Nida Təhlil
Bu, türk dünyasının ürəyinə vurulmuş xəncər idi - Professor
Prezident Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının qeyri-rəsmi zirvə görüşündəki çıxışında tədbir iştirakçılarına ilk növbədə ikinci Qarabağ müharibəsi haqqında ətraflı və dolğun məlumat verdi. O, bildirdi ki, vaxtı ilə qədim Azərbaycan torpağı olan Zəngəzur ermənilər tərəfindən işğal olunaraq Ermənistana birləşdirilib. Zəngəzurun Ermənistana birləşdirilməsi Türk dünyasının ürəyinə vurulmuş xəncər idi.
Bu sözləri Publika.az-a açıqlamasında siyasi elmlər doktoru, professor Ramiz Sevdimalıyev deyib.
O bildirib ki, ikinci Qarabağ müharibəsində əldə edilən qələbədən sonra razılığa əsasən Azərbaycanla Naxçıvan arasında Zəngəzur üzərindən dəhliz açılacaq və bu dəhliz Azərbaycanı Naxçıvan vasitəsiylə Türkiyə ilə birləşdirəcək:
“Bu dəhliz Türkiyəni Azərbaycan vasitəsiylə digər türk ölkələri olan Mərkəzi Asiya Respublikaları ilə birləşdirəcək. Zəngəzur dəhlizinin bu formada gündəmə gəlməsi onu göstərir ki, vaxtilə bizdən ayrılması ilə türk dünyasının ürəyinə xəncər kimi sancılan qədim Zəngəzur torpağı gələcəkdə türk dünyasının rəmzinə çevriləcək.
Türk birliyi üçün Zəngəzur üzərindən dəhliz salınacaq. Bununla həm bütün türk dünyası, həm də region ölkələri üçün yeni imkanlar yaranacaq. Azərbaycanın Türkiyə və Avropa ilə əlaqələri daha da genişlənəcək. Cənab Prezident çıxışında qeyd etdi ki, Zəngəzur dəhlizinin açılmasından hətta Ermənistan özü də fayda götürəcək. Ermənistanın strateji tərəfdaşları olan Rusiya ilə hazırda dəmiryol əlaqələri yoxdur. Amma Zəngəzur dəhlizi istifadəyə verilərsə, Ermənistan Azərbaycan ərazisindən keçməklə Rusiya ilə dəmiryol xətti yarada biləcək. Eyni zamanda Ermənistan Naxçıvan üzərindən, Culfadan İrana da dəmiryol xətti ilə əlaqələr yaratmaq imkanı əldə edəcək. Zəngəzur koridorunun istifadəyə verilməsi bütün dövlətlər üçün istər strateji, istər təhlükəsizlik, istərsə də iqtisadi baxımdan sərfəlidir. Bütün müstəvilərdə nəzərdən keçirəndə bir dövlət üçün faydalı olacaq”.
Aytən Məftun
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi






.jpg)





























.jpg)
.jpg)
