Nida Təhlil
Fransa XİN-in bəyanatı qeyri-səmimidir - Deputat
“Fransa Xarici İşlər Nazirliyinin Senatın qəbul etdiyi qətnaməyə münasibəti riyakarlığın ən yüksək formasıdır. Çünki bu prosesi başladan məhz Fransa Xarici İşlər Nazirliyi və Prezident Administrasiyası olub. Fransa Senatında da senatorların əksəriyyəti iqtidar partiyasının təmsilçiləridir, orada hər hansı şübhə yeri qalmır ki, bu, ümumi dövlətin məsələyə olan münasibətidir”.
Publika.az xəbər verir ki, bunu Fransa Senatında “Dağlıq Qarabağ respublikasının tanınmasının zəruriliyinə dair” 145 nömrəli qətnamənin qəbul edilməsinə münasibəti ifadə edən deputat Nəsib Məhəməliyev qeyd edib.
Onun sözlərinə görə, bu, münasibətlərin pozulmasından savayı heç bir müsbət nəticəyə gətirib çıxarmayacaq: “Çünki Fransa ilə Azərbaycanın 27 sentyabra qədər olan həm iqtisadi, həm də siyasi münasibətləri çox yüksək səviyyədə idi və həmin vaxtdan bəri Fransanın dövlət olaraq tutduğu mövqe Minsk Qrupunun 3 həmsədrindən biri olan ölkə kimi neytrallığını qorumaq əvəzinə, birmənalı şəkildə beynəlxalq hüququn norma və prinsiplərinə zidd olaraq işğalçını dəstəkləməsi onun qərəzli olduğunu nümayiş etdirdi. Etibarlı tərəfdaş, partnyor kimi Fransaya olan inamı öldürdü. Bu baxımdan hesab edirəm ki, Fransa Xarici İşlər Nazirliyinin bəyanatı qeyri-səmimidir. Azərbaycanla Fransa arasında iqtisadi əməkdaşlığı qoruyub saxlamağa xidmət edir”.
“İkincisi, siyasi proseslərdə Minsk Qrupu üçlüyündə fəaliyyətini davam etdirməsi üçün Azərbaycan tərəfindən kəskin mövqeni neytrallaşdırmağa hesablanıb. Həm iqtisadi, həm də siyasi məsələlərə görə maksimum bu cılız bəyanatla istəyirlər ki, Azərbaycan tərəfdən ehtimal olunan təzyiqləri azaltsınlar. Hesab edirəm ki, biz Minsk Qrupu çərçivəsində Fransa ilə heç bir halda əməkdaşlıq etməməliyik. Minsk Qrupunda 11 ölkə, o cümlədən qardaş Türkiyə təmsil olunub. İstənilən digər ölkə ilə Fransanın həmsədrliyi əvəz olunmalıdır. Artıq bizim əlimizdə ciddi əsaslar var ki, Fransanı Minsk Qrupunun həmsədrliyindən kənarlaşdıraq. Hesab edirəm ki, iqtisadi münasibətlərə də yenidən baxmalıyıq”, - deputat əlavə edib.
Şamo Emin
-
Qoroskop01:20Günün ulduz falı: sağlamlıq problemləri ilə üzləşə bilərsiz
-
İKT2 Oktyabr 20:00Kiberdələduzlar yeni üsula keçdi - DTX-dən vətəndaşlara xəbərdarlıq
-
Rəsmi xronika2 Oktyabr 18:40İlham Əliyev: Biz emosiyalara qapılsaydıq, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı - Video
-
Nida Təhlil 2 Oktyabr 17:34YAP-ın yaranması: Qarabağ zəfərindən yeni ideoloji mərhələyə doğru
-
Rəsmi xronika2 Oktyabr 15:55Prezidentin sosial media hesablarında YAP-ın VIII Qurultayında iştirakına dair videoçarx paylaşıldı
-
Rəsmi xronika2 Oktyabr 15:44Prezidentdən Misir Mərdanovla bağlı sərəncam
-
Nida Xəbər 2 Oktyabr 15:26Pensiya artımında YENİLİK: Hamıya eyni məbləğ verilməyəcək
-
Qoroskop2 Oktyabr 14:38Başı bəladan qurtulmayan 4 bürc

































.jpg)

