Nida Təhlil
ÜST ölkəmizdə görülən işlərə yüksək qiymət verir - Əhliman Əmiraslanov
“Bu gün Azərbaycan müasir, qüdrətli və dinamik inkişafa malik olan ölkə kimi tanınır. Bütün sahələrdə ardıcıl və sistemli islahatlar həyata keçirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində bütün istiqamətlərdə, o cümlədən elm, təhsil, səhiyyə sahələrində davamlı inkişaf müşahidə edilir. Xüsusilə də, səhiyyə sahəsində uğurlu addımlar atılıb, bu sahənin inkişafı üçün bütün imkanlar yaradılıb. Ölkəmizdə son 17 il ərzində 750-dən çox xəstəxana ya yenidən tikilib, ya da ki, əsaslı şəkildə təmir edilib”.
Bu sözləri Publika.az-a danışan Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov deyib.
Deputat bildirib ki, səhiyyənin xəstəxana və tibb müəssisələri fondu demək olar ki, indi ən yüksək standartlara cavab verir: “Ölkəmizdə səhiyyənin səviyyəsinin yüksəlməsi son elmi-texnoloji yeniliklərin tətbiqi sayəsində mümkün olub. Məhz pandemiya dövründə ölkə səhiyyəsinin bu duruma adekvat olması reallığı tam əks etdirir. Koronavirus pandemiyası dövründə bu sahədə görülən işlər, o cümlədən yeni tibb müəssisələrinin açılması ölkə səhiyyəsi ilə bağlı mənzərənin açıq təzahürüdür. Koronavirus pandemiyasının ilk vaxtlarından vətəndaşların sağlamlığının qorunması məqsədilə möhtərəm Prezident İlham Əliyevin və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın rəhbərliyi və qayğısı ilə virusun geniş yayılmasının qarşısının alınması üçün ölkə ərazisində çevik və sistemli preventiv tədbirlər həyata keçirilməyə başlanıb. Ölkəmizdə pandemiya ilə əlaqədar 48 xəstəxana yaradılıb, onlardan 14-ü yeni inşa olunmuş modul tipli xəstəxanalardır. Pandemiya laboratoriyalarının sayı 3-dən 14-ə çatdırılıb, çarpayı fondu 1700-dən 12 minə, intensiv terapiyada isə çarpayı fondu 155-dən 850-yə qədər çatdırılıb. Ölkə Prezidentinin diqqət və qayğısı sayəsində son bir ildə ölkəmizə 4500-dən çox müasir tibbi cihaz və avadanlıq gətirilib. Onların sırasında 600 süni tənəffüs aparatı, 16 kompüter tomoqrafiya aparatı, 10 müasir EKMO cihazı var”.
Ə.Əmiraslanov qeyd edib ki, bütün bunlar ölkəmizdə pandemiyaya qarşı genişmiqyaslı tədbirlərin keçirilməsinə imkan yaradıb: “Məlumdur ki, bu gün ölkəmizdə COVID-19-a yoluxanların sayı 240 minə çatıb. Əgər biz statistik rəqəmləri əhalisinin sayı bizə yaxın və bizimlə eyni olan ölkələr - Belçika, İsveç, Yunanıstan, Çexiya, Macarıstan və digər ölkələrlə müqayisə etsək, görərik ki, ölkəmizdə koronavirusa yoluxma sayı o ölkələrlə müqayisədə 2,5 dəfə azdır. Bu statistika eynilə ölüm göstəricilərində də özünü göstərir. Bu gün dövlətin görmüş olduğu önləyici tədbirlərin nəticəsi olaraq koronavirusa yoluxma sayında azalma müşahidə olunur. Deyə bilərəm ki, bu göstəricilər ölkəmizdə pandemiyaya qarşı aparılan genişmiqyaslı tətbirlər sayəsində mümkün olub. Virusdan qorunmaq və bu xəstəliyin profilaktikası istiqamətində də mühüm addımlar atılıb. Ötən müddət ərzində məhdudlaşdırıcı tədbirlərin sərtləşdirilməsi, eyni zamanda, yumşalma addımları atılıb”.
Komitə sədrinin sözlərinə görə, yürüdülən dövlət siyasəti və vətəndaşların artan məsuliyyəti nəticəsində bu gün Azərbaycanda koronavirusla bağlı vəziyyət nəzarət altındadır: “Pandemiyaya qarşı mübarizə tədbirlərindən biri də peyvəndləmədir. Ölkəmizdə COVID-19-a qarşı vaksinasiya prosesinə yanvar ayından başlanılıb və uğurla davam etdirilir. Artıq 460 mindən çox vətəndaşımız peyvəndlənib. Vaksinasiyanın əhəmiyyəti bu infeksiyaya qarşı orqanizmdə immunitetin yaranmasına nail olmaqla xəstəlikdən qorunmaq, infeksiyanın ötürülməsini məhdudlaşdırmaq, ölüm halının qarşısını almaqdan ibarətdir. Azərbaycanın aldığı Çinin “Sinovac” şirkətinin istehsal etdiyi “Coronovac” vaksini bir neçə ölkədə kliniki sınaqlardan keçirilib və mənfi təsiri aşkarlanmayıb. Cənab Prezident İlham Əliyev ölkəmizdə aparılan vaksinasiya ilə bağlı bildirib ki: “Azərbaycan Cənubi Qafqazda ilk olaraq vaksinasiya işlərinə start verdi. Eyni zamanda, yerləşdiyimiz bölgədə Azərbaycan birincilər sırasındadır. Onun nəticəsidir ki, pandemiyanın ilk günlərindən işlər düzgün qurulub, bütün lazımi addımlar atılıb, beynəlxalq təşkilatlarla təmaslar qurulub. Biz COVAKS təşəbbüsünün üzvüyük və COVAKS xətti ilə müxtəlif vaksinləri ölkəmizə gətirəcəyik. Eyni zamanda, bir neçə şirkətlə vaksinlərin ölkəmizə gətirilməsi ilə bağlı müqavilələr bağlamışıq. Biz artıq 4 milyon doz vaksin sifariş etmişik və onların artıq Azərbaycana gəlməsi təmin edilib”.
Əhliman Əmiraslanov vurğulayıb ki, ölkəmizdə digər sahələrdə də uğurlu islahatlar həyata keçirilir. Onun sözlərinə görə, bunlardan biri də icbari tibbi sığortanın tətbiqidir: “Ölkəmizdə icbari tibbi sığortanın tətbiqi mərhələli şəkildə həyata keçirilir. Bu istiqamətdə ilk olaraq pilot layihələr icra edildi və alınan nəticələr çox müsbət oldu. Pilot layihələrlə əhatə olunmuş şəhərlərdə həm tibbi xidmətin keyfiyyəti artdı, həm də vətəndaşların məmnunluğu yüksək səviyyədə oldu. Ona görə də icbari tibbi sığortanın ölkə üzrə tətbiqi tədricən genişləndirilərək, aprel ayının 1-dən etibarən bütün ölkəni əhatə edəcək. İcbari tibbi sığortanın tətbiqində yüksək maddi-texniki bazaya malik olan səhiyyə müəssisələrinin əhəmiyyəti böyükdür. Cənab Prezident də çıxışlarında dəfələrlə vurğulayıb ki, dövlətimiz üçün ən vacib məsələ vətəndaşların sağlamlığıdır. Azərbaycan Prezidentinin bütün istiqamətlərdə həyata keçirdiyi siyasətin mərkəzində insan amili dayanır. Məhz buna görə də Azərbaycan dövləti bir çox iqtisadi və maliyyə risklərinə baxmayaraq, vətəndaşların sağlamlığının qorunması üçün bütün mümkün addımları atdı. Aztəminatlı ailələrə, işsizlərə və pandemiyadan əziyyət çəkmiş sahibkarlıq subyektlərinə davamlı maddi-mənəvi dəstək, göstərilən qayğı bu gün də razılıqla qarşılanmaqdadır. Bu tədbirlərin nəticəsidir ki, Ümumdünya Səhiyyə Təşkilatı pandemiyaya qarşı mübarizədə ölkəmizdə görülən işlərə yüksək qiymət verir, bir neçə dəfə Azərbaycanı nümunəvi ölkə kimi təqdim edib.
Onu da qeyd etməliyəm ki, son bir ildə dövlətçilik tariximizin ən parlaq səhifəsi – Dəmir Yumruqla Zəfər salnaməsi yazıldı. Möhtərəm Prezidentimiz, Ali Baş Komandanımızın uğurlu dövlət idarəçiliyi, müdrik siyasəti nəticəsində rəşadətli ordumuz 44 günlük Vətən müharibəsidə erməni işğalçılarını məğlub etməklə Qarabağımızı işğaldan azad etdi, ölkəmizin ərazi bütövlüyü təmin olundu. Müharibə itkilərinin və pandemiyanın mənfi təsirlərinə baxmayaraq, cənab Prezidentin rəhbərliyi ilə çevik sosial-iqtisadi siyasət həyata keçirilməklə yanaşı, ölkə səhiyyəsi öz dayanıqlılığını qoruyub saxlaya bilib”.
Akqabay Mıradov
-
Elm və təhsil10:20
NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?
-
Sosial09:55
"Balina"nı Bakıdan belə apardılar - VİDEO
-
Nəqliyyat09:36
Pulsuz ictimai nəqliyyat xidməti başa çatır
-
Hadisə09:10
70 kq qızılla tutulan diplomat Bakıya gətirildi
-
Magazin208:55
Kıvançla xanımından Toskanada maraqlı FOTOSESSİYA
-
Nəqliyyat08:40
Bu yollarda tıxac var
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar