Nida Təhlil
Vahid media kartlarını hansı qurum verməlidir? – Elçin Şıxlının BAXIŞI
Media subyektlərinin vahid uçot-qeydiyyat sisteminin olmamasının jurnalistlərin fəaliyyətində müəyyən çətinliklər yaratdığı, hətta media sahəsində xaotik vəziyyət olduğu bildirilir. Ekspertlər hesab edir ki, mövcud vəziyyətdən çıxmaq üçün ilk addımlar da atılıb.
KİVDF-nin ləğv edilməsi və Medianın İnkişafı Agentliyinin yaradılması media sahəsində islahatlara başlanması istiqamətində ilk addım kimi qiymətləndirilir.
Daha bir çıxış yolu kimi Azərbaycanda vahid media kartlarının tətbiqi məsələsi gündəmdədir. Bu barədə sosial şəbəkələrdə və başqa seqmentlərdə, platformalarda müəyyən müzakirələr də aparılır.
Bəs vahid media kartının tətbiqi bizə nə verə bilər? Ümumiyyətlə, bu kartı hansı qurum verə bilər? Bununla bağlı qanunvericilik bazası nə yerdədir?
Jurnalistlər Birliyinin sədri, media eksperti Elçin Şıxlı Publika.az-a açıqlamasında deyib ki, vahid media kartı Türkiyədə onilliklər boyu tətbiq olunmaqdadır:
“Bu “basın kartı”nı Türkiyədə jurnalistlər birlikləri və yaxud əlaqədar federasiya verir. Türkiyədə vahid media kartını verən qurumlar peşəkar birliklər, ittifaqlardır. Bu başqa məsələ, biri də var, hansısa dövlət strukturu mənə media kartı verir, bu da tamam başqa şeydir. İndi media ilə bağlı yeni qanun hazırlanır. Gərək o qanun parlamentdən keçsin, ondan sonra baxaq görək ki, bu qanun bizdən nə istəyir. Sosial şəbəkələr müzakirə yeri deyil, sosial şəbəkələr virtual çayxanadır. Qanunvericilikdə bunun təsbit olunmasından, parlamentdə, peşəkar jurnalistlər arasında müzakirə aparılmasından sonra deyə bilərik ki, biz bu barədə fikir mübadiləsi apardıq və hansısa ortaq fikrə gəldik”.
Elçin Şıxlının fikrincə, vahid media kartının Azərbaycanda tətbiq olunması üçün ilk olaraq onun kimin tərəfindən veriləcəyi məlum olmalıdır: “Medianın İnkişafı Agentliyinin nizamnaməsində kart paylamaq kimi bir məsələ yoxdur. Vahid media kartını hansısa media təşkilatı verə bilər. Bu kartları qəzet, jurnal, televiziya, sayt verir. Amma Medianın İnkişafına Dəstək Fondunun belə bir funksiyası yoxdur. Həmin qurum vahid media kartını verə bilməz. Çünki onun üzvləri yoxdur. Əvvəlcə biz müəyyənləşdirməliyik ki, Medianın İnkişafına Dəstək Fondunun bu funksiyası varmı?! Varmı? – Yoxdur! Ona görə də bu söhbətin indi aparılmasında heç bir məna görmürəm. Bu məsələni də kim ortalığa atıb, bilmirəm. İlk olaraq bu məsələ qanunvericilikdə öz təsbitini tapmalıdır. Tutalım, biz bu səlahiyyəti filankəsov filankəsə veririk, biz də bilməliyik ki, qanunvericiliyə əsasən həmin filankəsov filankəs bu kartı verir. Hələlik bu da məlum deyil”.
Jurnalistlər Birliyinin sədri vurğulayıb ki, hazırda vahid media kartına keçid məsələsini kimin müzakirə etdiyindən xəbəri yoxdur: “Hər halda mənlə heç kim müzakirə aparmayıb. Jurnalistlər zəng vurub deyirlər ki, vahid media kartı var, müzakirə ancaq bundan ibarətdir. Bunu da müzakirə adlandırırlar. Müzakirə üçün bir yerə yığışmaq, fikir mübadiləsi aparmaq lazımdır. Deməli, müzakirə yoxdur. Mən bunu müzakirə saymıram”.
Qeyd edək ki, qardaş Türkiyədə vahid media kartları jurnalistlərə peşə fəaliyyətində bir sıra üstünlüklər verir. Ən azından dövlət həmin media nümayəndəsini peşəkar kimi tanıyır və ona fəaliyyəti üçün imkanlar yaradır.
Tural Turan
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi







.jpg)












.jpg)














.jpg)
.jpg)
