Nida Təhlil
Cənab Prezident məğrur duruşu ilə öz humanizmini ortaya qoydu
“44 gün davam edən Vətən müharibəsindən və imzalanmış bəyanatdan sonra Azərbaycan və Rusiya Prezidentlərinin, həmçinin Ermənistan baş nazirinin iştirakı ilə Moskvada üçtərəfli görüş keçirildi. Eyni zamanda Rusiya Prezidenti ilə İlham Əliyevin ikitərəfli görüşü baş tutdu. Bu görüşdə cənab Prezident hər zaman olduğu kimi məğrur duruşu ilə öz humanizmini ortaya qoydu. Azərbaycan Prezidenti qalib dövlət rəhbəri statusundan və şəxsi üstünlüyündən istifadə edərək məğlub olmuş Paşinyanı aşağılayıb çıxılmaz duruma salmadı”.
Bu sözləri Publika.az-a açıqlamasında millət vəkili Cavid Osmanov deyib. O bildirib ki, bu görüşdə Paşinyanın gərgin və çaşqın davranışları da diqqətdən qaçmayıb:
“Əslində Moskvada baş tutan üçətərfli görüşü Azərbaycan diplomatiyasının uğuru kimi qiymətləndirmək olar. İmzalanmış üçtərəfli bəyanatda kommunikasiyaların açılması məsələsi əlbəttə ki, çox vacibdir. Naxçıvanı Azərbaycanın əsas hissəsi ilə birləşdirən dəhlizin qısa müddətdə yaradılması təkcə Azərbaycan üçün deyil, eyni zamanda qonşu dövlətlər üçün də çox vacib amildir. Bu dəhlizin açılmasından sonra Azərbaycan Naxçıvanın blokadadan tamamilə çıxmasını təmin edir ki, bu da bölgədə iqtisadi inkişafın sürətlənməsinə dair geniş imkanlar açır.
Nəqliyyat-kommunikasiya imkanlarının reallığa çevrilməsi və yeni nəqliyyat platformasının yaradılması görüşdə müzakirə olunan başlıca məsələlərdəndir. Bütün bunların həyata keçirilməsi bölgədə yeni reallıqların və inkişaf perspektivlərinin, eləcə də uzunmüddətli sülhün yaranmasını təmin edəcək”.
Aytən Məftun
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu





























.jpg)







.jpg)


