Nida Təhlil
Bundan irəli gələn şərtlər danışıqlar predmeti ola bilməz - RƏY
Azərbaycanın işğal altında olan torpaqlarının bir hissəsinin Silahlı Qüvvələr tərəfindən azad edilməsi beynəlxalq səviyyədə qəbul edilmiş sənədlərin hərbi yolla icrasının reallaşdırılmasının göstəricisidir. 30 ilə yaxın müddətdə Azərbaycan Respublikası BMT səviyyəsində qəbul olunmuş qətnamələrin sülh və danışıqlar yolu ilə icrasının təmin olunması üçün səy göstərib, bütün danışıqlarda təşəbbüskar, həm də tərəfkeş kimi iştirak edib. Bütün bunlara baxmayaraq, Ermənistan tərəfi 1994-cü ildə atəşkəs razılaşması əldə olunsa da, dəfələrlə atəşkəsi pozub.
Bu sözləri Publika.az-a açıqlamasında tarixçi alim Firdovsiyyə Əhmədova deyib.
O qeyd edib ki, sentyabrın 27-də Azərbaycan Ordusunun əks-hücuma keçməsinin səbəbi Ermənistanın yenidən atəşkəsi pozması olsa da, beynəlxalq səviyyədə birtərəfli qərəzli münasibət doğurmuşdu:
“Azərbaycan öz ərazisində müharibə aparırdı, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin və ərazi bütövlüyünün təmin edilməsi uğrunda əməliyyat həyata keçirirdi. Nəticə etibarı ilə BMT tərəfindən qəbul olunmuş qətnamələrin sülh yolu ilə yox, məhz hərb yolu ilə təmin olunması qismən həyata keçirilmiş oldu. Bir ay ərzində tərəflər arasında 3 dəfə humanitar atəşkəs haqqında razılaşma olsa da, elə həmin dəqiqələrdə atəşkəs haqqında danışıqların getdiyi müddətdə Ermənistan tərəfindən təcavüzkar akt həyata keçirilib, qadağan olunmuş silahlar tətbiq olunub. Bütün bunlar danışıqların faydasız olduğunu göstərir. Odur ki, Azərbaycan əsgəri öz qanı bahasına beynəlxalq qətnamələrin təmin olunmasını reallaşdırır. Bu isə o deməkdir ki, Azərbaycan torpaqları Azərbaycan Ordusu hesabına işğaldan azad ediləcək və əvvəlki şərtlər heç də danışıq predmeti ola bilməz. Çünki ilk gündən Azərbaycan 30 il ərzində Dağlıq Qarabağda yaşayan ermənilərə ərazi muxtariyyət hüququnu tanımışdı. Lakin danışıqların bütün gedişatının faydasız olması və işğalçı dövlətin xaricdən gətirilmiş muzdlular üçün hər hansı ərazi muxtariyyəti tanıması məsələsini təbii ki, gerçəkləşdirə bilməz. Bu, ümumiyyətlə mümkün deyil.
Hərb qanunlarına görə, əsgərin qanı hesabına azad olunmuş ərazilər yeni şərtlərin diktə olunmasını ortaya qoyur. Bu baxımdan haqlı olaraq Azərbaycan Respublikası artıq tarixi torpaqları olan Dağlıq Qarabağ ərazisində yaşayan ermənilərə məhz mədəni muxtariyyət hüququnu tanıyır. Çünki Ermənistan tərəfi danışıqlar yolu ilə Azərbaycanın torpaqlarını azad etmədi. Azərbaycan hərbçilərinin qanı bahasına azad etdiyi ərazilərdə 1988-ci ilə qədər vilayət hüququ olan zaman yaşamış ermənilər və onların nəsilləri mədəni muxtariyyət statusunda yaşamağa davam edə bilərlər. Bundan irəli gələn şərtlər isə danışıqlar predmeti ola bilməz. Ermənistan tərəfi bu 40 gün ərzində terrorist mövqe nümayiş etdirib, riyakar siyasət aparıb. Qadağan olunmuş silahların istifadəsindən tutmuş mülki əhalinin hədəfə çevrilməsinə qədər həyata keçirdiyi aktlar danışıqlar predmetini də, mövzusunu da, formatını da dəyişdirməyə məcbur edib. Bundan sonrakı sülh prosesi Azərbaycan tərəfinin qoyduğu şərtlər əsasında gerçəkləşdirilə bilər”.
Aytən Məftun
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO