Nida Təhlil
Bu görüş Azərbaycan-Rusiya münasibətlərinin yüksək səviyyədə olduğunu göstərdi - Deputat
“Moskva görüşü Azərbaycanın zəfərlə bitən Vətən müharibəsindən sonra yaranmış nəticənin müzakirələrinə həsr edilsə də, bu görüşün içərisində Azərbaycan-Rusiya münasibətləri xüsusilə diqqəti cəlb edir”.
Bunu Publika.az-a danışan Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.
Deputat qeyd edib ki, Rusiyanın region dövləti və dünyada aparıcı siyasi güclərdən biri olaraq vasitəçiliyi Azərbaycan tərəfindən müsbət qarşılanıb və bu, öz nəticəsini verib: “Eyni zamanda regionda yeni reallığın yaranması, müharibə ehtimalının artıq gündəmdən çıxması Rusiyanın da maraqlarına cavab verir. Bununla Rusiya cənub sərhədlərini möhkəmləndirir və Azərbaycan vasitəsilə digər ölkələrə çıxışını asanlaşdırır. Nəzərə alsaq ki, bu gün Rusiya Türkiyə, İran və ərəb ölkələri ilə sıx ticari-iqtisadi münasibətlərə malikdir. Digər yollar çox uzundur və nəqliyyat xərcləri böyük həcm tutur. Rusiya Azərbaycandan və Naxçıvandan keçməklə Türkiyə və İran bazarlarına çıxa bilər. Bu, bütün əlaqələri möhkəmləndirir”.
A.Mirzəzadənin sözlərinə görə, regionda konfliktin azalması Rusiyanın bölgədə yeni layihələr təklif etməsinə, həmçinin Azərbaycanın təşəbbüsü ilə baş tutan layihələrdən daha effektli istifadəsinə gətirib çıxarır: “Azərbaycan-Rusiya münasibətləri əvvəllər də yüksək səviyyədə olub və bu əlaqələr bütün sahələri əhatə edib. Ancaq indi yeni reallıqda bu əlaqələr regionla yanaşı, digər bölgələrdə də birgə fəaliyyətə çox böyük imkanlar açır. Ermənistan Rusiya ilə müttəfiq olsa da, bu ölkənin apardığı siyasət və iqtisadi-siyasi nüfuzu heç də onu güclü siyasi oyunçuya çevirə bilmir. Bunu Rusiya da yaxşı bilir. Bu gün Azərbaycan və Türkiyə ilə münasibətlər Rusiyanın bu istiqamətdə siyasətində çox böyük yer tutur.
Rusiya Prezidentinin Azərbaycan Prezidenti ilə dostyana münasibəti iki lider arasında uğurlu əlaqələrin olduğunu göstərir. Moskva görüşü Azərbaycan və Rusiya münasibətlərinin bu gün yüksək səviyyədə olmasına gözəl nümunədir”.
Akqabay Mıradov
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu





































.jpg)


