Nida Təhlil
Saxta bir tarixə bu cür yanaşmanın heç bir hüquqi nəticəsi olmayacaq - Deputat
"ABŞ Prezidenti Co Baydenin heç bir gerçək tarixə və hüquqa söykənmədən 1915-ci il olaylarını "erməni soyqırımı" adlandırması qəbuledilməzdir. Saxta bir tarixə bu cür yanaşmanın heç bir hüquqi nəticəsi ola bilməz və olmayacaq".
Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
Millət vəkili bildirib ki, Bayden tərəfindən 1915-ci il olaylarını "erməni soyqırımı" adlandırılması qərəzli və acizlik anlamında olmaqla, ABŞ-ın dövlət siyasətinin müstəqil deyil, erməni lobbisinin təsiri altında olmasına sübutdur:
"Saxta erməni soyqırımı da, demokratiya, insan haqları, söz və mətbuat azadlığı imitasiyaları kimi ABŞ və digər ermənipərəst ölkələrin başqa ölkələr üçün təzyiq aləti olduğunu sübut etdi. Prezidentimiz İlham Əliyevin Baydenin bu yanaşmasını tarixi səhv adlandırması bəzi ölkələrin riyakar yanaşmasına münasibət olmaqla bərabər, həm də Azərbaycan-Türkiyə dostluğunun və qardaşlığının ifadəsidir. Türkiyə rəsmilərinin, Prezident Ərdoğanın dəfələrlə dünyaya, hətta Ermənistana müraciət edərək, Osmanlı arxivini açmaları və ortaq tarix komisiyası yaradılması təklifini irəli sürməsinə baxmayaraq, heç bir ölkədən cavab olmamışdır. 29 il bundan əvvəl baş vermiş və ABŞ-ın da bəzi ştatlarının soyqırım kimi tanıdığı Xocalı faciəsinə qiymət verməyərək, 106 il bundan öncə erməni faşistlərinin uydurduqları saxta olaylara münasibətin bildirilməsi tibb dilində desək retroqrad amneziya adlanır. Heç bir qüvvə Azərbaycan-Türkiyə dostuluğunu və qardaşlığını poza bilməz. Bu Birliyin gücü keçən il 44 günlük Vətən müharibəsində qazandığımız zəfərlə dünyaya nümayiş olundu.
Biz birlikdə güclüyük. Biz bizə yetərik. ABŞ və saxta soyqırımı tanıyan digər ölkələr öz tarixlərinə yaxşı-yaxşı baxsalar, çox yaxşı olar".
Tural Turan
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu





























.jpg)







.jpg)


