Sosial
Çexiyanın nəqliyyat naziri Bakı Dəmiryol Vağzalında olub
Çexiya Respublikasının nəqliyyat naziri İvan Bednarikin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfəri çərçivəsində Bakı Dəmiryol Vağzalında olub.
Bu barədə Publika.az-a ADY-dən məlumat verilib.
Azərbaycan Dəmir Yollarının (ADY) sədri Rövşən Rüstəmov qonaqlara qurumun fəaliyyəti, sərnişindaşıma sahəsində həyata keçirilən layihələr, Bakı Dəmiryol Vağzalının infrastrukturu və sərnişinlərə göstərilən xidmətlər barədə məlumat verib.
Dəmir Yollarının sərnişin məmnuniyyətinin artırılması və xidmətlərin rəqəmsallaşdırılması istiqamətində həyata keçirdiyi yeniliklər, o cümlədən ölkə ictimai nəqliyyatında ilk dəfə məhz dəmir yollarında tətbiq edilən SİMA Pay üztanıma ilə ödəniş sisteminin işi təqdim olunub.
Ziyarət zamanı çexiyalı nazir vağzalda sərnişinlər üçün yaradılmış şərait və müasir xidmət imkanları ilə tanış olub, sərnişin daşımaları sahəsində müasir yanaşmaların xüsusi əhəmiyyətini vurğulayıb.
-
Dünya04:44Suyun altında dava düşdü - VİDEO
-
İdman02:12Avropa Liqası: "Milan" öz meydanında uduzub, "Yuventus" isə...
-
Magazin201:11Məşhur müğənninin model sevgilisi dərin dekolteli libasda - FOTO
-
Qoroskop00:15Günün ULDUZ FALI - Qazanc fürsətləri qarşınıza çıxa bilər
-
Avropa5 Noyabr 23:12NATO qoşunları Latviyada inəklərə zərbələr endirdi
-
Avropa5 Noyabr 22:48Meqan Marklın ögey qardaşının başı dərddə - Yetkinlik yaşına çatmayan qızlar...
-
Sosial5 Noyabr 22:36Köçkün qadınlarla evlənən kişilərə yeni hüquq verildi
-
MDB5 Noyabr 22:24Xameneinin məktubu Putinə çatdırıldı

























.jpg)














.jpg)

