Nida Təhlil
Ərdoğan böyük hörmət və izzətlə sözü Əliyevə verdi - ŞƏRH
İqtisadi Əməkdaşlıq Təşkilatının Pakistanda keçirilən iclasında Pakistanın Baş naziri İmran Xan da, şuranın sədrliyini bundan sonra öz üzərinə götürmüş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da, eləcə də İƏT-ə daxil olan digər dövlətlərin nümayəndələrinin hamısı öz çıxışında Azərbaycanın Qarabağda 44 günlük müharibədə rəşadətli döyüşlər apardığını bildirdi və torpaqlarını işğal etdiyi ermənilərin ölkəmizin ərazisindən qovulub çıxarılmasına görə Prezidentimizi təbrik etdi. Bildirdilər ki, Azərbaycan regionda vəziyyətin müsbət istiqamətdə dəyişilməsində böyük rol oynadı. Bu, həddən artıq qürurverici haldır.
Bu fikirləri Publika.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.
Onun sözlərinə görə, çıxış edənlərin hamısı Ermənistanın bölgədəki özbaşınalığını, azərbaycanlılara divan tutmasını, Xocalı kimi soyqırımı törətməsini xatırlatmaqla yanaşı, Azərbaycan Ordusunun necə əzmlə döyüşdüyünü də qeyd edərək ölkəmizin ərazi bütövlüyünü təmin etdiklərini vurğuladılar: “Şuranın digər rəhbərləri də qeyd etdi ki, Azərbaycan Birləmiş Millətlər Təşkilatının qəbul etdiyi 4 qətnaməni, demək olar ki, özü icra etdi. Çünki ATƏT-in Minsk qrupu 28 illik fəaliyyəti dövründə faktiki olaraq nəzərəçarpacaq heç bir iş görməmişdi. Haqlı olaraq Azərbaycanın da səbri tükəndi və bu məsələnin həllini öz ordusunun üzərinə götürərək qısa müddətdə həll etdi. Çıxışçılar içində, xüsusilə, Rəcəb Tayyib Ərdoğanın fikirləri diqqət çəkdi. O, sözü çox böyük hörmət və izzətlə Azərbaycan Prezidenti İlham Əliyev cənablarına ötürdü. O da ölkəmizin və özünün ünvanına səsləndirilən bütün xoş sözlər üçün dərin təşəkkürünü bildirdi və qeyd etdi ki, azad olunan torpaqlar İslam torpaqlarıdır. Ermənilər bu torpaqları xristianlıqla müsəlmanlıq arasında dava vasitəsinə çevirmişdilər. Bildirdi ki, məsələni həll etməyə vəd verən Qərbin beynəlxalq qurumları ermənilərə tərəf durdu və məsələnin real həllinə çalışmadılar. Buna baxmayaraq, biz bütün resurslarımızı toplayaraq ordumuzu yenidən qurduq, döyüş qabiliyyətini artırdıq. Bu işlərdə bizə qardaş Türkiyə və Pakistan böyük mənəvi və siyasi dəstək verdi. Haqq işimizin dünya ictimaiyyətinə çatdırılmasında böyük rol oynadılar. Ona görə də onlara bir daha təşəkkürünü ifadə etdi”.
Zümrüd
-
Cənubi Qafqaz11:10Azərbaycan sərhədin bu istiqamətində mövqelərini genişləndirib? - İDDİA
-
Nida Xəbər 10:52Bu şəxslər hərbi xidmət keçmədən “yararlı” bilet ala bilər
-
Sosial10:16Formula-1 zamanı Bakıda bu yollar bağlı olacaq
-
Dünya09:46Londonda həyəcan: Kralın bankir qohumu müəmmalı şəkildə öldü
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO















.jpg)

.jpg)

















.jpg)


