Nida Təhlil
Onların heç biri 44 gün ərzində vətəndaş mövqeyini nümayiş etdirmədi - Politoloq
“Azərbaycan xalqının tarixi qələbəsindən sonra radikal müxalifətin məsələyə yanaşmasında və ritorikasında açıq şəkildə dəyişikliklər müşahidə olunmağa başlayıb. Biz bir qrup şəxsin qələbəmizdən sonra əks tezislərlə çıxışlarının şahidi olduq, hansılar ki, bu gün müxtəlif xarici ölkələrdə guya ki, blogerlik fəaliyyəti ilə məşğul olurlar”.
Bu fikirləri Publika.az-a açıqlamasında Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, politoloq Zaur Məmmədov deyib.
O bildirib ki, sentyabrın 27-dən siyasi fəaliyyəti dondurduğunu elan edən müxalifət Fransa və digər ermənipərəst ölkələrin Azərbaycana qarşı mövqeyinə uyğun tezislərlə çıxış etməyə başlayıb: “Biz onların 44 gün ərzində ağızlarına su alıb oturduqlarının şahidi olduq. Onların heç biri təəssüflər olsun ki, vətəndaş mövqeyini nümayiş etdirmədi. Çünki ən azı yaşadıqları ölkələrdə ayrı-ayrı xarici dövlətlərin səfirliklərinin qarşısında dinc nümayiş keçirə bilərdilər. Və yaxud xarici ölkələrin parlamentlərinə və ya Avropa Parlamentinin üzvlərinə məktub göndərməklə azərbaycanlıların erməni terroruna, kasetli raket bombalarına məruz qalması ilə bağlı məsələləri aktuallaşdıra bilərdilər. Bu müharibə dövründə əsgərlərdən başqa digər şəxslər də- jurnalistlər, blogerlər, ekspertlər ayrı-ayrı ölkələrin parlament nümayəndələrinə məktublar göndərirdilər. Eyni zamanda, xaricdəki diaspor nümayəndələrimiz də fəal şəkildə işlər görürdü”.
Z.Məmmədov qeyd edib ki, belə olan halda bu gün bəyanatı tənqid edən və ya tənqid etmək üçün məqam axtaran radikal şəxslərin 44 gün ərzində vətəndaş mövqelərini nümayiş etdirməməsi ciddi məqamlardan xəbər verir: “Bu, əslində onların əsl simasını göstərir. Bu gün heç kim bəyanatı və ümumiyyətlə, son zamanlar Cənubi Qafqazda baş verənləri kənardan tənqid etmək ixtiyarına malik deyil. Çünki Azərbaycanda və bölgədə baş verənləri Ali Baş Komandan, Prezident İlham Əliyev hamıdan çox yaxşı bilir. Bu gün biz 300 ildir həsrət qaldığımız böyük qələbəyə malik olan xalqıq. Nəhayət ki, məğlub xalq sindromunu sındıraraq qalib gəldik. Eyni zamanda regionda 1828-2020-ci illərdə olan geosiyasi konfiqurasiyanı da dağıtmış olduq. Ona görə də radikal müxalifətin son çıxışları xalq tərəfindən də ciddi qarşılanmır. Yaxşı olardı ki, onlar ümumxalq işi ilə məşğul olsunlar”.
Akqabay Mıradov
-
Magazin106:16Oğlu Zaura ŞƏRT QOYDU: "Səhnəni tərk edəcəyəm" - VİDEO
-
Hadisə05:45Bakıda avtobus bir neçə maşını əzib obyektə çırpıldı - VİDEO
-
Magazin103:43Toya gecikən Afət görün məclisə hansı geyimdə gəldi - VİDEO
-
ABŞ02:12ABŞ TƏŞVİŞ İÇİNDƏ - Sərnişin təyyarəsi hədəfə alındı, hava limanı bağlandı
-
İdman00:30“Qara bazar”dan şikayətlənirdi, özü də saxlanıldı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gözlənilməz bir dərinliklə qarşılaşacaqsınız
-
Nida Xəbər 4 Noyabr 23:24Sabiq nazir Koçaryanla bağlı faktları AÇIQLADI: "Xüsusi hazırlıq keçmiş agent olub" - VİDEOİ
-
MDB4 Noyabr 23:00Məşhur teleaparıcı 77 yaşında vəfat etdi - FOTO




































