Fransa yerini Türkiyəyə verməlidir, o zaman... - Barbaros Öztürkdən SƏRT AÇIQLAMA
Bizi izləyin

Nida Təhlil

Fransa yerini Türkiyəyə verməlidir, o zaman... - Barbaros Öztürkdən SƏRT AÇIQLAMA

"Ruandada, Əlcəzairdə soyqırımı həyata keçirən Fransanın Dağlıq Qarabağı tanımaq istəyindən təbii heç nə ola bilməz".

Publika.az xəbər verir ki, bu sözləri Türkiyəli politoloq, Osmanlı Səfərbərlik Xalq Hərəkatının sədri Mehmet Barbaros Öztürk Fransa Senatında qəbul edilmiş "Dağlıq Qarabağ Respublikasının tanınması zərurəti" adlı qətnamə təklifinə münasibət bildirərkən deyib.

Politoloqun sözlərinə görə, Fransa senatının qəbul etdiyi bu yersiz, hədsiz qətnamə təklifi hər zaman Azərbaycanın haqlı davasını dəstəkləyən hər bir türk və müsəlman kimi onların da qəzəbinə səbəb olub.

Hərəkat sədri qeyd edib ki, tarix boyunca dünyanın müxtəlif regionlarında soyqırımılar törədən Fransa hər dəfə belə məntiqsiz qərarlar qəbul edəndə heç vaxt çevrilib öz tarixinə baxmır.

Politoloq həm də bir məsələ ilə bağlı öz təəccübünü gizlədə bilməyib: "Dünən bu təklifin qəbul edilməsi ilə bağlı xəbəri oxuyanda öz-özümə belə bir sual verdim: görəsən Fransa mövcud olmayan bir şeyi necə tanıyır? Amma sonra yadıma düşdü ki, axı, bu yeni bir şey deyil. Axı onlar daha əvvəl Türkiyəyə təzyiq vasitəsi kimi baş verməmiş erməni soyqırımı ilə bağlı da qərar qəbul etmişdilər. Bundan da əlavə, Fransa otuz ildir ki, ATƏT-in Minsk Qrupunun həmsədri kimi heç bir iş görmədən guya öz vasitəçilik missiyasını həyata keçirib, əslində isə Azərbaycana, geniş mənada isə türk və müsəlman dünyasına irqi və dini ayrıseçkilik fəaliyyəti ilə məşğul olub. Belə bir sual yaranır: mövcud olmayan, qondarma Dağlıq Qarabağ respublikasını tanıyacağı ilə Azərbaycanı hədələyən bir ölkə bundan sonra necə bu sülh prosesində iştirak edəcək? Məncə, bu biabırçı hadisədən sonra Fransa bu proseslərdən çəkilməli, yerini Türkiyəyə buraxmalıdır. O zaman qardaş Azərbaycanla birgə biz regionda sülhün təmin olunması üçün daha sistemli fəaliyyət həyata keçirmiş olarıq".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm