Nida Təhlil
Bayden bu silahı atdı və bitdi - Deputat
"ABŞ Prezidentinin soyqırımı ifadəsinini işlətməsi tarixin təhrif olunması, həqiqətlərin danılması və beynəlxalq hüququn nüfuzdan salınması kimi qiymətləndirilməli və şiddətlə qınanmalıdır".
Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
Millət vəkili bildirib ki, əslində 1915-ci ildə ermənilər türklərə və Anadoluda yaşayan digər müsəlmanlara qarşı soyqırımı törədiblər: "1918-ci ildə azərbaycanlılara qarşı soyqırımı törədiblər və nəhayət, 1992-ci ildə bütün dünyanın gözü önündə Xocalı soyqırımını törədiblər! Əgər Co Bayden soyqırımı ifadəsi işlətmək istəyirsə, birinci ermənilərin azərbacanlılara qarşı törətdiyi soyqırımı ifadəsini işlətsin! Məsələnin kökünə gəldikdə isə birincisi, Co Baydenin "soyqırımı" ifadəsini işlətməsi beynəlxalq hüquq baxımından heç bir hüquqi məsuliyyət yaratmır. İkincisi, Avropa İnsan Hüquqları Məhkəməsinin bu iddianı hüquqi baxımdan rədd edən məhkəmə qərarı var. Üçüncüsü, soyqırım ifadəsi istifadəsi birdfəlik olan silah idi. Sadəcə, ildə bir dəfə siyasi şantaj vasitəsi kimi Türkiyəyə qarşı tuşlanır və müəyyən güzəştlər əldə edilirdi".
Deputat bildirib ki, Bayden bu silahı atdı və bitdi: "Yəni ABŞ-ın qardaş Türkiyəyə qarşı istifadə etdiyi təzyiq alətlərindən biri artıq yoxdur. Dördüncüsü, 1915-ci il hadisələri beynəlxalq hüquqda tərif edilən soyqırımı kriteriyalrına əsla uyğun deyil. Beşincisi, Bayden "soyqırımı" silahını ermənilərin də əlindən aldı . Altıncısı, ən təhlükəli fikir isə Baydenin "Biz bunu - genosidi qəbul etməyi kimisə günahlandırmaq üçün deyil, baş verənlərin təkrar olunmaması üçün edirik"-ifadəsidir. Bu fikrin sətiraltı məzmunu Türkiyəni hədələmək,Vətən müharibəsində Azərbaycanın yanında olduğuna görə onu siyasi müstəvidə şantaj etmək, İrəvandakı Qərbpərəst qüvvələri dəstəkləmək və onları seçkidə qalib etmək, regionda 6 tərəfli formatda mümkün əməkdaşlıq platformasının yaradılmasını əngəlləmək, Ermənistanda Rusiyanın nüfuzunu aşağı salmaq, 44 günlük savaşda ermənilərini tarixi məğlubiyyətinin səbəbkarı kimi Rusiyanı göstərmək və Cənubi Qafqaza yenidən müdaxilə planlarının olmasını bəyan etməkdir. ABŞ Prezidentinin soyqırımı ifadəsinini işlətməsi tarixin təhrif olunması, həqiqətlərin danılması və beynəlxalq hüququn nüfuzdan salınması kimi qiymətləndirilməli və şiddətlə qınanmalıdır".
Tural Turan
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı






.jpg)





























.jpg)
.jpg)