Nida Təhlil
“Metsamor” AES: Dəhşətli Çernobıl qəzası Qafqazda təkrarlanacaq
Bu gün Çernobıl faciəsindən 35 il ötür. 1986-cı ilin 26 fevral tarixində Çernobıl Atom Elektrik Stansiyasında baş verən qəza minlərlə insanın ölümü və bütün region üçün dəhşətli nəticələrə səbəb oldu. Çernobıl şəhərində həyatın heç bir nişanəsi yoxdur. Qəzanın səbəbləri SSRİ rəhbərliyi tərəfindən gizlədilsə də, sonradan köhnəlmiş sistem olduğu bəlli oldu.
Qəzadan 35 il ötür, hələ də onun nəticələri aradan qalxmayıb. Bu qəzadan sonra dünyada AES-lərlə bağlı ciddi addımlar atıldı. Xüsusilə köhnəlmiş sistemlər yeniləndi, bir çox AES isə qapadıldı. Çernobıl dəhşətli təcrübə idi. Təəssüf ki, bu təcrübənin bizim regionumuz üçün yenidən təkrarlanması təhlükəsi qalır.
Ermənistandakı “Metsamor” AES regionda hər an yeni Çernobılın yaşanmasına səbəb olacaq vəziyyətdədir.
Erməni dilində “Oktemberyan-1” adlanan “Metsamor” AES iki ayrı blokdan ibarətdir. Bloklardan birincisi 1976-cı, ikincisi isə 1979-cu ildə istifadəyə verilib. AES-in təhlükəli tərəflərindən biri onun dünyada ən köhnə hesab edilən rus texnologiyası ilə tikilməsidir. Dünyanın imtina etdiyi bu texnologiyadan hazırda “Metsamor” AES-də istifadə edilir. Bu texnologiya baş verə biləcək qəzalara qarşı son dərəcədə zəif və müdafiəsizdir.
SSRİ dövründə inşa edilmiş “Metsamor”da VVER, RBMK, EGP və BN olmaqla dörd moduldan istifadə edilir. Təxminən 40 illik təcrübə nəticəsində VVER reaktorlarının çox etibarsız olduğu müəyyən olunub. Ən çox qəzalar da məhz VVER reaktoru ilə çalışan stansiyalarda baş verib. “Metsamor” da məhz VVER modulu ilə çalışır.
Stansiyanın ilk modulu VVER440/230 modelidir. Ən köhnə, təhlükəsizlik sistemi yox dərəcəsində olan bu modeldən istifadə edilməsi “Metsamor”un Çernobıldan da riskli olduğunu sübut edir. Çünki bu modeldə radioaktiv maddə sızıntısının qarşısını alacaq polad qübbə yoxdur. Bununla yanaşı, stansiyanın müasir təhlükəsizlik və texniki təchizatının olmaması, reaktorun soyudulması üçün istifadə edilən suyun azlığı və soyutma sisteminin köhnəlmiş olan layihə ilə tikilməsi də regionun ekoloji vəziyyəti üçün ciddi təhlükələri ortaya çıxarır.
“Metsamor”un VVER-440/270 modelinə əsasən tikilən ikinci bloku isə nüvə fəlakətlərinin qarşısını ala biləcək texniki təchizatdan və təhlükəsizlik sistemindən məhrumdur.
AES-in ciddi təhlükə mənbəyi olmasını əsaslandıran səbəblərdən biri də onun Rixter cədvəlinə görə 9 bal gücündəki seysmoaktiv zəlzələ zonasında yerləşməsidir. Nüvə enerjisi üzrə beynəlxalq standartlar 5 baldan çox zəlzələ ehtimalı olan ərazilərdə AES-lərin tikilməsini qadağan edir. İndiyə qədər “Metsamor” AES-də 5 böyük, 150-dən çox kiçik qəzalar baş verib. Qəzalardan ən böyüyü 1988-ci ildə Ermənistanın Spitak (Hamamlı) ərazisində baş vermiş zəlzələ zamanı qeydə alınıb. Bu zəlzələdən sonra stansiyada baş vermiş nasazlıq üzündən SSRİ rəhbərliyinin qərarı ilə AES bağlanmışdı. Elə həmin qəzada generatorun partlaması və əlaqə kabellərinin yanması nəticəsində stansiyanın onsuz da etibarlı olmayan müdafiə sistemi də məhv oldu. Lakin stansiyanın yaratdığı təhlükələrə rəğmən Ermənistan hakimiyyəti 1995-ci ildə onun fəaliyyətini yenidən bərpa etdi.
“Metsamor”un təhlükəsini anlayan dünya stansiyanın bağlanmasına çalışır, lakin hələ də heç bir nəticə əldə olunmayıb. Avropa İttifaqı “Metsamor”un 2011-ci ildən gec olmayaraq bağlanmasını və Ermənistana enerji ehtiyaclarını ödəmək üçün 100 milyon avro verməyə hazır olduğunu bildirsə də qarşı tərəf 1 milyard avro tələb edib. Nəticədə razılaşma baş tutmadı. Bu isə stansiyanın bağlanmasında Ermənistanın maraqlı olmadığını göstərir. Ermənistan “Metsamor”u 2031-ci ilədək istifadə etmək niyyətində olduğunu gizlətmir. Rəsmi İrəvan stansiyanın fəaliyyətini dayandırmamasının səbəbini alternativ enerji mənbəyinin olmaması ilə bağlayır. Lakin Avropa İttifaqının hesablamalarına görə, qəzalı vəziyyətdə olan bu AES-də hər an baş verə biləcək partlayışdan təkcə Ermənistan deyil, bütün Cənubi Qafqaz, Yaxın və Orta Şərq ölkələri də ciddi ziyan görəcək.
Nüvə texnologiyası üzrə mütəxəssislərin fikrincə, “Metsamor”un istifadə müddəti 2001-ci ildə başa çatıb. Dünya təcrübəsinə görə, istifadə müddəti başa çatmış nüvə reaktorlarının fəaliyyəti dayandırılır. Misal üçün, Almaniya və digər ölkələrdə 1976-cı ildə tikilmiş reaktorlar sıradan çıxarılıb. BMT-nin nüvə təhlükəsizliyi konvensiyasına görə, zərərli və partlayış təhlükəsi olan texnologiyaların qurulması qonşu ölkələrdə qiymətləndirilməli, ətraf mühitə təsiri və bunun törədəcəyi hər hansı fəsadlar haqqında qonşu dövlətlərlə razılıq protokolu olmalıdır.
Regionda yeni Çernobıl faciəsinin yaşanmasının qarşısını almaq üçün “Metsamor” AES təcili bağlanmalıdır.
Asif
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO