Nida Təhlil
Bunlar həssas təbəqənin problemlərinə yönələn siyasətdir - Deputat
Şəhid ailələrinin və qazilərin sosial statusunun dəstəklənməsi, rifahının yaxşılaşdırılması üçün Azərbaycan dövləti bütün imkanlarını səfərbər edib. Bu sahədə kifayət qədər uğurlu nəticələr əldə edilib.
Bu sözləri Publika.az-a açıqlamasında millət vəkili Nəsib Məhəməliyev deyib. Millət vəkili bildirib ki, şəhid ailələrinə sığortanın ödənilməsi, birdəfəlik yardımların verilməsi, qazilərin müalicəsinin dövlət tərəfindən qarşılanması, zəruri hallarda xarici ölkələrdə müalicələrinin təşkili bu sahədə görülən işlərdən bir neçəsidir:
“Eləcə də digər inkişaf etmiş ölkələrdən həkim qruplarının dəvət olunması, onların məişət şəraitinin yaxşılaşdırılması və hər bir şəhid ailəsinin mənzillərlə təmin olunması ilə bağlı cənab Prezident bilavasitə tapşırıq verib. Onların qarşılaşdığı bürokratik əngəllərin, problemlərin həlli istiqamətində bütün yerli icra hakimiyyətlərində şəhid ailələri və qazilərlə bağlı xüsusi şöbə yaradılıb. Bu şöbələrə şəhid ailələrinin üzvləri, yaxud da qazilər rəhbər təyin olunub. Bütün bunlar həssas təbəqənin problemlərinə yönələn siyasətdir. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın sosial sahədə həm dövlət, həm də Heydər Əliyev Fondu xətti ilə gördüyü işlər Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilir. İlk növbədə şəhid ailələri, qazilər və onların ailələri cəmiyyətin ən hörmətli təbəqəsi kimi imtiyazlardan istifadə edirlər.
Azərbaycan dövləti hər zamankı kimi vətəndaşının, hərbçilərimizin yanındadır. Dövlətimiz Vətən müharibəsində şəhid olmuş döyüşçülərimizin ailə üzvlərinə, qazi və hərbçilərimizə dərin ehtiramla diqqət, qayğı göstərir. Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası Müdafiə Nazirliyinin rəsmi siyahısında yer almış şəhidlərdən banklar qarşısında kredit öhdəliyi olan 830 şəhidə aid 1503 kredit üzrə həm əsas borcun, həm də faizlərin silinməsini təmin edib”.
Aytən Məftun
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı






.jpg)





























.jpg)
.jpg)