Nida Təhlil
“Azərbaycan islahatlar kursuna sadiqdir” – Deputat
“Bu, bir həqiqətdir ki, 2018-ci ildə keçirilmiş növbəti prezident seçkilərindən sonra cənab İlham Əliyev yenidən xalqın mütləq əksəriyyətinin etimadını qazanıb prezident seçildi. Bundan sonra ölkə başçısı parlementdəki andiçmə mərasimindəki çıxışında çox geniş, hərətərfli, dərinləşmiş islahatlar kursuna başlanacağının anonsunu verdi. Həmin vaxtdan başlayaraq, indiyə qədər bütün sferaları əhatə edən həm iqtisadi, həm siyasi, həm məhkəmə, hüquq-mühafizə sistemində, həm də kadr məsələlərində çox ciddi dəyişikliklər yaşandı. Köklü islahatlar keçirilməyə başlandı”.
Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov ölkədəki yeni siyasi mədəniyyətin yaranması və formalaşmasından danışarkən deyib. Deputat ölkə başçısının ötən ilin yekunlarına həsr olunan müşavirədə bu istiqamətdə səsləndirdiyi fikirləri ələ əlaraq deyib ki, ölkəmizdə çoxşaxəli islahatlar hazırda uğurla davam etdirilir.
Elman Nəsirovun fikrincə, bu islahatların çox mühüm tərkib hissəsi siyasi sahədəki yeniliklər idi:
“Siyasi islahatlar ilk növbədə, yeni siyasi mədəniyyətin formalaşmasını özündə ehtiva edir. Bu həm də yeni siyasi konfiqurasiyanın formalaşması deməkdir. Həmin amil isə siyasi dialoq mühitinin və mədəniyyətinin formalaşmasında özünü göstərir. Məhz bu siyasi dialoq və əməkdaşlıq mühitinin - iqtidar ilə müxalifət arasında siyasi dialoqun yaranıb formalaşması çox əlamətdar hadisədir”.
Deputat qeyd edib ki, ölkə başçısı 2020-ci ilin yekunları ilə bağlı nitqində ötən il keçirilən parlament seçkilərinə də toxundu və bu seçkiləri demokratiya yolunda atılmış mühüm bir addım kimi qiymətləndirib:
“Ölkə başçısı onu da xüsusi vurğuladı ki, artıq Azərbaycan parlamentində ilk dəfədir ki, müxalif partiyanın nümayəndəsi vitse-spiker vəzifəsini tutub. Eyni zamanda, parlamentdə komitə sədrləri, onların müavinləri səviyyəsində müxalifət nümayəndələri təmsil olunur. Bütün bunlar onu göstərir ki, Azərbaycanda siyasi islahatlar davamlı xarakter alır”.
Elman Nəsirov onu da xüsusi vurğulayıb ki, demokratiya davamlı bir prosesdir:
“Həmin prosesin son nöqtəsi yoxdur. Hansı dövlət desə ki, o demokratiyanın zirvəsindədir, bu özünü aldatmaqdan başqa bir şey deyil. Yeri gəlmişkən, bu iddiada daha çox Birləşmiş Ştatlar idi. Yanvarın 6-da ABŞ konqresinin binasına məlum hücum fonunda bütün bu yanaşmaların nə qədər illuziya olması ilə bağlı həqiqət ortaya çıxdı. O baxımdan, Azərbaycan demokratik inkişaf yolu ilə irəliləməkdədir. İslahatlar kursuna sadiqdir. Bu indi də həyata keçirilir”.
Millət vəkilinin sözlərinə görə, dünyanın ən nüfuzlu qurumlarından olan Dünya Bankı, eləcə də dünyanın bir nömrəli forumu olan Davos İqtisadi Forumu da Azərbaycanın əldə etdiyi naliyyətlərə yüksək qiymət verir:
“Dünya Bankının “Doing Businnes” hesabatında Azərbaycan 10 ən islahatçı ölkə arasında yer alıb. Özünün biznes mühiti ilə bağlı yaratdığı səviyyəsinə görə, dünyada 28-ci mövqedədir. Bunlar çox yüksək nəticələrdir. Eyni zamanda, Davos İqtisadi Forumu hökumətin siyasi sabitliyin qorunmasında əldə etdiyi naliyyətlərə görə, çox yüksək dəyər verib, dünya üzrə 11-ci yer müəyyən edib. Ölkəmiz dəmir yol nəqliyyatının səmərəliliyi səviyyəsinə görə 11-ci, aviasiya nəqliyyatının səviyyəsinə görə 12-ci, avtomobil yollarının səviyyəsinə görə, 22-27-ci yerlərdə qərarlaşıb. Bunlar çox yüksək nəticələrdir. Dünya bizi bu cür qiymətləndirir, bu cür qəbul edir”.
Deputatın fikrincə, bütün bunlar göstərir ki, islahatlar, xüsusən siyasi sahələrdəki islahatlar davamlı prosesdir və burada son nöqtə yoxdur:
“Bundan sonra da cənab prezidentin müəyyənləşdirdiyi kurs davam etdiriləcək. Xüsusilə də Vətən Müharibəsindəki tarixi qələbəmizdən sonra yeni reallıqlar və yeni hədəflər müəyyənləşdirilib, qəbul edilib. Bu konteksdə islahatların, o cümlədən, siyasi islahatların dərinləşməsinə böyük ehtiyac var. Cənab prezident bu işi müəyyənləşdirib və uğurla həyata keçirir. Cəmiyyətdə də bu islahatlardan böyük razılıq və məmnunluq hissi vardır”.
Tural Turan
-
İdman20:24
Arda Gülerin yeni klubu AÇIQLANDI
-
Sosial20:00
Pensiya alanların NƏZƏRİNƏ: ödəniş yekunlaşdı
-
Avropa19:48
Qızın adından görüşə dəvət edib başına elə oyun açdılar ki... - 7 nəfərdən DƏHŞƏTLİ ƏMƏL
-
Mistika19:24
Ərə getmək istəyən qadın falçıya yazdı, 22 mini getdi: "Mənimlə evlənəcəksən"
-
Magazin118:36
“DNT testi verib sübut edəcəyəm ki, uşağın atası mənəm” - FOTO
-
İdman18:24
Soyuqdan qorxan futbolçu görün hansı üsula əl atdı
-
Rəsmi xronika17:48
İlham Əliyev fərman imzaladı
-
MDB17:20
Putin Qazaxıstanda bu məsələni qaldıracaq: əgər hücum olarsa...