Nida Təhlil
Zərifə Əliyevanın unudulmaz xatirəsi həmişə əzizdir - Qəlbinur
Zərifə xanım Əliyeva görkəmli Azərbaycan alimi və oftalmoloqudur, eyni zamanda müəllimim olub. O, çoxşaxəli istedad sahibi kimi Azərbaycanın adını hər zaman uca yerlərdə təmsil edib. Oftalmoloq kimi onun bir çox sahələrdə böyük işləri var. Tanınmış alim həyatının böyük hissəsini oftalmologiya elminin inkişafına həsr edib. Akademik Zərifə Əliyevanın bir çox göz xəstəliklərinin diaqnostikası və müalicəsində misilsiz xidmətləri olub. Xüsusilə, traxoma infeksion xəstəliyinin müalicəsində və bu xəstəliyin Azərbaycanda yayılmasının qarşısının alınmasında böyük rolu olub.
Bu sözləri Publika.az-a açıqlamasında ATU-nun oftalmologiya kafedrasının müdiri, professor Paşa Qəlbinur deyib. Professor bildirib ki, görkəmli oftalmoloq Zərifə Əliyeva Azərbaycan səhiyyəsində, ölkəmizin tibb elminin inkişafında, həmçinin ictimai həyatında dərin iz qoyub:
“Zərifə xanımın ölkəmizin tibb elminin inkişafında misilsiz xidmətləri olub. O, təkcə alim-oftalmoloq kimi yox, həmçinin böyük ictimai və tibb xadimi kimi tanınıb. Görkəmli alim ölkəmizdə çoxsaylı oftalmoloji tədbirlərin keçirilməsinin təşəbbüskarı olub. Elmi işləri ildən-ilə böyük əhəmiyyət kəsb edir və hələ də köməyimizə çatır. Onun unudulmaz xatirəsi həmişə əzizdir. Bu gün də onun mübarək günüdür.
Zərifə Əliyeva həm də gözəl ana idi, yetişdirdiyi övladları bu gün göz önündədir. Çox gözəl müəllim və xeyirxah insan idi, xəstələrə və tələbələrə böyük diqqət və ehtiramla yanaşırdı. Bütün mənalarda çox müsbət xarakterizə olunan insan idi”.
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 17 Sentyabr 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO




































.jpg)


