Nida Təhlil
Bayden o ifadəni işlətsə, Türkiyə... - RƏY
“Bu vaxta qədər bir neçə Amerika prezidenti orada yaşayan ermənilərə bir sıra vədlər verib. Onların içərisində 24 aprelin “soyqırımı” kimi tanınacağı, bu ifadənin işlədiləcəyi ilə bağlı vədlər də var. Amma bu vaxta qədər heç bir ABŞ prezidenti “soyqırımı” ifadəsini səsləndirməyib. Əvəzində “faciə”, “qətl” kimi ifadələrlə kifayətləniblər. Artıq bu dəfə bütün Ermənistan, oradakı revanşistlər, radikal təfəkkürlü kəsimlər ABŞ Prezidenti Co Baydenin “soyqırımı” ifadəsini işlətməsini gözləyirlər”.
Bunu Publika.az-a açıqlamasında millət vəkili Vüqar İskəndərov deyib. Deputat bildirib ki, ermənilər 44 günlük müharibədəki acı məğlubiyyətdən sonra öz yaralarını bununla sarımaq istəyirlər:
“Amma daha dünya həmin dünya deyil. Hesab edirəm ki, Co Bayden həmin ifadəni işlətsə belə, bu, heç nəyi dəyişdirməyəcək. Çünki bir insanın ağzından çıxan söz tarixi dəyişdirə, tarixi faktları yeniləyə bilməz. Bu ifadənin səsləndirilməsi Türkiyə kimi bir ölkəyə heç bir təsir göstərməyəcək. Bu qondarma ifadə səsləndirilərsə, Türkiyə kimi dünyanın aparıcı ölkəsinin, NATO kimi bir sistemdə ikinci orduya sahib dövlətin ABŞ-la münasibətlərini soyuda bilər. Bu da Türkiyənin yeni geosiyasi hədəflər haqqında düşünməsinə gətirib çıxaracaq. Çünki bu məsələ ağ yalandır. Olmamış bir hadisə ilə bütün dünyanı aldatmaqdır. Co Bayden həmin ifadəni işlətsə, Ankara-Vaşinqton münasibətləri soyuyacaq. Arzu edərdim ki, bu hal baş verməsin. ABŞ da arzulamaz ki, Türkiyə kimi bir müttəfiqi itirsin. Burada bir məsələ də var, Birləşmiş Ştatların “Respublikaçılar”dan və “Demokratlar”dan olan ermənipərəst senatorları Co Baydeni qondarma “soyqırımı” ifadəsini ilk dəfə səsləndirən ABŞ prezidenti olmağa çağırıb. Bu vaxta qədər Bayden ermənipərəstliyi ilə digər həmkarlarından, sələflərindən fərqlənib. Ola bilər ki, Bayden bu ifadəni işlətsin. Bu da Ankara-Vaşinqton, Bakı-Vaşinqton münasibətlərini gərgin fazaya sala bilər. Bu da heç bir halda arzuolunan deyil”.
Millət vəkili qeyd edib ki, Ermənistan artıq uzun illərdir ki, qondarma soyqırımı mərasimindən bir manipulyasiya kimi istifadə edir:
“Onlar o qədər ağ yalan danışırlar ki, artıq dünyanı da buna inandıra bilmirlər. Az qala bu yalançı soyqırımı məsələsinə görə gülüş hədəfinə çevrilsinlər. Tarix boyu onlar “soyqırımı” ilə bağlı cürbəcür “rəqəmlər” sadalayıblar. Gah 600 min, gah 800 min, sonra bir milyon, indi də 1,5 milyon erməninin “soyqırımı”ya məruz qaldığını deyirlər. Təbii ki, bunlar uydurma rəqəmlərdir və özlərindən başqa heç kimi buna inandıra bilmirlər. O dövrdə bütün dünyada bu qədər erməni yaşamırdı. Bu qədər ağ yalan olmaz. Artıq yalan maşını Ermənistanın milli-ideoloji mənliyinə çevrilib. Təəssüf ki, bunlar öz yalanlarına özlərini də inandırıblar. Özlərinə bənzəyən bir sıra dövlətləri, onların parlamentlərini də bu kimi ağ yalanlara inandıra biliblər”.
Vüqar İskəndərovun sözlərinə görə, bu məsələ ilə bağlı Ankara dəfələrlə bütün dünya ermənilərinə, beynəlxalq qurumlara, aidiyyəti orqanlara səslənib ki, arxivlərimizi açmışıq, gəlin:
“Ankara bəyan edib ki, buyurun, gəlin. Hətta cənab Rəcəb Tayyib Ərdoğan da bir neçə dəfə bununla bağlı fikirlərini dünyanın diqqətinə çatdırıb. Çünki bu, siyasətçilərin yox, tarixçilərin məşğul olacağı, araşdıracağı bir məsələdir. Ona görə ki, bu günün siyasətçiləri 100 il əvvəl baş verən hadisələrə siyasi don geyindirə bilməzlər. Bir sıra məşhur tarixçilər də bildiriblər ki, əgər ermənilər marağında olsalar, gedib həmin arxivlərə baxarlar. O zaman görəcəklər ki, bu vaxta qədər bütün dünyaya nə qədər ağ yalanlar danışıblar”.
Tural Turan
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO