Nida Təhlil
Millət vəkili - Ermənilər heç bir dəstək almadı
“Bundan əvvəl Avropa Şurası Parlament Assambleyasının (AŞPA) bütün iclaslarında onlayn formada iştirak etmişik. 16 saatlıq səfər və 2 koronavirus testindən sonra AŞPA-nın qış sessiyasında iştirak edirik. Müxtəlif təəssüratlar var”.
Publika.az xəbər verir ki, bu barədə millət vəkili Kamal Cəfərov danışıb. O qeyd edib ki, ermənilər yenə “hərbi əsirlər”lə bağlı məsələni Monitorinq Komitəsinin hesabatına daxil etməyə cəhd göstərdilər:
“Dünən Ermənistanın nümayəndə heyəti Hadrut ətrafında Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən saxlanılan 62 nəfərdən ibarət erməni diversant qrupunu “hərbi əsir” kimi təqdim etməyə və Avropa İnsan Hüquqları Məhkəməsinə siyasi təzyiq göstərməyə cəhd etdi. Qeyd edilən mövzunu AŞPA-nın qış sessiyasının gündəliyinə daxil etməyə çalışdılar. Lakin AŞPA Bürosu bu mövzunun gündəliyə daxil edilməsini tövsiyə etmədi və Plenar Assambleya da bu qərarla razılaşdı.
Ermənilər “hərbi əsirlər”lə bağlı məsələnin Monitorinq Komitəsinin hesabatına daxil olunması üçün 4 “düzəliş” təqdim etdilər. AŞPA-nın prosedur qaydalarına əsasən, bu “düzəlişlər” ilkin olaraq qurumun Siyasi işlər və demokratiya komitəsində müzakirə edildi. Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun fəaliyyəti nəticəsində komitənin mütləq əksəriyyəti “düzəlişlər”i qəbul etmədi. Komitə tərəfindən qəbul edilmədiyi üçün bu “düzəlişlər” plenar iclasda yalnız 10 üzv tərəfindən dəstək alarsa, səsə qoyula bilərdi. Ermənilər heç bir dəstək almadı, hətta Ermənistan nümayəndə heyətinin üzvü Ruben Rubinyan özlərinin təqdim etdiyi “düzəlişlər”in əleyhinə çıxış etdi”.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi







.jpg)












.jpg)














.jpg)
.jpg)
