Nida Təhlil
Bu, Azərbaycanın suveren hüquqlarının pozulmasıdır - Politoloq
Ermənistan xarici işlər naziri sıradan bir vətəndaş deyil, odur ki, onun Qarabağa qeyri-qanuni gəlməsi beynəlxalq normaların pozulması deməkdir. O, rəsmi şəxsdir və başqa bir dövlətin xarici işlər naziridir. Başqa dövlətin rəsmi nümayəndəsinin başqa bir dövlətin ərazisinə keçməsi həmin dövlətlə əvvəlcədən planlaşdırılmalıdır. Yaxud da viza alıb keçməlidir. Amma Ermənistan xarici işlər naziri həyasızcasına ordakı müvəqqəti vəziyyətdən istifadə edərək Qarabağda qondarma rejimin rəhbəri ilə görüşür. Onun bu görüşü beynəlxalq mətbuata verməsi heç şübhəsiz ki, bütün beynəlxalq normaların pozulmasıdır.
Bu sözləri Publika.az-a açıqlamasında Bakı Dövlət Universitetinin dosenti, geosiyasət və konfliktologiya üzrə fəlsəfə doktoru Kərəm Məmmədov deyib.
O, bildirib ki, belə hallar davam edərsə, şübhəsiz Azərbaycan beynəlxalq hüquq normaları çərçivəsində qarşılıqlı tədbirlər atacaq: “Bu, Azərbaycanın suveren hüquqlarının pozulmasıdır. Hesab edirəm ki, Azərbaycan belə halların qarşısını almaq üçün bununla ciddi məşğul olacaq.
Xankəndində yaşayan ermənilər əsasən Laçın dəhlizindən gəlib gedirlər. Müharibə təzə bitib, eyni zamanda ərazinin minalanmış olması və müəyyən xırda qrupların olması nəzərə alınaraq onların çıxmasına şərait yaradılır. Ermənilər isə bu vəziyyətdən hər zaman olduğu kimi özlərinə məxsus şəkildə həyasızcasına istifadə edir, aranı qızışdırmaq istəyir. Bu vəziyyət gözlənilən idi. İstənilən halda Azərbaycan Silahlı Qüvvələri o əraziyə tam nəzarəti ələ keçirəcək. Bundan sonra o mülki vətəndaşların səfəri digər qonşu ölkələrə olan eyni gediş-gəliş qaydası ilə həyata keçiriləcək. Orda Dövlət Sərhəd Xidmətinin nəzarəti altında bizim gömrük məntəqələrimiz də qurulacaq. Sadəcə bir qədər gözləmək lazımdır.
Ermənistanla Azərbaycan arasında dəhliz Naxçıvana qədər davam edəcək. Bu dəhlizə razılaşdırılmış qaydada nəzarət Ermənistan və Azərbaycan nəzarət edəcək. Ola bilsin ki, üçüncü tərəf kimi Rusiya sülhməramlılarının iştirakı da təmin olunsun ki, münaqişə baş verməsin”.
Aytən Məftun
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi







.jpg)












.jpg)














.jpg)
.jpg)
