Nida Təhlil
YAŞAT Fondu əməli addımları ilə yadda qalıb - Millət vəkili
Prezident İlham Əliyevin 8 dekabr 2020-ci il tarixli fərmanı ilə YAŞAT Fondu yaradılıb. Fondun əsas məqsədi şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün müvafiq platformanın yaradılmasıdır. Eyni zamanda bu sahədə şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsi Fondun əsas istiqamətlərindəndir.
Publika.az-a YAŞAT Fondunun fəaliyyətindən danışan millət vəkili Ramin Məmmədov bildirib ki, Fond dövlətin institusional təşəbbüsü olaraq öz fəaliyyətində humanitar missiyanı ehtiva edir:
“Fondun əsas məqsədi şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi istiqamətində dövlətin səmərəli fəaliyyətini daha mütəşəkkil şəkildə təqdim etməkdən ibarətdir. Paralel olaraq, bu məqsədlərə çatmaq üçün Fondun fərmandan irəli gələn vəzifələrindən biri də vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün müvafiq hesabatlılığın və ictimai nəzarətin təmin edilməsindən ibarətdir. Bu da özlüyündə həm Fondun maliyyə resurslarının xərclənməsi baxımından şəffaflığın yaradılması, həm də cəmiyyət tərəfindən Fondun fəaliyyətinin izlənilməsi nöqteyi-nəzərindən çox önəmli və xüsusi mahiyyətə sahib bir məqam kimi qiymətləndirilməlidir”.
Deputat ötən dövr ərzində Fondun gördüyü işlərdən danışıb. Bildirib ki, böyük humanitar missiyanı özündə ehtiva edən YAŞAT Fonduna könüllü ödəmələr dayanmadan davam edir və toplanan vəsait şəhid ailələrinin, qazilərimizin ehtiyaclarına sərf olunur: “Ümumilikdə, Fond ötən dövr ərzində Azərbaycanın bütün ərazilərində, elə mənim Milli Məclisdə təmsil etdiyim Sabirabad rayonu ərazisində kifayət qədər genişmiqyaslı işlərilə yadda qalıb. Şəhid ailələrinin və müharibədə yaralanan əsgərlərimizin istər sosial rifahının və ailə-məişət şəraitinin yaxşılaşdırılması, istərsə də övladlarının təhsil almaları üçün müvafiq dövlət qurumları qarşısında məsələnin qaldırılması və həlli istiqamətində əməli addımlarla yadda qalıb. Ötən dövrdə Fond tərəfindən görülən bu işlərə görə millət vəkili olaraq Sabirabad ictimaiyyəti adından təşəkkür edir, yüksək fəaliyyətin təmin olunmasında əməyi keçən hər kəsə xüsusi minnətdarlığımızı bildiririk. Əminik ki, bundan sonrakı dövrdə də YAŞAT Fondu fərmandan irəli gələn və qarşısında duran vəzifələrin icrası istiqamətində daha praktiki, səmərəli fəaliyyət ortaya qoyacaq”.
Akqabay Mıradov
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp




























.jpg)
.jpg)





