Nida Təhlil
Deputatdan SAVAŞ ANONSU: Ermənilər ağıllanmasa, bu dəfə İrəvanda... – MÜSAHİBƏ
Budəfəki müsahibimiz millət vəkili Elman Məmmədovdur. Deputatla söhbətimizin əsas mövzusu Qarabağ olub.
E.Məmmədovun Publika.az-a müsahibəsini təqdim edirik:
- Elman müəllim, ölkə başçısının Füzuli və Xocavəndə səfərlərini, təməlqoyma mərasimlərindəki çıxışlarını necə qiymətləndirirsiniz?
- İlk növbədə sizi, əməkdaşlarınızı ilaxır çərşənbə münasibəti ilə təbrik edirəm. Bütün xalqımıza təbriklərimi çatdırıram. Həmişə xoş xəbərlər, xoş müjdələr eşidək. Cənab Prezident Novruz bayramı ərəfəsində Füzuli və Xocavənd rayonlarına səfərləri ilə bir daha xalqımızı ruhlandırdı. Bir daha sevindirdi və ümidləndirdi. Ölkə başçısının bu səfərləri onu göstərir ki, böyük qayıdış çox yaxındadır. İşğaldan azad olunan ərazilərimizdə bərpa işləri sürətlə davam edir. Görülən işlər ən yüksək səviyyədə və yüksək keyfiyyətlə aparılır. Hamımız qayıdışa hazırlaşırıq. Cənab Prezidentimizin rəhbərliyi altında böyük qayıdışa nə zaman start veriləcəyini ümidlə gözləyirik. Ali Baş Komandanın torpaqlarımızın işğaldan azad edilməsindən dərhal sonra ailəsi ilə birgə həmin ərazilərə səfəri bizi sevindirir. Bizi daha da ruhlandırır. Eyni zamanda, düşmənə gözdağı çəkir.

- Necə bir gözdağı?
- Ölkə başçısı müzəffər ordumuzun işğaldan azad etdiyi ərazilərə səfərləri ilə bir daha dünyaya bəyan edir ki, torpağın sahibləri gəlib. Yəni, bu torpaqlar bizimdir, sadəcə olaraq düşmən müvəqqəti olaraq işğal etmişdi. Amma bu torpağın əzəli və əbədi sahibləri bizik. Biz bu torpağın qədrini bilirik. Artıq işğaldan azad edilən ərazilərimizdə bərpa işlərinə də başlanılıb. Bu isə düşmənə gözdağıdır. İndi biz böyük qayıdışı gözləyirik. İşğaldan azad edilən ərazilərimizə hər bir səfər orada görülən işlərin keyfiyyətinə təsir göstərir. Hər bir səfər böyük qayıdışa hazır olan insanlarımıza böyük ümidlər verir. Onlarda ruh yüksəkliyini daha da artırır. Hər bir səfərin özünün mənası var; bünövrələr qoyulur, tapşırıq və tövsiyələr, göstərişlər verilir. Prezident İlham Əliyevin işğaldan azad edilən ərazilərimizə səfərləri 30 ildir torpaqlarımızı viran qoyan, işğal altına düşmüş ərazilərimizə bəlkə də 30 milyondan çox partlayıcı maddələr basdıran düşmənin əxlaqını, tərbiyəsini, vandalizmini ifşa edir. Baxın, cənab Prezidentimiz bəyanat verdi ki, əgər Tuğ kəndi ermənilərin idisə, o zaman həmin yaşayış məntəqəsində məktəbi niyə dağıdırdınız?! Əgər saxta tarixinizdə dediyiniz kimi, bu torpaqlar sizin idisə, niyə bu əraziləri zəhərləyirdiniz, niyə oralara partlayıcı maddələr doldururdunuz?! Ağdamdakı, Füzulidəki bunkerlər də bunu sübut edir. Daşı daş üstündə qoymayıblar. Deməli, bilirdilər ki, bu torpaqlar onların deyil. Ona görə də viran qoyurdular. Əgər bu torpaqlar onların olsaydı, bu 30 il ərzində daşı daş üstə qoyardılar. Bir iş görərdilər. Əksinə, onlar bütün əraziləri viran qoydular. İndi bu torpağın öz sahibləri gəlib və quruculuqla, abadlıqla, yenidənqurma ilə məşğuldur. Əhalimizin 30 il sonra orada yenidən məskunlaşdırılması üçün hər şey edilir. Hətta minalardan təmizlənmiş ərazilərdə kənd təsərrüfatı işlərinin başlanmasına start verilib. Müxtəlif istiqamətlərdə işlər gedir. Cənab Prezident təkcə xarici auditoriyalara deyil, eyni zamanda, daxildəki nazirliklərə, idarələrə, müəssisələrə, əhaliyə xəbərdarlıq edərək mesaj verir ki, görülən nə kimi işlər varsa, hamısı mənim nəzarətimdədir.
- Ordumuz 10 000 nəfərlik şəxsi heyətlə təlimlərə başlayıb. Özü də hərb tariximizdə ilk dəfə dronlardan istifadə edir. Eyni zamanda, ilk dəfə anti-terror təlimləri baş tutur. Necə düşünürsünüz, bu təlimlər Qarabağdakı ekstremistlərə qarşı yeni anti-terror əməliyyatlarının işartısıdırmı?
- Düşmənin başına dəyən dəmir yumruq yağıları tamamilə məhv edib. Ancaq Qarabağın müəyyən ərazilərində tör-töküntülər qalmaqdadır. Terrorçu diversantların, işğalçı separatçıların müəyyən qismi hələ də qalır. Azərbaycan sülhməramlılıq missiyasını icra edənlərə dəfələrlə deyib ki, onları buradan yığışdırın. Yəni, onları bizim ərazilərimizdən təmizləyin. Dünəndən başlayan hərbi təlimlərimiz anti-terror əməliyyatlarına keçirilə bilər. Elə təlimlərin adı da bu cürdür. Bir nüansı qeyd etmək istəyirəm ki, 44 günlük müharibədən sonra qısa müddətdə bu qədər güclə yenidən genişmiqyaslı hərbi təlimlərə başlamaq bu ordunun gücündən xəbər verir. Eyni zamanda, bu, ordunun təminatının hansı səviyyədə olmasının göstəricisidir. Eləcə də ölkəmizin iqtisadi gücünün göstəricisidir. Bir də ondan xəbər verir ki, Azərbaycan özünün təhlükəsizliyini təmin etmək üçün ən yüksək səviyyədə hazırlığa malikdir. Əgər ermənilər özlərini ağıllı aparmasalar, yenə də sərsəmliyə əl atsalar, bu təlimlər birbaşa anti-terror əməliyyatları şəklində müharibəyə çevriləcək.
- Elman müəllim, ermənilər də təlimlərə başlayıblar. Utanmadan, pərən-pərən düşmüş ordu ilə... Hansı üzlə təlim keçirirlər? Bəlkə bizə qarşı “əzələ nümayişi” göstərirlər?
- Bu o deməkdir ki, “mən də “təlim” keçirirəm”. Sual verirəm, nə ilə, kimlə keçirir bu təlimləri. Hansı ordusu ilə keçirir, onu anlamaq çətindir. Yəni, onlarınkı təlim deyil. Qıcıqlandırmaq, təxribat məqsədi ilə ermənilər bu kimi variantlara əl atırlar. Xaricdən ümid verən havadarlarının dəstəyinə arxayın olurlar. Bir dəfə havadarlarına arxayın oldular, başları əzildi. Yenə də arxayın olub havadarlarının fitvasına gedəcəklər, bu dəfə o yumruq İrəvanda onların başında partlayacaq. Mən düşmənə bu mesajı verirəm.
- Bəs Xocalıya nə zaman gedəcəksiniz? Ümumiyyətlə, əhali Xankəndi, Xocalı, Ağdərə və Xocavəndə nə zaman ayaq basacaq?
- İnşallah gedəcəyik. Ərazilərimizin böyük hissəsini düşməndən təmizləmişik. Bu gün sərhədlərimizi özümüz qoruyuruq. Xankəndini də, Ağdərəni də, Xocavəndi də, Xocalını da bu yaxın vaxtlarda düşməndən təmizləyəcəyik. Üçrəngli bayrağımız orada dalğalanacaq. Biz də doğma yurd-yuvamıza qayıdacağıq. Çox az zamana ehtiyac var.
Tural Turan
-
Magazin219:12Yusuf Güney həbs edildi
-
ABŞ19:00ABŞ-da qəzaya uğrayan təyyarə PARTLADI - Ölənlər var
-
Yaxın Şərq16:33İranın Ali Rəhbəri haradadır? - Öldüyü deyilən Xamenei ilə bağlı RƏSMİ AÇIQLAMA
-
İdman16:27PSJ-nin ulduzu "Liverpul"la oyundan əvvəl şok xəbər alıb: Qardaşı sevgilisini... - FOTOLAR
-
Sosial16:17Bakıda faciəvi şəkildə ölən zabit olub
-
Nida Xəbər 15:52Prezidentin yüksək vəzifə verdiyi Əməşov kimdir? - FOTO
-
Region15:42Paşinyandan yeni Konstitusiya açıqlaması: Yalnız bir seçim var
-
Yaxın Şərq13:3240 günlük müharibə: İsrailin itkiləri açıqlandı – 7451 nəfər...




































