Nida Təhlil
Paşinyanın HƏBS SİYASƏTİ - Ekspert detalları açdı
“Nikol Paşinyanın daxili səfərlərinin Ermənistanda xalq etirazları ilə müşayiət olunması iki amillə bağlıdır. Birincisi, Paşinyanın hakimiyyətə gələrkən demokratik dəyərlərin həyata keçiriləcəyi ilə bağlı cəmiyyətə verdiyi vədlərin yerinə yetirilməsi sahəsindəki uğursuzluğu və qeyri-ardıcıllığı ilə bağlıdır. İkincisi, onun Qarabağ müharibəsindəki uğursuzluğu ilə izah olunmalıdır”.
Bu fikirləri Publika.az-a “Bakı Xəbər” qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.
A.Quliyevin sözlərinə görə, xüsusilə də burada Paşinyanın demokratik dəyərlərə münasibətdə 2018-ci ildən başlayan və fasiləsiz şəkildə, ard-arda xalqın gözündə uğursuzluqlara düçar olan daxili siyasətini qeyd etmək lazımdır: “Baxmayaraq ki, onu hakimiyyətə gətirən beynəlxalq qüvvələr də ölkədəki demokratik islahatlar baxımından çox böyük gələcəyə ümidli idilər. Nəzərə alsaq ki, Ermənistan cəmiyyətinin özündə də ilk əvvəl buna çox böyük maraq var idi. Amma cəmi 2 ildən sonra demokratiya barədə deyilənlərin sadəcə söz yığınından və təbliğat hay-küyündən ibarət olması özünü aşkar şəkildə göstərdi. Buna görə də onun bu gün bölgələrə etdiyi səfərlər zamanı əhalinin baş nazirə qarşı etirazları birinci növbədə Paşinyanın demokratik platformada uğursuzluğu ilə izah olunmalıdır”.

Ekspert qeyd edib ki, xüsusilə də Sünik vilayətinə, Gorus və Qafan istiqamətində edilən səfərlərdə etiraz mövqeyində dayanan ermənilərə qarşı həbslərin həyata keçirilməsi və polis inzibati addımlarının atılması səbəbsiz deyil: “Xalqın etirazlarına qarşı qeyri-demokratik davranışların öz səbəbi var. Bu, hər şeydən əvvəl Nikol Paşinyanın demokratik islahatlarda düçar olduğu uğursuzluğun nəticəsi ilə izah olunmalıdır. Çünki Paşinyan hakimiyyəti başa düşür ki, bir tərəfdən Qarabağ uğursuzluğu, digər tərəfdən də daxili demokratik siyasət sahəsində verilmiş vədlərin uğursuzluğu xalq etirazlarını getdikcə gücləndirəcək. Belə şəraitdə xalqın etirazlarından hakimiyyəti qorumaq və qarşıdakı seçkilərdə öz hakimiyyət ömrünü bir qədər də uzatmaq imkanı qazanmağın yeganə yolu qalıb ki, bu da etiraza qalxanlara qarşı polis zorakılığı, həbslər və təqiblərdir”.
A.Quliyev əlavə edib ki, hazırda 2018-ci ildən daxili siyasətdə Paşinyanın başlatdığı demokratiya ilə parelel təqiblər, təzyiqlər və həbslər siyasətinin müharibədən sonrakı davamı müşahidə olunur: “Nikol Paşinyan 2018-ci ildə hakimiyyətə gələrkən daxildə demokratik qüvvələrə qarşı başlatdığı təqib və təzyiq siyasətini bu gün ölkənin Sünik vilayətinə etdiyi səfərlər zamanı bir daha nümayiş etdirdi. Bu, əslində, Paşinyanın hakimiyyətə gələrkən vəd verdiyi və müəyyən beynəlxalq subyektlərin qarşısında məsuliyyət daşıdığı demokratiyanın Ermənistan modeli kimi başa düşülə bilər”.
Akqabay Mıradov
-
Hadisə05:45Bakıda avtobus bir neçə maşını əzib obyektə çırpıldı - VİDEO
-
Magazin103:43Toya gecikən Afət görün məclisə hansı geyimdə gəldi - VİDEO
-
ABŞ02:12ABŞ TƏŞVİŞ İÇİNDƏ - Sərnişin təyyarəsi hədəfə alındı, hava limanı bağlandı
-
İdman00:30“Qara bazar”dan şikayətlənirdi, özü də saxlanıldı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gözlənilməz bir dərinliklə qarşılaşacaqsınız
-
Nida Xəbər 4 Noyabr 23:24Sabiq nazir Koçaryanla bağlı faktları AÇIQLADI: "Xüsusi hazırlıq keçmiş agent olub" - VİDEOİ
-
MDB4 Noyabr 23:00Məşhur teleaparıcı 77 yaşında vəfat etdi - FOTO
-
Magazin14 Noyabr 22:24“Aygün xanımla aramızda soyuqluq var idi”





































