Nida Təhlil
Öz əlləri ilə xalqına qəbir qazmağı ikiqat dəhşətlidir - Fransız musiqiçi
Şokdayam... Ermənilər qonşu dövlətin ərazisi uğrunda öz uşaqlarını, cavanlarını öldürməyə hazırdır.
Bu sözləri Publika.az-a açıqlamasında Fransanın tanınmış opera ifaçısı, "Turkuaz" musiqi ansamblının yaradıcısı Ferruze Gaderi deyib.
O həmçinin əlavə edib ki, erməni hakimiyyətinin öz əlləri ilə xalqına qəbir qazmağı ikiqat dəhşətlidir:
"Uzun illərdir musiqinin dilində danışıram. Düşünürəm ki, musiqi bütün dünyaya savaşı unutduran, qardaşlığı təlqin edən yeganə ilahi qüvvədir. Bu illər ərzində Azərbaycan xalq mahnıları, klassik əsərləri ilə yaxından tanış olmaq imkanı qazanmışam. Həmçinin Azərbaycan-Fransa Dialoqu Assosiasiyasının yaradıcı heyətindəyəm. Bir sıra layihələrimdə azərbaycanlı sənətkarlarla çalışmışam. Xalqınızın istedadına, humanistliyinə bələdəm.

Ümumiyyətlə, Azərbaycanın ürəyimdə xüsusi yeri var. Son həftələrdə baş verən kədərli hadisə məni də çox təsirləndirdi. Bir məqama diqqət edin ki, Ermənistan müharibə adını verdiyi bu işğalçı siyasətindən Azərbaycan əsgərləri ilə yanaşı, öz ordusunun ölümünə imza atır. Hətta bir fotoda uşaqların əlinə silah verdiklərini gördüm. Şokdayam... Onlar Azərbaycanın dinc əhalisini raketlərlə bombalamaqdan çəkinmir, hətta öz uşaqlarını da ölümə hazırlayırlar. Təəssüf ki, biz fransızların çoxu məsələnin dərininə varmadan Ermənistanın yanında durmağı seçirik.
İstəyirəm biləsiniz, qəlbən azərbaycanlıyam. Bunu deməkdən çəkinmirəm. Xalqınızı çox sevirəm. Tezliklə bu ədalətsizliyin aradan qalxacağına, öz ərazinizdə xoşbəxt yaşayacağınıza əminəm".
Leyla Sarabi
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi






.jpg)





























.jpg)
.jpg)
