Nida Təhlil
2020-ci il Azərbaycan üçün beynəlxalq səviyyəli uğurlarla zəngin il olub - Politoloq
“2020-ci ildə Azərbaycanın beynəlxalq uğurları haqda danışarkən ilk əvvəl onu qeyd etmək lazımdır ki, dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkəmiz öz xarici siyasətini beynəlxalq hüququn norma və prinsipləri, o cümlədən, dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət, daxili işlərə müdaxilə edilməməsi prinsipləri əsasında qurmuşdur. Bu prinsipləri rəhbər tutan rəsmi Bakının yürütdüyü xarici siyasət Azərbaycanın müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə və milli təhlükəsizliyinə təhdidlərin və risklərin aradan qaldırılması kimi həyati əhəmiyyətli məqsədə xidmət edir. Məhz bu məqsədlər uğrunda fəaliyyət göstərən ölkəmiz üçün 2020-ci il heç şübhəsiz ki, kifayət qədər uğurlu il olub”.
Bu sözləri politoloq Yusif Bağırzadə 2020-ci ildə Azərbaycanın Beynəlxalq səviyyədəki uğurları haqqında Publika.az-a danışarkən deyib.
O, bildirib ki, bu il ərzində Azərbaycanın beynəlxalq aləmdə nüfuzu əhəmiyyətli dərəcədə artıb.
“Dünyada ölkəmizin irəli sürdüyü təşəbbüslərə göstərilən münasibət buna əyani sübutdur. Bunun başlıca səbəbi isə Prezident İlham Əliyevin apardığı uğurlu siyasət və qarşıya qoyulan hədəflərə çatmaq üçün sərgilədiyi iradədir. Dövlət başçısının koronavirus pandemiyasına qarşı mübarizədə dünya ölkələrinə verdiyi birlik və həmrəylik mesajları, irəli sürdüyü təkliflər Azərbaycanın dünyadakı çəkisini daha da artırdı. Dünya ölkələri koronavirusla mübarizə metodları axtardığı bir zamanda Azərbaycan Prezidenti qlobal çağırış edərək dövlətləri vahid “düşmən”ə qarşı birlikdə mübarizə aparmağa səslədi. 2020-ci ilin aprel ayının 10-da Azərbaycan Prezidentinin təşəbbüsü ilə Türk Şurasının dövlət və hökumət başçıları səviyyəsində COVID-19 pandemiyasına həsr olunmuş onlayn Zirvə görüşü təşkil edildi.
Daha sonra may ayını 4–də yenə də Azərbyacan Prezidentinin sədrliyi ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında Zirvə görüşü keçirildi və çox vacib qərarlar qəbul edildi. Bu tədbirin özü də Azərbaycanın Beynəlxalq areanadakı uğuru kimi qiymətləndirilə bilər. Belə ki, ilk baxışdan adi görünsə də, bu qurumda hər hansı qərarın yekdilliklə qəbulu hallarına çox az-az rast gəlinir. Çünki təşkilata üzv olan bir sıra ölkələrin bir-birilə problemləri mövcuddur. Amma Azərbaycanın irəli sürdüyü təşəbbüslər, eləcə də Azərbaycan və Dağlıq Qarabağ problemində ölkəmizə dəstəklə bağlı qərarlar həmişə yekdilliklə qəbul olunub ki, bu da ölkəmizin beynəlxalq arenadakı rolunun ən bariz göstəricisi kimi qəbul edilə bilər. Elə Qoşulmama Hərəkatının son Zirvə görüşündə Prezident İlham Əliyev qlobal həmrəyliyin nümunəsi kimi pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təklifini irəli sürdü. Bu təklif Qoşulmama Hərəkatına üzv 120 ölkə arasında yekdilliklə razılaşdırıldı və xüsusi sessiyanın keçirilməsi ilə bağlı Baş katib Antonio Quterreşə müraciət ünvanlandı. BMT-nin 130-dək üzv ölkəsinin Azərbaycan Prezidentinin təşəbbüsünə rəsmi şəkildə dəstək verməsi və dekabrın 3-də BMT-nin Xüsusi Sessiyasının keçirilməsi Azərbaycanın beynlxalq nüfuzu ilə bağlı dediklərimizi bir daha təsdiq edir.
Daha bir uğur kimi sentyabrın 21-də BMT Baş Assambleyasının 75-ci Sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclası gösrətmək olar. Belə ki, iclasda ümumilikdə 182 ölkənin dövlət və hökümət başçısının çıxışı olduğu halda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına sayca altıncı olaraq çıxış imkanı yaradıldı. Dünya üzrə 182 ölkə arasında Azərbaycanın dövlət başçısının sayca altıncı çıxış etməsi şübhəsiz ki, Prezident İlham Əliyevə həm Azərbaycanın dövlət başçısı, həm də Qoşulmama Hərəkatının sədri kimi beynəlxalq səviyyədə göstərilən hörmət və etimadın təzahürüdür. Bu hörmət və etimad isə heç şübhəsiz ki, özündə həm də Azərbaycan olan hörməti ehtiva edir. Cənab Prezidentin həmin toplantıda çıxış edərək Dağlıq Qarabağ problemi ilə bağlı Azərbaycan həqiqətlərini bütün dünyaya çatdırması sonrakı mərhələdə torpaqlarımızın işğaldan azad olunması üçün keçiridiyimiz əməliyyatlarda Azərbaycan qarşı ola biləcək təzyiqlərin qarşısını aldı və bu çox böyük diplomatik uğur kimi qiymətləndirilməlidir.
Prezident İlham Əliyevin Soçidə “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında, Aşqabadda MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında, Münhen Təhlükəsizlik Konfransında Ermənistanın işğalçılıq siyasətini və faşist simasını ifşa etməsi, dünyanın aparıcı beynəlxalq qurumlarının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli qərarlar qəbul etməsi də 2020-ci ildə əldə etdiyimiz uğurlar sırasındadır” , - Y.Bağırzadə bildirib.
Politoloq həmçinin 2 beynəlxalq qurumun bu il Azərbaycanla bağlı yayımlandığı hesabata toxunub:
“Dünyanın ən böyük beyin mərkəzlərindən bir olan “Heritage Foundation” tərəfindən hazırlanan “İqtisadi Azadlıq İndeksi 2020” hesabatında Azərbaycan 16 pillə irəliləyərək 180 ölkə arasında 44-cü yerdə qərarlaşdı. Azərbaycan bu ilki hesabatda Asiya-Sakit Okean regionu ölkələri sırasından çıxarılaraq Avropa regionuna daxil edilib, iqtisadi azadlıq dərəcəsinə görə dünya üzrə orta göstəricidən (61.6) yuxarı, regional göstəricidən isə cəmi 0,5 bal ilə geri nəticə göstərib. Həmçinin, İqtisadi Azadlıq İndeksi 2020 üzrə Avropa regionunda 45 ölkə arasında 24-cü yerdə qərarlaşıb və regionda ən çox irəliləyən ölkələr arasında birinci yerdədir. Digər bir uğur isə Dünya Bankı Qrupunun mühüm nəşrlərindən hesab edilən “Doing Business“” Hesabatı ilə bağlıdır. Azərbaycanın “Doing Business 2020” hesabatında mövqeyi 6 pillə yaxşılaşıb və ölkəmiz bir daha dünyanın “Ən islahatçı on ölkəsi” sırasına daxil olub. Bununla da ölkələrin qlobal reytinq sıralamasında Azərbaycanın mövqeyi 191 ölkə arasında 34-dən 28-ə yüksəlib.
Bu il Azərbaycan diplomatiyasının ən zəruri vəzifələrindən biri də heç şübhəsiz ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü, suverenliyi və sərhədlərimizin toxunulmazlığı əsasında öz həllini tapması olmuşdur. Möhtərəm Prezidentimizin siyasi iradə nümayiş etdirməsi və məntiqli xarici siyasəti nəticəsində ölkəmizin mövqeyi nüfuzlu beynəlxalq təşkilatlar və dünya birliyi tərəfindən daha çox qəbul edilmiş dünya birliyi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsinə tərəfdar olaraq çıxış etmişdir”.
Aytən Məftun
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO