Nida Təhlil
Paşinyan Ermənistanı fəlakətə aparır - Politoloq
"Nikol Paşinyan siyasətdə tamamilə təsadüfi adamdır, onun nə dövlət idarəçiliyindən, nə diplomatiyadan, iqtisadiyyatdan, nə də hərbdən anlayışı var. Əgər dövləti idarə etmək anlayışı olsaydı, onu bu vəziyyətə salmazdı. Dövlət başçısı bu gün bir söz, iki saatdan sonra başqa bir fikir söyləyə bilməz. Dövlət başçısının fikirləri məntiqli, ardıcıl və əsaslandırılmış olmalıdır. Amma Paşinyanda bunların heç biri yoxdur".
Bu sözləri Publika.az-a açıqlamasında BDU-nun Geosiyasət və konfliktologiya üzrə fəlsəfə doktoru, dosent Kərəm Məmmədov deyib. Ekspert bildirib ki, Paşinyan Ermənistanı fəlakətə aparan baş nazirdir:
“Bu fəlakətin nəticələri uzun illər Ermənistanın iqtisadi-siyasi həyatında özünü göstərəcək. Paşinyan məsuliyyətsiz və sərsəm bəyanatları ilə dövləti pis vəziyyətə salıb.1994-cü ildən bəri münaqişə ilə bağlı sülh danışıqları gedir. Əgər onda məsuliyyət hissi olsaydı, münaqişənin sülh yolu ilə həll olunmasına çalışardı.
Şarl de Qollun belə bir fikri var: Danışıqlar istənilən nəticəni verməsə də, hər halda danışıqlar aparmaq və ünsiyyət qurmaq lazımdır. Danışıqları tamamilə kəsmək olmaz. İstəsək də, istəməsək də hər bir müharibənin sonu istər-istəməz sülh müqaviləsi ilə nəticələnir. Cənab Prezident də çıxışlarında vurğulayıb ki, biz Ermənistan xalqı ilə düşmən deyilik. Sadəcə olaraq Ermənistanın məsuliyyətsiz hərbi-siyasi rəhbərliyi ucbatından belə vəziyyət yarandı.
Azərbaycan Ordusu öz tarixi torpaqlarını azad etməklə məşğuldur, kimsənin torpağında gözümüz yoxdur. Biz öz vətənimizdə torpaqlarımız uğrunda azadlıq müharibəsi aparırıq. Paşinyansa hakimiyyətini qorumaq üçün müxtəlif vasitələrə əl atır, o dövlət başçısı qalmayıb ki, zəng eləyib yalvarmasın. Halbuki 3 dəfə humanitar atəşkəs razılaşması əldə olunub, üçündə də atəşkəsin qüvvəyə minməsindən bir neçə dəqiqə sonra Bərdə və Gəncəni raket atəşinə tutdular”.
Politoloq qeyd edib ki, Paşinyan dünya liderləri arasında heç bir nüfuza malik deyil:
“Çünki xarici media orqanlarına yalan məlumatlar ötürür. Odur ki, real vəziyyətdə heç kim ona inanmır. Hətta onun ən yaxın saydığı dövlətlərin rəhbərləri belə ona etibar etmirlər. Tarixdə elə bir lider təsəvvür edə bilmirəm ki, Ermənistanın həm əvvəlki, həm də indiki rəhbərliyini müqayisə edə bilim”.
Aytən Məftun
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi







.jpg)












.jpg)














.jpg)
.jpg)
