Nida Təhlil
Qarabağda bir daha yüksələn üçrəngli bayrağımız: Cümhuriyyətin irsi və gerçəkləşən arzular
Müstəqilliyimizin bərpasından sonra ilk dəfədir 28 May – Respublika Gününü ərazi bütövlüyümüzün bərpa edildiyi şəraitdə qarşılayırıq. Bu gün həm də 103 il öcə Cümhuriyyəti yaradan kişilərin ruhu şaddır, çünki onların arzuladığı güclü Azərbaycan bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə artıq mövcuddur: ərazi bütövlüyü təmin edilib, üçrəngli bayrağımız azad olunmuş ərazilərdə dalğalanır.
103 il öncə bu gün müsəlman Şərqində ilk demokratik respublikanın əsasını qoyan Cümhuriyyət xadimlərimiz cəmi 23 ay yaşamasına baxmayaraq, müstəqil Azərbaycanın təməlini atdı. Cəmi 23 ayda bizə Azərbaycan mirasını yaratdılar:
- Milli bayrağımız yaradıldı, dövlət atributları təsis edildi;
- Azərbaycan dili rəsmi dil kimi qəbul edildi;
- Milli ordumuz yaradıldı;
- Qadınlara səsvermə hüquqi verildi;
- Ən əsası milli kimliyimiz ilk dəfə dövlət səviyyəsinə yüksəldi;
Bu gün milli dövlətçilik tariximizdə Cümhuriyyət xadimlərinin misilsiz xidmətlərinin yüksək dəyərləndirilməsi, onların zəngin irsinin öyrənilməsi və təbliği işi dövlət səviyyəsində həyata keçirilir.
Cümhuriyyətin süqutundan sonra ilk dəfə bir kərə yüksələn bayrağı bir daha göylərə qaldıran ümumilli lider Heydər Əliyev oldu. Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Azərbaycan 1990-cı il noyabrın 17-də Naxçıvan MR Ali Məclisinin sessiyasında Xalq Cümhuriyyətinin bayrağı qaldırıldı və Naxçıvan MR-nın dövlət bayrağı kimi rəsmiləşdirildi. Azərbaycan SSR Ali Soveti qarşısında bu bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırıldı. O dövrdəki Azərbaycan rəhbərliyinin 1991-ci il fevralın 5-də belə bir qərar qəbul etməyə məcbur olması, Cümhuriyyət irsinin rəsmiləşdirilməsi də məhz Heydər Əliyevin əməyinin nəticəsi idi.
Heydər Əliyev bir kərə yüksələn bayrağımızı, bir daha enməyə qoymadı. Hakimiyyətə qayıdışdan sonra Heydər Əliyevin atdığı addımlar Cümhuriyyət irsinin günümüzə qədər gəlib çıxmasına imkan yaratdı: Heydər Əliyev 1 fevral 2003-cü il tarixli “Azərbaycan Xalq Cümhuriyyətinə abidə ucaldılması haqqında” Sərəncam imzaladı, 2007-ci il 25 mayda İstiqlaliyyət küçəsində Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış İstiqlal bəyannaməsi abidəsinin açılışını etdi.
Prezident İlham Əliyev də Cümhuriyyət irsinin qorunması ilə bağlı eyni siyasi xətti davam etdirir. 2018-ci ilin – Cümhuriyyətin 100-cü ildönümündə - ölkədə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunması bu istiqamətdə ən mühüm addımlardandır. Cümhuriyyətin 100 illiyində tarixi irsimizin bütün dünyada təbliği istiqamətində də ciddi işlər həyata keçirildi.
Azərbaycan Xalq Cümhuriyyətindən danışarkən, Prezident İlham Əliyev bildirib ki, qısa müddət ərzində Azərbaycan Xalq Cümhuriyyəti böyük işlər gördü: “Bu gün Azərbaycan xalqı, Azərbaycan dövləti Azərbaycan Xalq Cümhuriyyətinin və onun qurucularının fəaliyyətini yüksək qiymətləndirir”.
Dövlət başçısı qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisədir: “İlk dəfə olaraq müsəlman aləmində demokratik respublika yaradılmışdır. Biz haqlı olaraq fəxr edirik ki, bu respublikanı Azərbaycan xalqı yaradıbdır. Bu, bir daha onu göstərir ki, Azərbaycan xalqı böyük xalqdır, Azərbaycan xalqı azadlıqsevər, mütərəqqi xalqdır. Azərbaycan dövləti Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsinə böyük hörmətlə yanaşır. Bir neçə il bundan əvvəl mənim Sərəncamımla Bakının mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə abidə ucaldılmışdır. Xalq Cümhuriyyətinin qurucularının adları əbədiləşdirildi”.
2018-ci ildə - Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə keçirilən təntənəli iclasda Prezident İlham Əliyev Qarabağa qayıdacağımızı, üçrəngli bayrağımızın işğal edilmiş torpaqlarımızda da dalğalanacağını bəyan etmişdi.
İki il sonra – 2020-ci ildə Azərbaycan dövləti bu ali məqsədə nail oldu, məhz Prezident İlham Əliyevin 2003-cü ildən sonra həyata keçirdiyi strategiya nəticəsində.
Prezident İlham Əliyev ölkəyə rəhbərlik etdiyi dövrdə Azərbaycanı regional gücə, qlobal siyasətdə söz sahibinə çevirdi. Ölkədə hər tərəfli inkişa nail olundu, beynəlxalq miqyasda nüfuzu gücləndi. Güclü dövlət, qüdrətli Azərbaycan Cümuhriyyəti quran xadimlərin ən böyük arzusu idi. Bu arzu Prezident İlham Əliyevin rəhbərliyi ilə gerçəkləşdi. Azərbaycanın güclənməsi nəticəsində torpaqlarımızda 30 il mövcud olan erməni işğalına son qoyuldu.
Cümhuriyyət xadimlərinin qaldırdığı, Heydər Əliyevin yenidən ucaltdığı üçrəngli bayrağımız bu gün Prezident İlham Əliyev tərəfindən ərazi bütövlüyü bərpa olunmuş Azərbaycan səmasında dalğalandırılır.
30 il sonra Respublika Gününü Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan Azərbaycan Bayrağının işğaldan azad edilmiş torpaqlarda, Şuşada dalğalanması ilə qarşılayırıq. 30 il sonra görkəmli Cümhuriyyət xadimi, dövlət himnimizin musiqisinin müəllifi Üzeyir bəy Hacıbəyli güllələnmiş büstü Şuşaya qaytarıldı.
30 il sonra Resublika Gününü qalib Azərbaycan olaraq qarşılayırıq.
Asif
-
Magazin208:55
Kıvançla xanımından Toskanada maraqlı FOTOSESSİYA
-
Nəqliyyat08:40
Bu yollarda tıxac var
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO