Nida Təhlil
Bu memorandum Xəzərdə situasiyanı dəyişəcək – Fazil Mustafa
“Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə işlənilməsi haqqında Anlaşma Memorandumunun imzalanması bəlkə də son illərdə qazandığımız ən ciddi uğurlardan biridir”.
Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Mustafa deyib. Millət vəkili bildirib ki, uzun illərdir kənar qüvvələr tərəfindən “Kəpəz”, “Sərdar” adları altında bu yataqların müəyyən dərəcədə mübahisə predmetinə çevrilməsi həyata keçirilirdi. Amma hər iki dövlətin başçısının müdrik davranışı bu məsələyə son qoydu:
“Bunun nəticəsində də birgə istismar haqqında memorandum imzalandı. Bu memorandum Xəzərdə situasiyanı xeyli dəyişəcək. Eyni zamanda, Azərbaycanla Türkmənistan arasında iqtisadi münasibətlərdən başqa, Orta Asiya ilə münasibətlərin güclənməsinə şərait yaradacaq. Ona görə də bu sazişin imzalanması çox yüksək addımdır”.
F.Mustafanın sözlərinə görə, nəticədə Orta Asiyanı müəyyən dərəcədə Avropa ilə birləşdirən, Azərbaycandan keçən kəmərlər vasitəsi ilə karbohidrogen ehtiyatlarının həm dənizin altından, həm də müxtəlif daşınmalarla həyata keçirilməsi mümkün olacaq:
“Həmin yatağın adının dəyişdirilməsi, yeni ad verilməsi də fikrimcə, bu razılığın nəticəsidir. Bu razılaşma Türkmənistanla münasibətlərimizi yüksək səviyyədə inkişaf etdirəcək”.
Tural Turan
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO




































.jpg)


