faşizmdən də dəhşətli məfkurəyə malik olan canlı məxluqlarla... Dünya tarixində belə hadisələr olub. Amma o abidələrin hamısı bərpa olunub. Əminəm ki, haqq-ədalət və zəfər yürüşünü uğurla başa çatdırdıqdan sonra o məbədlərin, məscidlərin və müqəddəs yerlərin hər biri yenidən inşa ediləcək. Onların hər birinin eskiz və sxemləri var.
İkinci Dünya müharibəsində məhv edilən tarixi abidələrin bir çoxunun yenidən bərpa edildiyini eşidəndə inanmamışdım. Bu məsələ ilə bağlı ayrı-ayrı ölkələrə səfərlərim olub. O abidələri öz gözləri ilə görən adam kimi deyə bilərəm ki, dağıdılmış abidələrin bərpası mümkündür. Yetər ki, yağı düşməni o torpaqlardan sona qədər geri çəkilməyə məcbur edək.
İşğal olunmuş ərazilərdə həm İslama qədərki, həm də İslam dövründə mövcud olan Alban abidələri olub. İslam dininin qəbul edilməsindən sonra təbii olaraq müqəddəs abidələr tikilməyə başlandı. Ermənilər 1813 və 1828-ci il müqavilələri imzalandıqdan, yəni Azərbaycan xanlıqları Rusiya tərəfindən işğal olunduqdan sonra Qarabağa gəlib. Belə olan halda onların hansı tarixi abidəsi ola bilər ki? Bütün monastrlar alban məbədləridir. Ermənilər Azərbaycan torpaqlarındakı abidələri ona görə məhv edib ki, onların heç biri onlara məxsus deyil. Bu abidələr tarixi fakt kimi bütün dünyaya bəyan edir ki, bu torpağın sahibi kimdir. Dünya bu tarixi həqiqətləri bilməsin deyə abidələrimizi məhv ediblər”.
Aytən Məftun
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi






.jpg)





























.jpg)
.jpg)
