Nida Təhlil
Azərbaycan-Ermənistan sərhədi bu xəritələrə əsasən çəkilir – Politoloq detalları açdı
“Azərbaycan tərəfinin Azərbaycan-Ermənistan sərhədinin bütün uzunluğu boyunca nəzarəti bərpa etmək üçün həyata keçirdiyi tədbirlər üçtərəfli bəyanatda qeyd olunan müddəalara əsaslanır. Eyni zamanda, Azərbaycan 1975-76-cı illərin sovet hərbi topoqrafik xəritələri əsasında sərhədlərin qanuni konsolidasiyasını həyata keçirir”.
Publika.az xəbər verir ki, bu barədə politoloq İlqar Vəlizadə Azərbaycan-Ermənistan sərhədində dəqiqləşdirilmələrlə bağlı yaranmış narahatlıqlarla əlaqəli sosial şəbəkədə hesabında bəhs edib.

Politoloqun fikrincə, bu prosesin ardıcıl getməsi və məntiqi məqsədi sərhəd bütövlüyü amilinə əsaslanır: “Bütün Azərbaycan-Ermənistan sərhədi boyu sərhədlərimizə tam nəzarətin bərpası indiki məqamda Azərbaycan üçün çox vacibdir. Əlbəttə ki, Kərki və Yuxarı Əskipara kəndlərinin ətrafındakı eksklav ərazilərin Azərbaycanın nəzarətinə qaytarılması nəzərə alınmaqla bu proseslər baş verməlidir. Təbii ki, Bakı indiki mərhələdə erməni tərəfinin reaksiyasına, xüsusən də daxili siyasi “eniş-yoxuş”ları bu cür mürəkkəb bir proseslə əlaqələndirmək cəhdinə əhəmiyyət verməməyə çalışır”.
İlqar Vəlizadə hazırda iki ölkə arasındakı sərhədlərin “sıfır nöqtələri”nin koordinatlarının müəyyənləşdirildiyi 1975-76-cı illərə aid sovet hərbi topoqrafik xəritələrinin fotosunu da paylaşıb.
Tural Turan
-
Qoroskop01:20Günün ulduz falı: sağlamlıq problemləri ilə üzləşə bilərsiz
-
İKT2 Oktyabr 20:00Kiberdələduzlar yeni üsula keçdi - DTX-dən vətəndaşlara xəbərdarlıq
-
Rəsmi xronika2 Oktyabr 18:40İlham Əliyev: Biz emosiyalara qapılsaydıq, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı - Video
-
Nida Təhlil 2 Oktyabr 17:34YAP-ın yaranması: Qarabağ zəfərindən yeni ideoloji mərhələyə doğru
-
Rəsmi xronika2 Oktyabr 15:55Prezidentin sosial media hesablarında YAP-ın VIII Qurultayında iştirakına dair videoçarx paylaşıldı
-
Rəsmi xronika2 Oktyabr 15:44Prezidentdən Misir Mərdanovla bağlı sərəncam
-
Nida Xəbər 2 Oktyabr 15:26Pensiya artımında YENİLİK: Hamıya eyni məbləğ verilməyəcək
-
Qoroskop2 Oktyabr 14:38Başı bəladan qurtulmayan 4 bürc

































.jpg)

