Nida Təhlil
Bu, xəyanətin nəticəsi idi - ŞƏRH
90-cı illərin əvvəllərində Azərbaycanda ictimai-siyasi vəziyyət həddən artıq gərgin idi. Şuşa o dövrdə hakimiyyət uğrunda aparılan mübarizənin qurbanı olmuşdu. Yenicə müstəqillik əldə etmişdik, ölkədə ağır vəziyyət hökm sürürdü və tam səfərbər olunmuş ordumuz formalaşmamışdı. Bununla birlikdə Şuşada kifayət silahlı insanlarımız və könüllülər var idi. Həmin dövrdə tək Şuşada deyil, Azərbaycanın digər bölgələrində də döyüşən silahlı qüvvələrinin, könüllülərin və dövlət səviyyəsində olan polis dəstələrinin arxasında müəyyən qüvvələr var idi. Bildiyim qədər Şuşanın işğal ərəfəsində orada fəaliyyət göstərən, döyüşən, şəhəri müdafiə edən birləşmənin 70-80 faizi rəsmi məzuniyyətinə buraxılmışdı. Bu, Şuşa məhkəməsində də öz əksini tapmışdı.
Bu sözləri Publika.az-a açıqlamasında Bakı Dövlət Universitetinin dosenti, geosiyasət və konfliktologiya üzrə fəlsəfə doktoru Kərəm Məmmədov deyib. Politoloq bildirib ki, Şuşanın itirilməsi hakimiyyətə can atan qüvvələrin xəyanətinin nəticəsi idi:
“1991-ci ilin payızında Rusiya prezidenti Boris Yeltsin, həmçinin Qazaxıstanın prezidenti Nur Sultan Nazarbayevin başçılığı ilə görüş keçirilmişdi, onlar vasitəçilik missiyası ilə çıxış etmişdilər. Daha sonra Rusiyanın Jeleznovodsk şəhərində atəşkəs haqqında Jeleznovodsk bəyənnaməsi imzalandı. Atəşkəsdən sonra müvafiq nümayəndələr təyin edilməli idi ki, sülh danışıqlarına başlanılsın və münaqişə sülh yolu ilə həll olunsun. Təəssüf ki, bundan çox qısa müddət keçməmiş məlum vertalyot qəzası baş verdi və bütün danışıqlar prosesi sıfıra endi.
Daha sonra Tehranda İran prezidentinin vasitəçiliyi ilə yüksək səviyyəli danışıqlar aparılırdı. Həmin danışıqların nəticəsində münaqişənin sülh yolu ilə həll olunmasına dair razılaşma imzalanmışdı. Amma yenə də eyni hadisə baş verdi. Azərbaycanın başqa bir ərazisi işğal olundu və yenə danışıqlar prosesi sıfıra endi.
Şuşa kimi gözl bir şəhərin işğal olunması həm daxili hakimiyyət, həm də məsələnin beynəlxalq aləmdə aparılan mübarizəsinin nəticəsi idi. Regionda bu güclərin çox ciddi mübarizəsi və kimin daha böyük mövqe sahibi olacağı uğrunda rəqabət gedirdi. Beləliklə danışıqlar masasında imzalanan danışıqların mürəkkəbi qurumamış Azərbaycanın növbəti ərazisi işğal olunurdu. Çox təəssüf ki, o mübarizənin ən böyük zərəri də bizə dəydi, ərazilərimiz işğal olundu, ölkədə hərc-mərclik baş verdi və nəticədə də itirən biz olduq. Məyus edici məqamdır ki, o dövrdə Azərbaycanda xalq, iqtidar və müxalifət birliyi olmadı”.
K.Məmmədov bildirib ki, həmn dövrdə ATƏT-in Minsk qrupu yenicə formalaşmışdı, amma onlar da heç bir ciddi reaksiya verə bilmədi.
“Laçın işğal olunanda ATƏT-in təcili toplantısını çağırdılar və orada da Türkiyənin təkidi ilə çalışdılar ki, "konsensus minus bir" prinsipini işə salıb Ermənistana qarşı ciddi tədbirlər görülsün. Türkiyənin bu təklifi işə düşmədi, Minsl qrupu "konsensus minus bir" prosedurasını işə salmadı, sadəcə ümumi bir bəyanatla Ermənistanı qınamaqla kifayətləndilər”.
Ekspert yekunda qeyd edib ki, Ulu öndər Heydər Əliyev hakimiyyətə gələnə qədər torpaqlarımız işğal prosesi davam edib:
“8 Mayı biz hər il Şuşanın işğal olunduğu tarix kimi yada salırdıq. Şükürlər olsun ki, Azərbaycan Ordusunun qəhrəman oğulları sayəsində Şuşa artıq azad nəfəs alır. Şuşa şəhərinin düşməndən azad edilməsi Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı”.
Aytən Məftun
-
Sosial01:41
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman26 Dekabr 20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial26 Dekabr 19:20
Ramiz Tatarov azadlığa çıxdı