Nida Təhlil
Bakıdan Nyu-Yorka: İlham Əliyev COVID-19-a qarşı qlobal birliyə necə nail oldu?
Dünyanın bəlasına çevrilən COVİD-19 pandemiyası həm də dövlətlərin mövcud potensialı və gələcəyi üçün sınaq oldu. Bütün ölkələr bu sınaqdan çıxa bilirlərmi? Bu sualın cavabı bütövlükdə müsbət deyil, xüsusilə Qərbin inkişaf etmiş ölkələrinin koronavirusun dağıdıcı təsiri qarşısında duruş gətirə bilməməsi fonunda bu aydın görünür.
Azərbaycan bu sınaqdan çıxa bilən çox az ölkələrdən biridir. Təsadüfi deyil ki, Ümumdünya Səhiyyə Təşkilatının ölkəmizi pandemiyaya qarşı ən effektiv mübarizə aparan dövlətlər sırasına daxil edib.
“Biz birlikdə güclüyük!”. Prezident İlham Əliyevin koronavirus pandemiyasına qarşı mübarizədə irəli sürdüyü bu deviz və dövlətin vaxtında həyata keçirdiyi qabaqlayıcı tədbirlər Azərbaycanı bəşəriyyətin üzləşdiyi bəladan xilas edə bildi. Azərbaycanın COVİD-19-a qarşı mübarizəsini üç istiqamətdə dəyərləndirmək olar.
a) Azərbaycanı epidemiyanın dağıdıcı təsirlərindən qorumaq;
b) Azərbaycanın pandemiyaya qarşı mübarizə modelini regional və beynəlxalq müstəviyə daşımaq və siyasi lokomotiv rolunu üzərinə götürmək;
c) Post-pandemiya dövründə dövlətin siyasətini formalaşdırmaq və dünyanın siyasi xəritəsində Azərbaycanın yerini gücləndirmək;
COVİD-19 Çində yayılmağa başlayanda Azərbaycan ilk hərəkətə keçən ölkələrdən biri oldu. Nazirlər Kabineti yanında Operativ Qərargah yaradıldı və dövlət orqanlarının fəaliyyəti koordinasiya edildi. Virus sərhədlərimizə - İrana çatanda Azərbaycan artıq pandemiya ilə mübarizədə “Yol xəritəsi”ni hazırlamışdı və beynəlxalq təcrübədə ən effektiv mübarizə üsulu olan “karantin strategiyası”nı tətbiq etdi: Tədris prosesi onlyan rejimə keçdi, sərhədlər bağlandı, aviareyslər ləğv olundu. 23 mart tarixindən etibarən ölkədə xüsusi karantin rejiminin tətbiqinə başlanıldı və yoluxmanın miqyası minimallaşdırıldı.
Beynəlxalq təcrübədə pandemiyaya qarşı bir neçə mübarizə strategiyası var: “karantin strategiyası”, “kütləvi immunitetin formalaşması” və s. Pandemiyanın dünyada yayılma miqyasının təhlili sübut etdi ki, ən effektiv mübarizə vasitəsi Azərbaycanın tətbiq etdiyi “karantin strategiyası”dır. “Kütləvi immunitetin formalaşması” strategiyasını tətbiq edən ölkələrin, misal üçün, İngiltərə və digərlərinin sonradan “karantin straregiyası”nın tətbiqinə başlaması da bunu təsdiqlədi.
Azərbaycanın “karantin strategiyası”nı tətbiq edərkən iki mühüm istiqamətdə hərəkət etdi.
Səhiyyə sisteminin gücləndirilməsi: COVİD-19 pandemiyaya çevriləndə Prezident İlham Əliyevin göstərişi ilə ölkəyə çox sayda süni tənəffüs aparatı gətirildi. Mövcud xəstəxanalarda virusa yoluxanların müalicəsi üçün yerlər ayrıldı, bununla yanaşı, müasir texnologiyalara cavab verən klinika və 200 çarpayılıq modul tipli xəstəxanalar istifadəyə verildi. Sonradan yoluxma hallarında müşahidə olunan yüksək artımlar dövlətin belə xəstəxanaların yaradılması ilə bağlı vaxtında doğru qərar verdiyini göstərdi.
- Laboratoriyaların sayı 8 dəfə artırıldı;
- 10-dan artıq yeni müasir xəstəxana yaradıldı;
- Həkim qıtlığı ilə bağlı məsələ həll edildi, 5 ölkədən həkim qrupları dəvət olundu;
Buna paralel olaraq, koronavirus testinin keçirilməsi genişləndirildi. Azərbaycan əhalinin sayı ilə müqayisədə test sayına görə dünyada ən yaxşı göstəricilərdən sayılır. Pandemiyanın dünyada yayılmağa başladığı ilk dövrdə virusa qarşı mübarizə metodlarından biri də “test strategiyası” idi: gündəlik keçirilən testlərin sayını artırmaqla yoluxma hallarının vaxtında müəyyən edilməsi və qarşısının alınması. Azərbaycan bu beynəlxalq təcrübədən də uğurla istifadə edir.
Tibbi maska istehsal edən müəssisənin açılması isə beynəlxalq proseslər fonunda əhəmiyyətli addım idi. Qərb ölkələrində yoluxma və ölüm faktları pik həddə çatanda böyük ölkələr tibbi maska uğrunda mübarizəyə başladı. Prezident İlham Əliyev aprelin 6-da “Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsinin açlışını etməklə Azərbayanı mümkün təhlükədən xilas etdi. Gündəlik istehsalı 250 min ədəd olan bu müəssisənin istifadəyə verilməsində üç amil önəmlidir:
1. Azərbaycanda tibbi maska çatışmazlığının qarşısı alındı;
2. Daxili istehsalın həyata keçirilməsi vətəndaşın tibbi maskanı ucuz qiymətə əldə etməsini təmin etdi;
3. Azərbaycanın “maska mübarizəsi”nin iştirakçsına çevrilməsinin qarşısı alındı;
Vətəndaşa dəstək: COVİD-19 dünyaya təkcə xəstəlik yox, həm də iqtisadi itkilər və sosial çətinlik də gətirdi. Müxtəlif ölkələrdə baş verənlər insanların gündəlik ərzaq təlabatını ödəyə bilmədiyini, milyonlarla iş yerinin itirildiyini, 10 milyonlarla insanın aclığa məruz qaldığını göstərir. Azərbaycanda vətəndaşın sağlamlığı üçün “Evdə qal” devizinin davamı olaraq, “dövlət sosial təminatını evinə gətirir” addımları atıldı.
Prezident İlham Əliyevin 19 mart tarixli sərəncamının icrası ilə bağlı Tədbirlər Planı təsdiqləndi. Bu planda məşğulluğa və sosial rifaha dəstək məqsədilə 4 istiqamət üzrə 10 tədbir hazırlandı. Dövlət 2,5 milyard manatlıq dəstək paketini qəbul etdi, 44 min sahibkarlıq subyektində 300 mindən çox işçinin əmək haqqının əhəmiyyətli hissəsini ödədi. Dövlət sektoru üzrə 900 min, qeyri-dövlət sektoru üzrə 690 min işçinin əməkhaqqısı saxlanılmaqla məşğulluğu təmin edildi, dövlət dəstəyindən 600 minə yaxın vətəndaş, o cümlədən, 300 min mikro və fərdi sahibkar faydalandı, bununla yanaşı, işsiz şəxslərin sosial müdafiəsi üçün 50 min ödənişli ictimai iş yerlərinin yaradılmasına start verildi, kommunal ödənişlərə güzəşt olundu, qeydiyyata düşmüş işsizlər üçün birdəfəlik ödəmələr həyata keçirildi.
Dövlət heç bir müəssisənin iflasa uğramasına, heç bir vətəndaşın işsiz qalmasına imkan vermədi. Sahibkarların kreditlərinin 60 faizi dövlət tərəfindən subsidiyalaşdırıldı. Bütün bunlar ölkə iqtisadiyyatının pandemiyadan ciddi zərər görməsi fonunda həyata keçirildi və bir daha təsdiq olundu ki, Azərbaycan dövləti hər zaman vətəndaşın yanındadır.
Hazırda koronavirusla mübarizə çərçivəsində dövlətin vətəndaşlara, eləcə də sahibkarlıq subyektlərinə dəstəyi davam etdirilir.
Bütün bunlar Azərbaycanı COVİD-19-a qarşı mübarizədə ən effektli addımlar atan ölkələrdən biri olaraq nümunə göstərilməsinə səbəb oldu.
Hər şeyin yeganə məqsədi var: vətəndaşın təhlükəsizliyi.
Məhz bu məqsədlə Azərbaycan dünyada başlanan vaksiyaniya prosesinə qoşulur. Artıq dünyanın aparıcı vaksin istehsalçıları ilə danışıqlar aparılıb.
Prezident İlham Əliyev bildirib ki, Azərbaycan çox platformalılığı nəzərdə tutan vaksinasiya strategiyası hazırlayıb. Əsas şərt Azərbaycan üçün vaksinlarin elmi şəkildə əsaslandırılmış təhlükəsizliyi olacaq.
Gələn ilin əvvəlindən başlanması planlaşdırılan vaksinasiya könüllü olacaq və dövlət hesabına həyata keçiriləcək.
Dövlət bu mərhələdə də vətəndaşını düşünür: kim könüllü şəkildə vaksinasiya olunmaq istəsə, dövlət öz hesabına bunu təmin edəcək.
COVİD-19-la mübarizə təkcə ölkə daxili üçün yox, beynəlxalq münasibətlər üçün də sınaq oldu. Ölkələr “özünəqapanma” yolunu seçəndə Azərbaycanı pandemiyanın dağıdıcı təsirlərindən qoruyan Prezident İlham Əliyev regional və beynəlxalq müstəvidə mühüm addımlar atdı. Burada diqqətçəkən məqamlardan biri Azərbaycanın pandemiyaya qarşı mübarizədə beynəlxalq təcrübə yaratmasıdır.
Həmrəylik: Pandemiyanın dünyada yaratdığı siyasi-iqtisadi kollaps sübut etdi ki, gözəgörünməz düşmənə həmrəylik olmadan qalib gəlmək mümkün deyil. Azərbaycan lideri Koronavirusla Mübarizəyə Dəstək Fondu yaratmaqla belə bir təcrübəni formalaşdırdı və ölkə daxilində müsbət nəticələr verən bu təcrübəni regional müstəviyə daşıdı.
Prezident İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü keçirildi. Beləliklə, Türk Şurası dünya miqyasında dövlət başçıları səviyyəsində COVID-19 pandemiyasına həsr olunmuş Zirvə görüşünü keçirən ilk beynəlxalq təşkilat kimi tarixə düşdü və pandemiyaya qarşı regional müstəvidə həmrəyliyə nail olundu. Ardınca Azərbaycan lideri eyni təcrübəni beynəlxalq müstəvidə tətbiq etdi.
Qoşulmama Hərəkatının sədri kimi Prezident İlham Əliyevin təşəbbüsü ilə Hərəkatın Təmas Qrupu formatında mayın 4-də videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş “COVİD-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşü keçirildi. Bu, Azərbaycanın pandemiyaya qarşı mübarizə təcrübəsinin beynəlxalq səviyyədə qəbul olunması idi. Zirvə görüşündə Avropa İttifaqı rəsmisinin iştirakı Azərbaycanın COVİD-19-a qarşı qlobal birlik formalaşdırdığını göstərdi. Prezident İlham Əliyev həmin Zirvə görüşündə BMT Nizamnaməsində nəzərdə tutulan Baş Assambleyanın COVİD-19 pandemiyasına həsr olunmuş dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi ilə bağlı təklif irəli sürdü və müsbət qarşılandı.
Qlobal birliyin inşa edilməsi. Azərbaycan liderinin təklifi bu idi və belə demək mümkünsə, Prezident İlham Əliyev ümumi bəlaya qarşı dünyanın birgə mübarizəsinə nail oldu.
Dekabrın 3-də Nyu-Yorkda BMT Baş Assambleyasının koronavirus xəstəliyi - COVID-19 ilə mübarizəyə həsr edilən xüsusi sessiyası keçirildi. Bu, II Dünya müharibəsindən sonra müasir dövrümüzün ən böyük qlobal təhdidi hesab olunan Covid-19 pandemiyasına qarşı dünya miqyasında mübarizənin təmin edilməsi məhz Azərbaycan Prezidentinin təşəbbüsü sayəsində mümkün oldu.
Xüsusi sessiyada 40-dan çox ölkə Prezident, 40-dan çox ölkə Baş nazir səviyyəsində iştirak edirdi. Prezident İlham Əliyev iki dəfə çıxış etdi: Qoşulmama Hərəkatının sədri və Azərbaycan Respublikasının Prezidenti kimi.
Və hər iki çıxışında bəşəriyyətin ümumi bəlaya qarşı birgə mübarizəsinə dair mühüm fikirlər əksini tapıb.
Bununla bir daha təsdiq olundu və dünya tərəfindən qəbul edildi ki, Azərbaycan qlobal proseslərə təsir edən gücdür və bu ölkənin lideri – Prezident İlham Əliyev beynəlxalq münasibətlərə yön verən siyasətçidir.
Xüsusi vurğulanmalı məqamlardan biri də Azərbaycan pandemiya ilə mübarizə sahəsində maliyyə və humanitar dəstək göstərilməsi proqramında da fəal iştirak etməsidir. Azərbaycan bu məqsəd üçün Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon manat ayırıb, 34 ölkəyə müvafiq yardım göstərilib. Bu, həm də Azərbaycanın düyadakı “Yumşaq güc” siyasətini gücləndirən amillərdəndir.
Beynəlxalq müstəvidə ölkəmizi siyasi lokomativə çevirən Prezident İlham Əliyev eyni zamanda, post-pandemiya dövründə Azərbaycanın və Azərbaycanın dünyadakı yerinin konturlarını da cızdı.
- Pandemiyaya qarşı səhiyyə, sosial və iqtisadi sferada atılan addımlar Azərbaycanın post-pandemiya dövrünə güclü formada keçidinə imkan verəcək;
- Post-pandemiya dünyasında Azərbaycanın beynəlxalq aktor kimi rolu da güclənəcək;
Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq münasibətlərdə həlledici oyunçu olmaq istiqamətində inamla addımlayır.
Asif Nərimanlı
-
Avropa19:48
Qızın adından görüşə dəvət edib başına elə oyun açdılar ki... - 7 nəfərdən DƏHŞƏTLİ ƏMƏL
-
Mistika19:24
Ərə getmək istəyən qadın falçıya yazdı, 22 mini getdi: "Mənimlə evlənəcəksən"
-
Magazin118:36
“DNT testi verib sübut edəcəyəm ki, uşağın atası mənəm” - FOTO
-
İdman18:24
Soyuqdan qorxan futbolçu görün hansı üsula əl atdı
-
Rəsmi xronika17:48
İlham Əliyev fərman imzaladı
-
MDB17:20
Putin Qazaxıstanda bu məsələni qaldıracaq: əgər hücum olarsa...
-
Rəsmi xronika16:10
Prezident onları təltif etdi
-
Rəsmi xronika15:30
İlham Əliyev onlara yüksək vəzifə verdi