Nida Təhlil
Azərbaycan bunu beynəlxalq çəkişmənin predmetinə çevirə bilər - İsaxan Vəliyev
Paşinyan öz çıxışlarında dəfələrlə təkrar etdi ki, biz Azərbaycana"İsgəndər" raketlərini atmışıq, lakin onlar partlamadı. Bu gün artıq mütəxəssislərin əksəriyyəti o fikirdədir ki, Şuşada "İsgəndər" raketinin qalıqları tapılıb.
Bu sözləri Publika.az-a açıqlamasında Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Hüquq kafedrasının müdiri, hüquq elmləri doktoru, professor İsaxan Vəliyev deyib.
O, bildirib ki, bütün hallarda dinc əhaliyə və öz ölkəsinin suverenliyini bərpa etmək uğrunda mübarizə aparan bir dövlətə qarşı beynəlxalq hüquq normalarında istifadəsi qadağan edilmiş silahların tətbiq edilməsi şübhəsiz ki, insanlıq əleyhinə olan cinayətdir. Bu cinayət beynəlxalq hüquq normaları ilə cəzalandırılmalıdır:
“Həmin raketin kim tərəfindən atılması barədə olan fikirlərlə tanışam. Ermənistan hərbi-siyasi rəhbərliyinin "İsgəndər" raketlərindən istifadə etdiyini açıq şəkildə deməsi onu deməyə əas verir ki, raketlərdən istifadə edən elə Ermənistan dövlətidir. Həm siyasi cəhətdən reallığı danışmalıyıq, həm də aşkar edilmiş faktın dünya ictimaiyyətinə çatdırılması istiqamətində mətbuatın imkanlarından istifadə etməliyik. Elə etməliyik ki, beynəlxalq ictimaiyyətin diqqətini cəlb etsin. Belə olan halda düşünürəm ki, BMT-nin nəzdində olan beynəlxalq təşkilatlar bu məsələni araşdırma predmetinə çevirəcək və buna hüquqi qiymət verilməsi məsələsini gündəmə gətirəcəklər”.
Professor əlavə edib ki, əgər ANAMA-nın işğaldan azad edilmiş Şuşa şəhərində və onun ətrafında həyata keçirdiyi minadantəmizləmə tədbirləri zamanı Rusiya istehsalı olan və böyük dağıdıcı gücə malik “İsgəndər” raketinin qalıqlarının tapılması məsələsi Azərbaycanın KİV-lərində geniş şəkildə işıqlandırılarsa, şübhəsiz ki, Rusiya dövləti buna münasibətini bildirməlidir:
“Rusiya ya deməlidir ki, Qarabağda münaqişə zamanı “İsgəndər” raketlərindən istifadə olunub, ya da bu məsələ ilə əlaqədar heç bir günahı olmadığı elan etməlidir. Raket hansı dövlətdə varsa, şübhələr də həmin dövlətlər istiqamətində yönəlir. Nəticə etibarı ilə həmin dövlətlər bu barədə cavab vermək məcburiyyətindədir. Azərbaycan bunu beynəlxalq çəkişmənin predmetinə çevirə bilər və yəqin ki, çevirəcək. Onda məsələ araşdırılacaq, ola bilsin ki, beynəlxalq təşkilatlar Rusiyadan rəsmi məlumatlar tələb edəcək. Bu, istisna edilən bir hal deyil.
Bütün hallarda "İsgəndər" raketindən istifadə beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması deməkdir. Onun kim tərəfindən atılmasını müəyyənləşdirmək çox asandır. Raket atıldığı andan artıq müvafiq hərbi sistemlər bunun trayektoriyasını dəqiq müəyyənləşdirə bilir. Əgər bu raket atılıbsa, hava hücumundan müdafiə qurğuları hardan atılmasının bütün koordinatlarını təyin edir. Odur ki, belə bir hal varsa, raketlərin hardan atılması dünya dövlətlərinə artıq məlumdur. Bu, mübahisə doğura bilməz”.
Aytən Məftun
-
Magazin106:16Oğlu Zaura ŞƏRT QOYDU: "Səhnəni tərk edəcəyəm" - VİDEO
-
Hadisə05:45Bakıda avtobus bir neçə maşını əzib obyektə çırpıldı - VİDEO
-
Magazin103:43Toya gecikən Afət görün məclisə hansı geyimdə gəldi - VİDEO
-
ABŞ02:12ABŞ TƏŞVİŞ İÇİNDƏ - Sərnişin təyyarəsi hədəfə alındı, hava limanı bağlandı
-
İdman00:30“Qara bazar”dan şikayətlənirdi, özü də saxlanıldı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gözlənilməz bir dərinliklə qarşılaşacaqsınız
-
Nida Xəbər 4 Noyabr 23:24Sabiq nazir Koçaryanla bağlı faktları AÇIQLADI: "Xüsusi hazırlıq keçmiş agent olub" - VİDEOİ
-
MDB4 Noyabr 23:00Məşhur teleaparıcı 77 yaşında vəfat etdi - FOTO




































