Nida Təhlil
KİVDF-nin fəaliyyətində islahatlara ehtiyac var - Deputat
“Hazırda informasiya təhlükəsizliyi milli təhlükəsizliyimizin əsas kompanentlərindən biridir. Bu gün informasiya məkanı o qədər rəngarəng, çoxşahəli və müxtəlifdir ki, bu, cəmiyyətin struktur elementlərinə total şəkildə təsir edir və eyni zamanda ictimai rəyi də müxtəlif istiqamətdə manipulyasiya edə bilir. Ona görə də daim dinamik olan bu sahədə mütləq yenilənməlilər lazımdır”.
Bu fikirləri Publika.az-a açıqlamasında Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib.
Millət vəkili bildirib ki, hazırkı dövrdə informasiya müstəvisində qlobal çağırışlarla ayaqlaşmağı bacarmaq lazımdır: “Əks təqdirdə biz milli informasiya məkanımızın təhlükəsizliyini təmin edə bilmərik. Vətən müharibəsində də bunun şahidi olduq. Post-müharibə mərhələsində yenə də bunun şahidiyik. Ayrı-ayrı dezinformasiyalar və yaxud manipulyasiya edilmiş informasiyalar sosial şəbəkələrdə və digər internet resurslarında trendə çevrilməklə milli maraqlarımızın əleyhinə yönəlmiş olur. Ona görə də buna qarşı mübarizə aparmaq lazımdır”.
H.Babaoğlu qeyd edib ki, Azərbaycanda bunu tənzimləyən qurum mövcuddur. Onun sözlərinə görə, bu, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondudur ki, burada da müəyyən qədər islahatlara ehtiyac var: “Düşünürəm ki, fondun səlahiyyələri bir qədər genişləndirilməli, onun fəaliyyətinin hüquqi tənzimlənməsi təkmilləşdirilməlidir. KİVDF eyni zamanda Azərbaycanda fəaliyyət göstərən informasiya agentliklərini, elektron medianı və portalları da maliyyələşdirə bilsin ki, nəticə etibarilə Azərbaycan informasiya məkanında təyinedici informasiya subyektləri milli maraqlarımıza və informasiya mühitimizin qorunmasına xidmət etmiş olsun”.
Akqabay Mıradov
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi







.jpg)












.jpg)














.jpg)
.jpg)
