Nida Təhlil
“Metsamor” AES birdəfəlik bağlanmalıdır - Ekspert
“Bu gün Çernobıl faciəsinin ildönümüdür. Bu faciə hər kəsin yaddaşındadır və orada Atom Elektrik Stansiyasında baş verən partlayış böyük fəsadlar törətdi, onun əlamətləri bu gün də davam edir. O bölgə hazırda tam qapalı ərazidir və radiasiya bütün ətrafa yayılıb və qeyri-təbii proseslər gedir. Bu da radiasiyanın ətrafa dağılması və şüalanma ilə əlaqəlidir. Çernobılda baş verən qəzanın səbəbləri bəllidir. Faciə texniki nasazlıq üzündən baş verdi və radioaktiv maddələr sızmışdı. Bu cür təhlükə bu gün bütün Qafqaz regionunu, ümumilikdə isə bölgəni gözləyir. Bir nömrəli təhlükə mənbəyi isə Ermənistan ərazisindəki “Metsamor” Atom Elektrik Stansiyasıdır”.
Bu fikirləri Publika.az-a Bakı Dövlət Universitetinin dosenti, geosiyasət və konfliktologiya üzrə fəlsəfə doktoru Kərəm Məmmədov deyib.
K.Məmmədov bildirib ki, “Metsamor” texniki cəhətdən tələblərə cavab vermir: “Bu stansiya qəzalı vəziyyətdədir. Digər bir təhlükə isə ermənilərin oradan əldə etdikləri radioaktiv maddələri qaçaqmalçılıq yolu ilə ölkədən xaricə çıxarmalarıdır. Hazırda Ermənistan hökuməti “Metsamor” AES-ə tam şəkildə nəzarət edə bilmir. Oradan radioaktiv maddələr oğurlanaraq xarici ölkələrdə satılır. Bu yaxınlarda da Gürcüstanda bu maddələri qaçaqmalçılıq yolu ilə satanlar saxlanılmışdı. Onun başqa bir təhlükəsi də odur ki, Ermənistandan mənbəyini alan və ya o ərazidən keçən çaylara zəhərli maddələr axıdılır. Bu isə bütün bölgəyə, o cümlədən də Gürcüstanın ekologiyasına böyük təhlükə yaradır”.

Ekspert qeyd edib ki, “Metsamor” AES tez bir zamanda ləğv edilməlidir: “Atom Enerjisi üzrə Beynəlxalq Agentlik buna təcili şəkildə müdaxilə etməlidir. Hansı ki, bu məsələ onların səlahiyyətindədir. Onlar bu AES-i bağlamalıdır. Ermənistan bunun öhdəsindən təkbaşına gələ bilməyəcək. Beynəlxalq təşkilatlar bu məsələyə müdaxilə edib “Metsamor” AES-i birdəfəlik bağlamalıdır. Əks təqdirdə böyük faciə baş verə bilər. Hazırda isə bu təhlükə ilə üz-üzəyik. Sızma baş versə, onun qarşısını almaq mümkün olmayacaq. Bu isə faciəyə yol açacaq, bölgə, o cümlədən Cənubi Qafqaz regionu radioaktiv şüalanmaya məruz qalacaq. Onun da nəticəsini təsəvvür etmək dəhşətli mənzərədir”.
Akqabay Mıradov
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular






.jpg)






























.jpg)
.jpg)