Nida Təhlil
20 minlik erməni ordusu Qarabağdan çıxarılır...
Qarabağdakı erməni hərbi birləşmələr çıxarılır: müxtəlif mənbələr və proseslər bu haqda informasiyanı təsdiqləyir.
- Qarabağda yalnız “yerli ermənilər”dən ibarət bölmələr qalacaq;
- Ermənistandan Qarabağa hərbi çağırışçılar göndərilməyəcək;
- Ermənistan vətəndaşları arzu edərlərsə, müqavilə ilə hərbi xidmət keçə bilərlər;
İnformasiya hələki bu yöndədir...
Qarabağda Ermənistan ordusunun təxminən 20 minə yaxın hərbçisi var. Nikol Paşinyanın kapitulyasiyaya imza atmasının səbəblərini izah edəndə “20 min əsgər mühasirəyə düşəcəkdi” sözlərinə istinadən bunu deyə bilərik.
20 minlik hərbi kontingent çıxmasına paralel hərbi texnika da çıxarılmalıdır. Bölgədə sülhməramlı kontingent və azsaylı “erməni qoşun” qalır.
Qarabağda “erməni qoşunun” hələlik mövcudluğuna Bakının səssizliyi siyasi proseslərin inkişafına uyğun görünür.
1. Ermənistanın hərbi mövcudluğu Qarabağdan çıxarılır, beləliklə, masada Bakı, Ankara və Moskva qalır: bu, ikinin birə nisbətdə Bakının xeyrinədir;
2. Ermənistanda Paşinyan hakimiyyəti seçkiyə hazırlaşır və Bakı indiki halda regiondakı əməkaşlığı qəbul etməyənələrin, yaxud hakimiyyətə gələrlərsə, bu əməkdaşlığı yenidən müzakirəyə çıxaracaq qüvvələrin əlinə oynamaq istəmir;
Bu kontekstdə erməni ordusunun Qarabağdan çıxarıldığı xəbərinin İrəvan tərəfindən rəsmi təsdiqi də gözlənilməməlidir. Hərçənd, iki mənbə informasiyanın təsdiqinə əsas yaradır:
- Separatçıların nümayəndəsi Balasanyanın dedikləri;
- Ermənistan hökumətində adını açıqlamayan yüksək vəzifəli məmurun “bagramyan26” teleqram kanalına dedikləri;
Proses nə vaxt başlayır, yaxud başa çatır? Əsas sual budur, çünki indiyə qədər belə informasiyalar yayılsa da, çıxarılma gerçəkləşməyib. Bu haqda dəqiq informasiya hələki yoxdur, lakin yenə iki amil müəyyən versiyalar irəli sürməyə imkan verir:
Birincisi: adını açıqlamayan yüksək vəzifəli məmur bildirir ki, çıxarılma prosesi artıq başlayıb;
İkincisi: Nikol Paşinyan ötən həftə Qarabağda hərbi xidmət keçən övladlarının Ermənistana qaytarılmasını tələb edən valideynlərlə görüşdə iki həftəlik möhlət istəməsidir; bu detal prosesin başladığını, iki həftə sonra etiraz edən valideynlərin istəklərinin yerinə yetiriləcəyi versiyasını önə çıxarır;
20 minə yaxın erməni hərbi kontingentinin çıxarılmasından sonra Qarabağda silahsızlaşdırmanın birinci mərhələsi tamamlanacaq. Bölgədə qalacaq “yerli ermənilərin” təqribi 5 minlik silahlı dəstəsi artıq növbəti mərhələnin işidir və bu, daha asan olacaq.
Asif Nərimanlı
-
MDB17:24Moskvadan Kiyevə: Seçki keçirsəniz, Putin əmr verəcək ki...
-
Region16:22İstək kifayət deyil, qərar verməlisiniz - Paşinyandan Avropa İttifaqına çağırış
-
Nida Təhlil 16:03Məktəbli forması təkcə geyim deyil, həm də tərbiyə məsələsidir - Məhəmməd İmanlı
-
Rəsmi xronika15:22İlham Əliyev bu qanunu təsdiqlədi
-
Nida Təhlil 14:57Aygün Bayramovadan məktəbli geyimi ilə bağlı çağırış: Qərara hörmətlə yanaşmalıyıq
-
Nida Xəbər 13:02Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu - VİDEO
-
Nida Xəbər 12:20Məktəblərdə əsas məqsəd bərabərliyin qorunmasıdır - Aydın Hüseynov
-
MDB11:44Ukraynada hərəkat başladı: Zelenski vəzifəsindən kənarlaşdırılmalıdır































