Nida Təhlil
Bu, regionun hərtərəfli inkişafına səbəb olacaq - Deputat
"Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında keçirilən qeyri-rəsmi Zirvə görüşünün bütövlükdə türk dünyası üçün əhəmiyyəti olduqca böyükdür".
Bunu Publika.az-a açıqlamasında millət vəkili Nəsib Məhəməliyev deyib. Deputat bildirib ki, 44 günlük Vətən müharibəsində Azərbaycanın əldə etdiyi tarixi qələbə yeni reallıqlar yaradıb:
"Bu reallıqlardan biri Azərbaycan, Rusiya Prezidentlərinin və Ermənistan baş nazirinin imzaladığı 10 noyabr bəyannaməsində təsdiqini tapmış kommunikasiyaların açılmasının, iqtisadi əlaqələrin bərpasının nəzərdə tutulmasıdır. Bu kontekstdə Zəngəzur dəhlizinin açılması, ilk növbədə, Azərbaycanın Naxçıvanla, eyni zamanda türk dünyası ilə kommunikativ əlaqələrinin inkişaf etdirilməsi baxımından son dərəcə əhəmiyyətlidir. Prezident İlham Əliyev tamamilə haqlı olaraq tarixi Azərbaycan torpağı olan Zəngəzurun Ermənistana birləşdirilməsi faktına diqqət çəkdi və bunu türk dünyasına vurulmuş ağır zərbə olaraq qiymətləndirdi. Cənab Prezident məhz bu tarixi ədalətsizliyi xatırlamaqla türkdilli dövlət başçılarına gələcəyə hesablanmış mesaj verdi".
N.Məhəməliyevin fikrincə, bir-birlərinə milli, tarixi, dini, mədəni bağlılığı ilə çox yaxın olan ölkələrin güclü bir təşkilatda birləşməsi və beynəlxalq məsələlərdə vahid mövqedən çıxış etmələri kənar güclərin təsirini azaltmaq deməkdir:
"İqtisadi cəhətdən qardaş Türkiyəni Azərbaycan vasitəsilə Orta Asiya türk cümhuriyyətləri və regionun başqa dövlətləri ilə birləşdirən ən qısa marşrut sayılır. Rusiya-Ermənistan-İran əlaqələrini də əlavə etsək, Zəngəzur dəhlizinin açılması bütövlükdə regionun hərtərəfli inkişafına səbəb olacaq. Düşünürəm ki, iqtisadi münasibətlərin inkişaf etməsi bölgədə dayanıqlı sülhün təmin olunmasını şərtləndirəcək".
Tural Turan
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi






.jpg)





























.jpg)
.jpg)
