Nida Təhlil
Qazanılan ZƏFƏRimizə kölgə salmayaq!
Əməkdar jurnalist Mətanət Ağamirli yazır:
Nə istəyirdik? Qarabağın işğaldan azad olunmasını? Buyurun. Proses həll olundu.
Madrid prinsipi ilə razılaşmayan erməni bu gün mövcud şərtlə Qarabağı məcburən tərk edir. İndi nədən narazılıq edirik? Rusiya sülhməramlı qüvvələrinin bölgəyə gəlməsinə? Nə düşünürdünüz?
Sülhməramlılar olmadan Xankəndində ermənilərin, Şuşada və başqa rayonlarda azərbaycanlıların birgə yaşamasını mümkün sayır və baş verəcəklərə dünyanın göz yumacağınımı düşünürsünüz?
Etiraz edənlərə haqlı olaraq sual ünvanlana bilər. Müharibənin ilk günündən Ali Baş Komandan şərtləri açıqladı ki, erməni silahlı qüvvələri torpaqlarımızdan çıxsınlar, o halda erməni mülki əhalisi gəlib doğulduğu torpaqlarda Azərbaycan qanunvericiliyi əsasında yaşamaq hüququndan istifadə edə bilər.
Bu çağırış 44 günlük müharibədə hər gün səsləndi. Etiraz edən oldumu? Yox! Yəni cənab Prezidentin fikrini hamı dəstəklədi. İndi Rusiya sülhməramlılarının bölgəyə gəlməsinə müxtəlif don geyindirməyə çalışanlar nəyə nail olmaq istəyirlər? Bunu edənlər Vətən müharibəsi günlərində harda idilər? Oğlunu, qardaşını, əzizini səngərə göndərdimi? Kompyuter qarşısında oturub “Allah rəhmət eləsin” demək çətin deyil.
Çətinlik şəhid olmaq, torpaq uğrunda qurban vermək, səngərdə yağışda-şaxtada erməni ilə üz-üzə qalmaq, əlil olmaqdır, əziz dostlar! Hər iki dövlətdə və bölgədə rus dilinin anlaşılmasına görə sülhməramlıların yerləşdirilməsi politoloqların versiyasıdır.
Türkiyə isə öz əsgərlərinin sülhməramlılara nəzarət mərkəzində təmsil olunmasını təmin edib. Sülhməramlıların funksiyası millətlərarası nifaqın qarşısının alınmasıdır. Göstərilən 5 il adaptasiya dövrü kimi nəzərdə tutulur. Gerisi artıq bizim məsuliyyətdir, erməni qızlarını alıb gəlin edərək, qohumlaşaraq ipi əldən verərik-vermərik, bunu gələcək göstərəcək.
Qazanılan ZƏFƏRƏ kölgə salmayaq lütfən! Əldə olunanları kimsə hədiyyə etmədi, qan bahasına işğaldan azad etdiyimiz ərazilərimiz bu gün özümüzdədir. Son 2 əsrdə itirdiyimiz torpaqlardan geri aldığımız oldumu? Yox! Bu baxımdan işğaldan azad olunmuş torpaqlar tarixi qələbənin nəticəsi kimi qiymətləndirilməlidir.
Təbii Rusiya faktoru haqlı olaraq şübhələr yarada bilər. Amma artıq Türkiyənin bu məsələdə yer alması daha çox ümidvericidir. Və unutmayaq Azərbaycan 30 il öncəki Azərbaycan deyil!
Allah Azərbaycanımızı qorusun!
-
Magazin103:43Toya gecikən Afət görün məclisə hansı geyimdə gəldi - VİDEO
-
ABŞ02:12ABŞ TƏŞVİŞ İÇİNDƏ - Sərnişin təyyarəsi hədəfə alındı, hava limanı bağlandı
-
İdman00:30“Qara bazar”dan şikayətlənirdi, özü də saxlanıldı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gözlənilməz bir dərinliklə qarşılaşacaqsınız
-
Nida Xəbər 4 Noyabr 23:24Sabiq nazir Koçaryanla bağlı faktları AÇIQLADI: "Xüsusi hazırlıq keçmiş agent olub" - VİDEOİ
-
MDB4 Noyabr 23:00Məşhur teleaparıcı 77 yaşında vəfat etdi - FOTO
-
Magazin14 Noyabr 22:24“Aygün xanımla aramızda soyuqluq var idi”
-
Sosial4 Noyabr 21:00Azərbaycanda bu rayon ləğv olunur?



































