Nida Təhlil
Cənub Qaz Dəhlizi regionumuzun Avropa üçün əhəmiyyətini daha da artırır – Deputat
“Cənub Qaz Dəhlizinin reallaşması bu layihənin bütün iştirakçılarının vahid komanda şəklində fəaliyyətinin nəticəsidir. Düzdür, bu layihənin əsas aparıcı qüvvəsi Azərbaycan olub. Amma bəzi ölkələr üçün bu layihə bir yuxu kimi görünürdüsə də, səsimizə səs verərək layihənin reallaşmasına qoşulan ölkələr, şirkətlər və maliyyə qurumları sübut etdi ki, ciddi iradə ortaya qoyulanda mümkünsüz heç nə yoxdur”.
Bunu Publika.az-a açıqlamasında millət vəkili Azər Badamov deyib.
Millət vəkili bildirib ki, layihənin smeta dəyəri əvvəlcədən 44,5 milyard dollar həcmində qiymətləndirilsə də, icrası zamanı müəyyən qənaətlərin edilməsi və xərclərin səmərililiyinin artırılması layinəni real dəyərini 33 milyard dollara endirib: “Cənub Qaz Dəhlizinə investisya qoyan sərmayədarlar bilirdilər ki, vəsaitlərini hara yatırırlar. Təbii ki, onlar bilirdilər ki, Cənub Qaz Dəhlizinin perespektivləri çox genişdir və uzun illər layihənin iştiralçılarına iqtisadi gəlirlər gətirəcəkdir”.
Azər Badamovun fikrincə, Cənub Qaz Dəhlizi Cənubi Qafqazı boru kəməri vasitəsilə Avropa qitəsinə birləşdirib: “Bu kəmərin başa çatması regionumuzun Avropa üçün əhəmiyyətini artırır. Bu o deməkdir ki, regionumuzda uzunmüddətli sülhün və təhlükəsizliyin davamlı olmasında Avropa daha çox maraqlı olacaqdır. Çünki, Prezident İlham Əliyevin sözləri ilə desək, ölkələrin enerji təhlükəsiziliyi milli təhlükəsizlik qədər vacibdir”.
Tural Turan
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı






.jpg)





























.jpg)
.jpg)